  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə113/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   109   110   111   112   113   114   115   116   ...   135

                                                     

 

  



                                                                            

                                                    

446 

təşkil  edən  buk  ağaclarının  altında  özlərinə  sığınacaq  yeri 



tapdı.  Onların  hamısında  qızardılmış  ət  vardı.  Yeyiləcək 

ətdən başqa konkistadorlarda iki keçi vardı. 

İstirahətdən sonra hansı istiqamətdə yol qət etmək məlum 

deyildi. Şimala və ya qərbə tərəf hərəkət etməsi Leandro ilə 

kapitanın  ümumi  razılığından  sonra  qərara  alınmalı  idi. 

Leandro isə böyük bir  çay daşının  üstündə oturub gölməçə-

nin o tərəfindəki əraziləri nəzərdən keçirirdi. Həmin ərazilər 

ona  həm  tanış,  həm  də  qəribə  görünürdü.  Kapitan  ondan 

sonrakı planlarını öyrənməyə çalışdı. Leandro isə cavabında 

aludəliklə dedi: 

-  Çox  maraqlıdır,  görəsən  nəyə  görə  araukanlar  bu 

gölməçənin kənarında yaşayış məntəqəsi salmayıblar? Bəlkə 

də  salıblar!  Çox  güman  ki,  araukanların  yaxınlıqda  yaşayış 

məntəqəsi  var.  Ola  bilər,  həmin  yaşayış  məntəqəsi  bax,  o 

təpələrin - əli ilə gölməçənin o tərəfindəki təpələri göstərərək 

izah  edir.  -  arxasında  olsun.  Həm  də  buradan  Osorno 

vulkanını  çox  aydın  şəkildə  görmək  olur.  Deməli,  biz  yeni-

dən Araukaniyanın mərkəzinə yaxınlaşmışıq. 

- Onda belə çıxır ki, Anqud körfəzinə çatmağa az qalıb. - 

deyə  kapitan  həvəslə  dilləndi.  -  Maraqlıdır,  görəsən  hindu 

kəndləri burada çoxdur, yoxsa az? 

-  Biz  Araukaniyanın  mərkəzinə  çatmışıqsa,  deməli  bütün 

ətrafda hindu kəndləri var. - deyə Leandro təəssüflə dilləndi. 



                                                     

 

  



                                                                            

                                                    

447 

- Ancaq çox qəribədir; görəsən nəyə görə araukanlar burada 



görünmür?  Axı,  onlar  təxmini  də  olsa,  bizim  marşrutdan 

agahdırlar.  Mənə  elə  gəlir,  onlar  hansısa  bir  hiyləyə  əl 

atıblar. 

- Sən buraları yaxşı tanıyırsan? - deyə kapitan soruşdu. 

- O qədər də yox! - deyə Leandro tərəddüd etmədən cavab 

verdi. - Ancaq onu bilirəm ki, hinduların fort tikdirdiyi kənd 

haradasa, yaxınlıqda olmalıdır. 

-  Həmin  kənd  hansı  istiqamətdə  yerləşir?  -  yenə  də  kapi-

tan maraqlandı. 

 -  Təxminən  şimal-qərb  istiqamətində!  -  deyə  Leandro 

inamsızlıqla dilləndi. 

-  Bəlkə,  hindular  şimal  tərəfdə  bizim  üçün  güclü  pusqu 

qurublar?  -  deyə  söhbətə  qarışan  Migel  üzrxahlıqla  dilləndi. 

–  Ona  görə  ki,  unutmaq  lazım  deyil  ki,  araukanlar  elə 

əvvəldən  cənuba  və  qərbə  gedən  yolları  ciddi  nəzarət  altına 

almış, şimala gedən yolu isə nəzarətsiz buraxmışdılar. 

-  Bu  ağıla  batan  variantdır!  -  deyə  Leandro  təqdirediçi 

tərzdə dilləndi. - Bizim qarşımızı kəsmək üçün şimalda mü-

nasib  yerlər  var.  Çox  güman  ki,  araukanlar  həmin  yerlərdə 

yaxşı mövqelər tutublar. 

-  Əgər  elədirsə,  biz  qərb  istiqamətində  öz  yolumuzu 

davam  etdirməliyik.  -  deyə  kapitan  təşəxxüslə  dilləndi.  - 

Araukanların buraxdığı səhvdən biz qərb istiqamətində xeyli 



                                                     

 

  



                                                                            

                                                    

448 

hərəkət edə bilərik. Bütün dəstəyə xəbər verin ki, beş dəqiqə-



dən sonra çayı keçəcəyik! Burada artıq vaxt itirmək olmaz. 

Həmin  müddətə,  istirahətləri  yarımçıq  qalmış  konkista-

dorlar  təxminən  yüz  əlli  metr  şimalda  çayı  keçməyə  başla-

dılar. Ensiz olan çay heç də dərin deyildi. Ən dərin yerdə su 

onların  qurşağına  kimi  idi.  Dəstə  çətinlik  çəkmədən  çayı 

keçdi  və  iki  təpənin  arası  ilə  qərbə  tərəf  üz  tutdu.  Bəzi 

yerlərdə  ağac  bitirdi,  bəzi  yerlərdə  isə  yox.  Beş-altı  liqdən 

sonra  onlar  hündür  olmayan  dağların  sərhədinə  çatacaqlar. 

Məhz həmin dağlar Anqud körfəzinə və Sakit okeana çatmaq 

üçün sonuncu hündür sədd sayılırdı. Konkistadorların getdiyi 

yol  böyük  bir  vadidən  keçirdi.  Həmin  yer  And  dağları  ilə 

sahil  zolağında  yerləşən  dağların  arasında  idi.  Cənub  tərəf 

meşə örtüyü ilə zəngin idi. Bir liqdən sonra onların qarşısına 

yenə də ensiz bir çay çıxdı. Lakin uzaqda həm şimalda, həm 

də  cənubda  hindu  kəndləri  görünməyə  başladı.  Hələlik  isə 

yerli  sakinlərdən  heç  kim  gözə  dəymirdi.  Sanki  hamı  yoxa 

çıxmışdı. Bu sakitlik ispanların ürəyindən deyildi. 

Hazırda  konkistadorlar  çayı  qət  etməyə  hazırlaşırdılar. 

Əvvəlki çaya nisbətən bu soyuq və bəzi yerlərdə dərinliyi ilə 

fərqlənirdi və cənub istiqamətində sürətlə axırdı. Çayın o biri 

sahilnə keçmək üçün münasib yer tapmaq lazım idi. Vaxtdan 

səmərəli istifadə etmək üçün kapitan bütün dəstəyə istirahət 

etməyə icazə verdi. Yalnız Migel, Leandro və Karlos keçidi 



                                                     

 

  



                                                                            

                                                    

449 

axtarıb  tapmalı  idilər.  Hava  qaralmaq  üzrə  idi.  Qaranlıq 



düşsə də həmin keçidi tapmaq mümkün idi. 

Osorno vulkanının başı işıqlı idi. Günəş Sakit okeana tərəf 

əyilməkdə  idi.  Həmin  tərəfdə  göyün  üzü  açıq  qırmızı  rəngə 

boyanmışdı.  Göydəki  buludlar  isə  cürəbəcür  rənglərə  qərq 

olmuşdu.  And  dağları  bənövşəyi  rənglər  buraxaraq  orada 

solğun  təzadlar  əmələ  gətirmişdi.  Bir  saat  keçməmiş  günəş 

yoxa çıxacaq, bütün ətraf isə qaranlığa bürünəcək. Ay isə öz 

yerini göyün üzərində tutmağa hazırlaşır, ulduzların bir çoxu 

isə göyün üzündə mövqe tutmağa hazırlaşırdı. 

Keçid  tapılsa  da,  çayı  keçməyə  ertəsi  günü  cəhd  göstəri-

ləcək.  İndi  isə  qərara  alınmışdı  ki,  çaydan  bir  qədər  aralı 

fitsroya  ağacının  altında  ispanlar  düşərgə  qurub  səhərin 

açılmasını  gözləsinlər.  Hələlik  tonqal  qalanmasına  içazə 

verilmirdi. Bu gecə axırıncı keçilər kəsilməli idi.  

Qəribə  olsa  da,  bugünkü  keçid  zamanı  konkistadorlarla 

araukanlar  arasında  silahlı  toqquşma  baş  verməmişdi. 

İspanları  maraqlandıran  sual  o  idi  ki,  nəyə  görə  görə  arau-

kanlar  onların  üzərinə  hücum  çəkməmişdilər.  Ən  azı  onlar 

konkistadorları mühasirəyə ala bilərdi. Deməli, araukanların 

fikri tamamilə başqadır. Ertəsi gün keçidə başlayanda silahlı 

toqquşmanın  baş  verməsi  labüd  idi.  Lakin  bütün  bu 

çətinliklərə baxmayaraq, konkistadorlar çalışacaqlar ki, qərb 

istiqamətində öz hərəkətlərini davam etdirsinlər. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə