  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə106/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   102   103   104   105   106   107   108   109   ...   135

                                                     

 

  



                                                                            

                                                    

418 

hegemonluğunu  yer  üzərindəkilərə  nümayiş  etdirəcək. 



Migelgil  yağışın  zəifləməsini  görən  kimi  vaxt  itirmədən 

nəzərdə tutulmuş istiqamətdə dayandıqları təpəni tərk etdilər.  

Getmək  xeyli  çətin  idi.  Palçığa  dönmüş  torpaq  atılan 

addımı  xeyli  ləngidirdi.  Onların  ayağı  hər  addımda  yerə 

batırdı. Yağışdan əskiyə dönmüş paltarlar bədənlərinə yapış-

mışdı.  Zireh  rolunu  oynayan  kirasir  onların  hərəkətini  xeyli 

çətinləşdirirdi, sanki yağışın təsirindən həmin dəmir libas iki 

dəfə ağırlaşmışdı. 

Konkistadorlar  meşənin  girəcəyinə  çatmamış,  artıq  hava 

qaraldı.  Lakin  onlar  nəzərdə  tutulmuş  məsafənin  yarısından 

çoxunu qət etmişdilər. 

Onlar meşəyə çatan kimi yağışdan müdafiə olunmaq üçün 

özlərinə  nəhəng  fitsroya  ağacının  altında  sığınacaq  tapdılar. 

Həddindən  artıq  yorğun  ispanlar  son  güclərini  səfərbər edib 

iri budaqlar və enli yarpaqlar yığmağa başladılar. Ac, susuz, 

hədsiz  dərəcədə  zəif  olan  konkistadorlar  bir  örtük  düzəldə 

bildilər. Yarpaqlar o qədər örtüyün üstünə doldurulmuşdu ki, 

yağışın  suları  nadir  hallarda  damçı  şəklində  onların  başına 

düşürdü. Qısa müddətə tonqal təşkil edildi. 

Gecə  yarısı  yaxınlaşdığı  üçün  onlar  növbə  ilə  yatmağa 

başladılar. İki nəfər yatıb, bir nəfər keşik çəkməli idi. Keşik 

çəkən həm tonqala baxmalı, yoldaşlarının paltarlarını qurut-

malı, həm də yatanları düşmənlərdən qorumalı idi. Yağışdan 



                                                     

 

  



                                                                            

                                                    

419 

qorunmaq  üçün  hindular  da  bu  meşədə  sığınacaq  tapa 



bilərdilər.  

Səhərin  açılması,  Migelin  keşik  çəkən  zaman  payına 

düşdü.  Yoldaşları  yorğun  olduqları  üçün  hələ  də  yuxudan 

ayılmamışdılar.  Hava  soyuq  olduğundan  onlar  bir-birilərinə 

qısılıb  yatmışdılar.  İspanlar  azuqə  ilə  təmin  olunmaq  üçün 

bu,  böyük  olmayan  meşədə  ova  çıxmalıydılar.  Heyvan 

olmasa  da,  onlar  burada  quş  ovlaya  bilərdilər.  Migelin 

fikrincə,  bunu  etmək  mümkün  idi,  ancaq  ilk  növbədə  onlar 

yorğunluqlarını  bədənlərindən  tam  çıxartmalı  idilər.  Yağış 

hələ də dayanmamışdı. Göydə buludlar böyük üstünlük təşkil 

edirdi.  Külək  başlamasa,  buludlar  öz  yerindən  tərpənməyə-

cək. 


Təxminən  iki  saat  keçəndən  sonra  cəngavərlər  yuxudan 

ayıldılar.  Üst-başlarını  tam  qurutmaq  üçün  onlar  tonqala 

yaxın  bir  yerdə  oturdular.  Bir  az  keçəndən  sonra  Osvaldo 

kamanını  götürüb  ova  yollandı.  Vaxtının  asudə  olduqunu 

görən Migel bir-iki saat yatmağı qərara aldı. Lakin heç yarım 

saat  keçməmiş  Osvaldo  gəlib  xəbər  verdi  ki,  qərb  tərəfdə 

hindular  böyük  olmayan  düşərgə  qurublar.  Yuxudan  tələm-

tələsik qalxan Migel üzünü dostuna tutub dedi: 

- Heç olmasa, təyin edə bildin neçə nəfərdilər? 

-  Dəqiq  təyin  edə  bilmədim.  Orada  təxminən  iyirmi-otuz 

nəfər adam olardı. Özü də hamısı döyüşçülərdir. 



                                                     

 

  



                                                                            

                                                    

420 

-  Düşərgə  özü  böyükdür?  -  deyə  Diyeqo  maraqlandı.  - 



Düşərgədəki tikililər necədir? 

-  Onlar  da  bizim  düzəltdiyimiz  örtükdən  salıblar.  -  deyə 

Osvaldo  tərəddüd  etmədən  dilləndi.  -  Belə  örtüklərin 

təxminən dördünü orada gördüm. Acığını desəm, ağaçlar sıx 

olduğundan və yağış yağdığından həmin yeri yaxşı nəzərdən 

keçirə bilmədim. 

- Onda belə çıxır ki, hindular həmin yerə yenicə gəliblər. - 

deyə  Migel  bir  az  fikrə  gedəndən  sonra  belə  bir  qənaətə 

gəldiyini  dostlarına  bəyan  etdi.  -  Kim  nə  bilir,  bəlkə  onlar 

yağış  yağdığına  görə  meşədə  özlərinə  müvəqqəti  sığınacaq 

tapıblar. 

-  Əgər,  biz  onların  yerini  təyin  edə  bilmişiksə,  belə  çıxır 

ki, onlar da çətinlik çəkmədən bizim yeri təyin edə bilərlər. - 

deyə  Diyeqo  gözlənilmədən  ağıla  batan  fikri  silahdaşlarına 

bildirdi.  -  Biz  hökmən  bir  tədbir  görməliyik.  Yoxsa,  onlar 

bizi qabaqlaya bilərlər. 

-  Onu  da  demək  istəyirəm  ki,  hindular  mən  gələn  tərəfdə 

demək olar ki, keşikçi qoymayıblar. - deyə Osvaldo bu vacib 

məlumatı  bildirməyi  özünə  lazım  bildi.  -  Bizə  yaxın  olan 

örtüyün altında onlar ət qızardırdılar. 

Osvaldonun axırıncı sözləri onun həmsöhbətlərini daha da 

iştaha  gətirdi.  Aclığa  dözümü  olmayan  Diyeqo  özünü 

saxlaya bilməyib tələsik halda dedi: 



                                                     

 

  



                                                                            

                                                    

421 

-  Şəxsən  mənim  üçün  iyirmi-otuz  nəfərdən  ibarət  olan 



hindu  dəstəsi  heç  bir  təhlükə  yarada  bilməz.  Biz  onların 

üstünə  qəflətən  hücum  edib  düşərgələrini  ələ  keçirə  bilərik. 

Döyüşdən sonra isə qarnımızı bərkitməyə də imkan yaranar. 

Onsuz  da  araukanların  başı  yeməyə  qarışacaq.  Biz  hökmən 

onları qabaqlamalıyıq. 

- Osvaldonun dediyinə görə hinduların sayı dəqiq deyil. - 

deyə  Migel  cəngavərlə  razılaşmadı.  -  Deməli,  onların  sayı 

çox da ola bilər. 

-  Ancaq  buna  baxmayaraq  biz  bu  imkandan  istifadə 

etməliyik. - deyə Osvaldo əqidəsini gizlədərək qeyri-ixtiyari 

halda dilləndi. - Kim bilir, bəlkə də onlar qəflətən hücumdan 

çaş-baş  qalıb  düşərgədən  qaçacaqlar.  Necə  olsa  da,  arau-

kanların bizim sayımızdan xəbərləri yoxdur. Nəticədə isə biz 

həm düşərgəni, həm də onların ərzaqını ələ keçirəcəyik. Biz 

vaxt itirmədən hinduların üzərinə yeriməliyik. 

Bu  təklifin  qarşısında  əlacsız  qalan  Migel  öz  razılığını 

bildirməyə məcbur oldu. Təhlükə ilə üzləşsələr də, konkista-

dorlar aclığa son qoya bilərdilər. 

İspanlar  silahlarını  götürüb  böyük  bir  ehtiyatla  həmin 

istiqamətə  yollandılar.  Təxminən  on-beş  iyirmi  dəqiqədən 

sonra  onlar  hindu  düşərgəsinin  sərhədinə  çatdılar.  Ət 

qızarmasının iyi uzaqdan ispanların burnuna dəydi. 

 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə