  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə115/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   111   112   113   114   115   116   117   118   ...   135

                                                     

 

  



                                                                            

                                                    

454 

birini qılıncdan keçirdi. Lakin özü də arxadan sol çiynindən 



yaralandı. Yara o qədər də ağır olmadığından yaşlı konkista-

dor sərbəst halda mübarizəni davam etdirirdi. Onun yaralan-

dığını  görən  Migel  dostuna  işarə  etdi  ki,  vaxt  itirmədən 

sahilə tərəf getsin.  

Antonio özü yaşlı döyüşçü idi və yaxşı bilirdi ki, belə bir 

vəziyyətdə  o,  çox  müqavimət  göstərə  bilməyəcək.  Yaradan 

axan  qan  dayandırılmasa  o,  zəifləyə  bilərdi.  Hazırda  onun 

üzərinə hücum edən iki hindudan biri yaralı idi. Antonio bir 

neçə  dəfə  dalbadal  zərbə  endirəndən  sonra  cəld  geriyə 

dönərək  sahilə  tərəf  qaçmağa  başladı.  Lakin  hindu  da  onun 

ardınca  qaçdı  və  baltasını  nişan  almadan  cəld  qurbanının 

üstünə atdı. Balta yaralı konkistadorun sağ ombasına batdı və 

Antonionun  sürətini  düz  çayın  səmtində  dayandırdı.  O,  ağır 

yaralandı  və  ağrıdan  hərəkət  etməyə  taqəti  qalmadı.  Bir 

anlığa  Antonio  yerində  tərpənməz  halda  qaldı.  Kənardan 

baxan  elə  başa  düşərdi  ki,  yaşlı  konkistador  artıq  məhv 

edilib. Elə bu zaman yüngül yaralanan aborigen konkistadoru 

əsir  almaq  üçün  ona  yaxınlaşdı  və  Antonionun  qılıncını 

əlindən almaq istədi. Birdən-birə özündə qüvvə tapan  yaralı 

konkistador  nərə  çəkərək,  qılıncı  ilə  hindunun  çənəsinə  alt-

dan  zərbə  endirdi.  Rəqibinin  yerə  yıxıldığını  görən  Antonio 

yerindən tərpənmədən qılıncını onun qarnına yeritdi. 




                                                     

 

  



                                                                            

                                                    

455 

Migel  ilə  döyüşən  hindulardan  biri  vəziyyətin  bu  cür 



dəyişdiyini  görüb,  cəld  Antonionun  üzərinə  şığıdı.  Pis 

vəziyyətdə  qalan  cavan  zadəgan  heç  cürə  dostuna  kömək 

etməyə imkan tapmadı. Ona görə ki, dərhal onun qarşısını o 

biri  düşmən  kəsdi.  Migel  rəqibini  məhv  etmək  üçün 

dayanmadan  dalbadal  qılınc  ilə  zərbələr  endirməyə  başladı. 

İldırım sürətilə yağdırılan zərbələrə tab gətirməyən hindunun 

ayağı büdrədi və o, arxası üstə yerə sərildi. Migel ona aman 

vermədən  qılıncını  qurbanının  qarnına  sancdı  və  həmin  an 

Antonionun  köməyinə  can  atdı.  Lakin  artıq  gec  idi.  Hindu 

konkistadoru  qətlə  yetirmişdi.  Hiddətə  gələn  Migel  bütün 

hirsini  aborigenin  üstünə  tökdü.  Hindu  əlindəki  nizə  ilə 

cavan  zadəganın  hücumlarını  dəf  etməyə  çalışdı.  Migel  isə 

həm  qılınc,  həm  də  lanset  ilə  gah  sağdan,  gah  da  soldan 

xüsusi fəndlərlə həmlələr endirdi. Lakin düşmənin azacıq da 

olsa,  geri  çəkilməyə  fikri  yox  idi.  O,  nizədən  çox  ustalıqla 

istifadə  edirdi.  Migel  döyüşən  zaman  gördü  ki,  yaralı  olan 

hindu  əlinə  kaman  alaraq  özü  üçün  əlverişli  mövqe  seçmək 

istəyir. Məsafə təxminən 25-30 metr olardı. 

Artıq Migelin qulağına silahdaşlarının çağırışları dəyməyə 

başladı.  Onlar  cavan  zadəgandan  döyüşü  dayandırıb  çayı 

keçməsini tələb edirdilər. Onların çağırışlarının səbəbi vardı.  

Təpənin  üstünə  9-10  nəfər  aborigen  qalxmışdı.  Belə  bir 

məqamda  vaxt  itirmək  lazım  deyildi.  Lakin  bütün  bu 



                                                     

 

  



                                                                            

                                                    

456 

təhlükəyə  baxmayaraq,  Migel  döyüşü  başa  çatdırıb  çayı 



keçmək  istəyirdi.  Birdən  onun  ayağı  Antonionun  meyitinə 

dəydi  və  o,  gücbəla  ilə  özünü  ayaq  üstə  saxladı.  Bu  zaman 

hindu rəqibini nizə ilə vurmaq istədi və nizə Migelin sol qolu 

ilə  bədəninin  arasından  boşa  çıxdı.  Fürsəti  əldən  vermək 

istəməyən Migel qolu ilə nizəni  bədəninə sıxdı və var  gücü 

ilə  hindunun  boynuna  qılınc  zərbəsi  endirdi.  Zərbə  o  qədər 

qüvvətli  oldu  ki,  hindunun  başı  bədənindən  üzülərək,  düz 

qətlə  yetirilmiş  Antonionun  ayaqları  üzərinə  düşdü.  Sanki 

bundan sonra cavan zadəganın hirsi soyudu. 

Hindular isə bu zaman təpənin üstündən aşağı enmişdilər. 

Cavan  zadəgan  Antonionun  silahını  götürüb  tələsik  çayı 

keçdi.  Antonio  həlak  olsa  da,  hamı  Migelin  göstərdiyi 

qəhrəmanlıqdan tamamilə razı idi. On-on beş dəqiqə davam 

edən  döyüşdə  o,  dörd  hindunu  öldürüb,  birini  ağır 

yaralamaqla  həqiqətən  də  şəxsi  igidlik  göstərmişdi.  Kapitan 

Xuan  bir  daha  Migelin  necə  mərddiklə  və  ustalıqla 

döyüşdüyünün  şahidi  oldu.  Migel  azacıq  da  olsun  ölümdən 

qorxmur  və  döyüş  zamanı  öz  rəqiblərilə  çox  asanlıqla 

döyüşürdü.  O,  qılınc  döyüşündə  çox  gözəl  döyüş  taktikası 

tətbiq  edirdi  -  döyüşün  ortasında  guya  zəifləyərək,  yorulub 

geri  çəkilir  və  bununla  da  rəqibinin  bütün  ehtiyatını  və 

təhlükəsizliyini  əlindən  alırdı.  Sonra  isə  birdən-birə  cəld 




                                                     

 

  



                                                                            

                                                    

457 

sıçrayışla əks-hücuma keçir və çox keçmədən rəqibini məhv 



edirdi. 

Leandro  tələsə-tələsə  dəstəni  çayın  sahilindən  uzaqlaş-

dırırdı.  O,  istəyirdi  ki,  tezliklə  çayın  ağzına  toplaşan  arau-

kanların  gözündən  itsin.  Leandronun  fikirincə,  çayın  ağzına 

toplaşanlar  aborigenlərin  kəşfiyyat  dəstəsi  idi.  Araukanlar 

ispanlar yoxa çıxana kimi çayı keçməyə cürət etmədilər. 

Səhərin  yenicə  açılmasından  istifadə  edən  konkistadorlar 

təpələrin  arası  ilə  gedərək  ensiz  bir  vadiyə  daxil  oldular. 

Vadinin  həm  şimal,  həm  də  cənub  sərhədində  araukan 

kəndləri vardı. Həmin kəndlərin arasındakı məsafə təxminən 

bir  liq  olardı.  Kəndlərdə  tək-tük  adamlar  ora-bura  gəzişirdi. 

Onlar təsərrüfat işlərilə məşğul idilər. Əhali konkistadorların 

burada  peyda  olmasından  xəbərsiz  idi.  İspanlar  isə  ətrafda 

bitən aqacların arası ilə vadinin o biri tərəfinə üz tutmdular. 

Vadinin qərb tərəfində  yenə də təpələr, təpələrdən sonra isə 

hündür olmayan dağlar şimalda Osorno vulkanı ilə birləşirdi. 

 

 

 



 

 

 



 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə