  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə107/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   103   104   105   106   107   108   109   110   ...   135

                                                     

 

  



                                                                            

                                                    

422 

       XIII fəsil. Aborigenlərin qurduqları  

                             pusqular 

 

Araukanların düşərgəsi seyrək ağaclarla əhatə olunmuşdu. 



Migelgil  dayanan  yerdə  isə  ağaclar  sıx  idi.  Buradan 

düşərgəni  görmək  asan,  düşərgədən  isə  onları  görmək  çətin 

idi.  Həmin  yer  nəzərdən  keçiriləndə  ispanlar  qəribə  hal  ilə 

rastlaşdılar.  Örtüklərin  altında  olan  tonqallar  söndürülmüş, 

aborigenlər  isə  gizlənmişdilər.  Hindular  onların  gəlişindən 

xəbər  tutmuş  və  məhz  buna  görə  də  gizlənmişdilər.  Ancaq 

bir  az  keçəndən  sonra  ağacların  arasında  bir  neçə  hindu 

görsənməyə  başladı.  Onlar  arxaları  Migelgilə  tərəf  yerdə 

uzanmış  və  sanki  əks  tərəfdən  kimi  isə  güdürdülər. 

Araukanlar  əks  tərəfdən  gələn  qüvvəyə  qarşı  pusqu 

qurmuşdular. Onlar hətta qızartdıqları əti belə yeməyə imkan 

tapmamışdılar. 

Göydən  əvvəlki  kimi  yağış  yağırdı.  Lakin  əvvəlkinə 

nisbətən  yağış  xeyli  zəifləmişdi.  Meşənin  bütün  münbit 

torpağı  palçıqlığa  dönmüşdü.  Burada  çevik  yerimək  çox 

mürəkkəb idi. Migelgil bunu çox yaxşı anlayırdılar. Hindular 

nə  ilə  məşğul  olurlarsa-olsunlar,  ispanlar  hücuma  keçməyi 

qəti qərara almışdılar. Bunun üçün isə hələlik düşərgəyə bir 

qədər yaxınlaşmaq lazım idi. 



                                                     

 

  



                                                                            

                                                    

423 

Onlar  yerlərini  tərk  edib  bir  az  palçıq  ilə  qabağa 



sürünmüşdülər  ki,  birdən  xeyli  qabaqda  qışqırıq  səsləri 

eşidilməyə  başladı.  Həmin  an  ətrafa  qılınc  və  baltaların 

dəmir  taqqıltıları  yayıldı.  Artıq  heç  bir  şəkk-şübhə  qalma-

mışdı,  qarşıda  gələnlər  konkistadorlar  idi.  Araukanlar  isə 

onlara  qarşı  pusqu  qurmuşdular.  Onlar  ispanların  üzərinə 

qəflətən  hücuma  keçmişdilər.  Ağacların  arxasında  gizlənən-

lərin  əksəriyyəti  hücumda  iştirak  edirdilər.  Yerdə  heç  on 

nəfər adam qalmamışdı. Onlar da ki, arxanı qoruyurdular. 

Elə  həmin  anda  Migelgil  ayağa  qalxıb  hücuma  keçdilər. 

Onlara  yaxın  örtüyün  qarşısında  bir  hindu  dayanmışdı.  O, 

üzü əks tərəfə  dayanıb  səs-küyə qulaq asırdı.  Çevik hərəkət 

edən Migel arxadan qılıncı ilə qurbanın boynuna var güçü ilə 

zərbə endirdi. Zərbə o qədər qüvvətli alındı ki, hindunun başı 

boynundan üzülüb yerə düşdü. Onun boynundan fışqıran qan 

Migelin sir-sifətinə və üst-başına sıçradı. Osvaldo sağ cinah-

dan,  Diyeqo  da  sol  cinahdan  düşərgəyə  yaxınlşaraq,  hərəsi 

bir  hindunu  qılıncdan  keçirdilər.  Yaxınlıqda  olan  bir  neçə 

hindu buradakı səs-küyü eşidib konkistadorların üzərinə hü-

cuma keçdilər. Onlar nə isə qışqıra-qışqıra döyüşə atıldılar. 

Migel  özünə  yaxınlaşan  iki  düşməndən  birini,  aşağı 

əyilərək  xüsusi  fəndlə  qılıncdan  keçirdi  və  cəld  ayağa 

qalxaraq  ikinci  hindunun  baltasını  qılıncı  ilə  qarşıladı. 

Yüksək  döyüş  taktikasına  malik  olan  Migel  üçün  bir 



                                                     

 

  



                                                                            

                                                    

424 

aborigen  məhv  etmək  heç  bir  çətinlik  törətmirdi.  O, 



düşməninin  hücumunu  dəf  edərək  özü  hücuma  keçdi  və 

dalbadal endirdiyi qılınc zərbələrindən sonra hindunu cəhən-

nəmə vasil etdi. Artıq cavan zadəgan araukanların hücumun-

dan qurtulmuşdu və dostlarına kömək etmək üçün onda gözəl 

imkan yarandı. Elə o, ölən aborigenin baltasını əlinə almışdı 

ki,  ağacların  arasından  çıxan  çoxsaylı  hindu  dəstəsi  onların 

üzərinə  yenidən  hücuma  keçdi.  Vəziyyət  xeyli  dərəcədə 

gərginləşdi.  Hücuma  keçən  konkistadorlar  bu  dəfə  müdafiə 

olunmağa başladılar. 

Migel  əlindəki  baltanı  qabaqda  qaçan  düşmənin  üstünə 

atdı. Ancaq həmin hindu atılan baltadan özünü müdafiə etdi 

və öz hücumunu davam etdirdi. İşi belə görən Migel sol əlinə 

lansetini alıb hazırlıqlı vəziyyətdə dayandı. 

Öz  rəqiblərini  məhv  edən  Diyeqo  nərə  çəkərək  əsl 

cəngavər ruhu ilə gələn hinduların üzərinə şığıdı. Osvaldo isə 

özünü birtəhər Migelin yanına çatdıra bildi. Həm araukanlar, 

həm  də  konkistadorlar  xüsusi  canfəşanlıqla  döyüşürdülər. 

Aborigenlərin  sayı  qat-qat  çox  olduğuna  baxmayaraq,  bu 

qanlı mübaribədən kimin qalib çıxması dəqiq bilinmirdi.  

Diyeqo  gah  hücuma  keçir,  gah  da  müdafiə  olunurdu. 

Hindular  onun  əlindən  çaş-baş  qalmışdılar.  Hücuma  keçəni 

isə  amansızcasına  məhv  edirdi.  Buradakı  qışqırıqlar  və  ah-

nalələr,  o  biri  tərəfdən  gələn  səslərə  qarışmışdı.  İnsan  qanı 



                                                     

 

  



                                                                            

                                                    

425 

göydən  yağan  yağışa  qarışaraq  palçıqlı  yerdə  qeyri-adi  bir 



rəng  əmələ  gətirirdi.  Yaralananlar  yerə  yıxılıb  ayaq  altında 

çapalayırdılar.  Onlar  heç  kimin  fikrini  özlərinə  cəlb 

etmirdilər. Çünki hərə öz hayında idi. 

Diyeqoya  nisbətən  Migel  ilə  Osvaldo  bir-birilərini 

qoruya-qoruya  müdafiə  olunurdular.  Hətta  elə  olurdu  ki, 

hindular  onların  üstünə  balta  və  nizə  də  atırdılar.  Müqavi-

mətin  heç  bir  nəticəsi  olmadığını  görən  Osvaldo  dostuna 

bildirdi ki, geri çəkilmək lazımdır. Aborigenlər öz zərbələrini 

mütəşəkkil  surətdə  endirirdilər.  Belə  bir  vəziyyətdə  geri 

çəkilmək məqsədəuyğun deyildi. Diyeqo hinduların arasında 

təkbaşına qala bilərdi. 

Döyüş  müddətində  Migel  daha  bir  düşməni  öldürdü, 

ikisini  isə  ağır  yaraladı.  Osvaldo  da  elə  bir  nəticəni 

göstərmişdi,  ancaq  özü  də  sağ  qoltuğundan,  atılan  nizə  ilə 

yaralanmışdı.  Yara  dərin  olduğundan  o,  sağ  əlini  qaldıra 

bilmirdi.  Sol  əli  ilə  isə  əvvəlki  kimi  müqavimət  göstərə 

bilmirdi.  Fürsəti  əldən  vermək  istəməyən  hindular  öz 

hücumlarını  yaralı  cəngavərin  üzərinə  daha  da  artırdılar. 

Dostunun  vəziyyətindən  hali  olan  Migel  ona  daha  da 

yaxınlaşdı və müdafiənin əsas yükünü öz üzərinə götürdü. 

Lakin  gözlənilmədən  konkistadorların  vəziyyəti  kəskin 

surətdə  pisləşdi.  Diyeqonun  üzərinə  atılan  balta  onun 

kirasasını  deşib  sol  döşünün  üstünə  batmışdı.  Yaranın  dərin 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə