  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə109/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   105   106   107   108   109   110   111   112   ...   135

                                                     

 

  



                                                                            

                                                    

430 

Ət  o  qədər  çox  idi  ki,  hamı  yeyəndən  sonra  artıq  da  pay 



qaldı. 

Keşikdə  dayananlar  kapitana  xəbər  verdilər  ki,  araukan-

ların  sırasında  canlanma  başlayıb.  Onlar  mövqelərini  dəyiş-

mək istəyirdilər. Əlavə  qüvvə gəlməyincə, hindular hücuma 

keçməyəcəklər.  Bu  döyüşdən  sonra  bir  daha  hinduların 

ispanların  üzərinə  hücum  etmələrinə  inanmaq  olmurdu. 

Çünki  döyüşdən  sonra  düşmənin  iyirmi  dörd  meyiti  yerdə 

qalmışdı.  Lakin  araukanları  elə-belə  sarsıtmaq  mümkün 

deyildi.  Ona  görə  ki,  araukanlar  öz  müstəqillikləri,  azadlığı 

uğrunda  mübarizə  aparırdılar.  Qələbə  qazanmayınca  onlar 

geri  çəkilmək  istəmirdilər.  Konkistadorlar  da  öz  döyüşgən-

liyi  ilə  qeyri-bərabər  döyüşlərdə  düşmənlərini  mat  vəziyyə-

tində qoyurdular. 

Elə konkistadorlar yola düşməyə hazırlaşırdılar ki, birdən-

birə yağış dayandı. Lakin bu onlar üçün şad xəbər sayılmırdı. 

Onsuz  da  yer  palçığa  dönmüş  və  ətraf  ərazi  bataqlığı 

xatırladırdı.  Belə  bir  yerdə  yol  getmək  böyük  çətinlik  törə-

dirdi. Palçıq maqnit kimi basılan ayağı özünə tərəf çəkirdi. 

Hərəkət  ağır  olunmasın  deyə,  kapitan  göstəriş  verdi  ki, 

həlak  olan  silahdaşlarının  meyitləri  elə  döyüş  meydanında 

qalsın.  Araukanların  əhatəsində  olan  konkistadorlar  belə  bir 

ağır  vəziyyətdə  meyitləri  özləri  ilə  apara  bilməzdilər.  Su 

içində  olan  konkistadorlar  şimal-şərq  istiqamətində  döyüş 



                                                     

 

  



                                                                            

                                                    

431 

meydanını  tərk  etdilər.  Həmin  istiqamətə  gedən  çığırlar 



getdikcə  yuxarı  qalxırdı.  Çünki  həmin  istiqamətdə  And 

dağlarının ətəkləri yerləşirdi. 

Kapitan  Xuan  üstünlüyü  əldən  verməmək  və  Anqud 

körfəzinə yollanan dəstənin üzərindən təhlükəni götürməmək 

üçün meşələrlə bol olan bu ərazidə manevrlər etmək fikrində 

idi. Çünki ekspedisiyanın gəlişinə hələlik dörd gün vardı. Bu 

dörd  günə  onlar  araukanların  fikrini  Anqud  körfəzindən 

ayırmalı idilər. Palçıq içərisində olan meşədə hərəkət etmək 

şox  çətin  idi.  Xüsusən  də  yaralılar  möhkəm  əziyyət  çəkir-

dilər.  Başqalarına  nisbətən  Osvaldonun  aldığı  yara  ağır  idi. 

Ağrıya  dözməyinə  o  dözürdü,  ancaq  bəzi  hallarda  onun 

yarası  açılır  və  həmin  yerdən  qan  tökülürdü.  Yaralı  cənga-

vərin silahını Migel özü daşıyırdı.  

Bütün  dəstə  vaxt  itirmədən  müvəqqəti  olaraq  təhlükəli 

ərazidən  uzaqlaşmalıydı.  İlkin  mərhələdə  isə,  hətta  hindular 

onları  izləməyə  də  başlamışdılar.  Sonradan  düşmən  kəşfiy-

yatçıları  təqibi  gözlənilmədən  dayandırmalı  oldular.  İspan-

ların  şimal-şərq  istiqamətində  hərəkət  etməsi  araukanları 

qane  edirdi.  Amma  iki  saat  keçəndən  sonra  kapitan  Xuan 

gözlənilmədən  istiqaməti  cənuba  tərəf  döndərdi.  Kapitan 

istəmirdi  ki,  dəstə  hinduların  yaşayış  məntəqələrindən  çox 

uzaqlaşsın.  Leandronun  məlumatına  görə  And  dağlarına 

yaxınlaşdıqca,  orada  araukan  kəndlərilə  üzləşmək  ehtimalı 



                                                     

 

  



                                                                            

                                                    

432 

çox azalırdı. Ancaq cənubda çoxlu hindu kəndləri yerləşirdi. 



Orada  araukan  döyüşçülərinin  sayı  da  qat-qat  çoxdur.  Həm 

də həmin kəndlər çox ciddi şəkildə qorunurdu. Ona görə ki, 

araukanların  əsas  təsərrüfat  sahələri  məhz  həmin  ərazidə 

yerləşirdi. 

Axşama  qədər  dəstə  üç  liq  yarım  yol  getdi  və  hündür 

olmayan  bir  təpənin  üstündə  ayaq  saxladı.  Bütün  ətraf 

ağaclarla əhatə olunmuşdu. Lakin aşağıda geniş yol vardı və 

həmin yol qərbə və cənuba burulurdu. Bu yol daimi istifadə 

olunurdu. Yalnız təpənin aşağısında ağac örtüyü çox seyrək 

idi.  Qərbə  və  cənuba  burulub  uzanan  yol  ağacların  arasında 

yoxa çıxırdı. Bura Anqud körfəzindən çox uzaq idi. Körfəzin 

qarşısını  hündür  olmayan  dağlar  kəsirdi.  Həmin  dağlar  da 

meşə  örtüyü  ilə  bol  idi.  Bura  ispanlar  üçün  hələlik  ən 

təhlükəsiz  yer  sayılırdı.  Çünki  araukanlar  ağıllarına  belə 

gətirmirdilər  ki,  kiçik  saylı  ispan  dəstəsi  bu  qədər 

Araukaniyanın  içərilərinə  daxil  olsun.  Həm  də  araukanlar 

bütün böyük yolları ciddi nəzarət altında saxlayırdılar. Gözə 

görsənmədən  buralara  gəlmək  çox  ağır  və  çətin  idi.  Lakin 

Leandro dəstəni bura çox asanlıqla gətirmişdi. 

Hamı  həddindən  artıq  yorğun  idi.  Təhlükəsizlik  təmin 

olunsun  deyə,  kapitan  əlli  metr  təpədən  aralı  meşənin  içəri-

sində düşərgə qurulmasına dair göstəriş verdi. Dörd nəfərdən 

ibarət keşikçi qoyuldu. Onların hər birisi başqa-başqa yerlər-



                                                     

 

  



                                                                            

                                                    

433 

də  keşik  çəkirdi.  Əsas  fikir  təpənin  üstünə  yönəlmişdi.  Ona 



görə  ki,  oradan  geniş  bir  ərazini  müşahidə  etmək  olardı. 

Buradan,  hava  qaralan  zaman  yandırılan  tonqalların  və 

məşəllərin  sayəsində  yaxınlıqdakı  kəndlərin  hansı  nöqtədə 

yerləşdiyini  müəyyən  etmək  mümkün  idi.  Leandronun 

Verdiyi  məlumata  əsasən,  Araukaniyanın  bu  hissəsində 

hinduların məskunlaşdığı məntəqələr çoxdur. 

Günəş  batandan  sonra  hava  yenə  də  soyumağa  başladı. 

Gündüz  vaxtı  bir  neçə  saat  dalbadal  yağan  yağış  meşədə 

güclü  rütubət  əmələ  gətirmişdi.  Kapitan  hələlik  tonqal 

qalanmasını  qəti  qadağan  etmişdi.  Çünki  indi  yandırılan 

tonqalı  hələ  də  meşədə  gəzişən  hindular  görə  bilərdi. 

Konkistadorlar  indi  elə  bir  vəziyyətdə  idilər  ki,  onlar  hətta 

araukanların  gözünə  görünməməkdən  örtü  ova  da  çıxa 

bilmirdilər. Ehtiyatı əldən verməyi istəməyən kapitan meşə-

dəki  bütün  ağır  vəziyyətlərə  dözməklə,  Araukaniyada  artıq 

vaxt udmağa çalışırdı. 

Soyuq başlayan kimi Osvaldonu çoxlu qan itirdiyinə görə 

üşütmə  tutdu.  Migel  onun  bədənini  və  ayaqlarını  massaj 

etməklə  yaralı  dostunu  isitməyə  çalışırdı.  Araukanlardan 

alınan  ərzaq  ehtiyatı  qızardılmış  ət  və  çörək  bütün  ispanlar 

arasında  demək  olar  ki,  bərabər  qaydada  paylanıldı.  Yalnız 

yaralılara iki tikə ət artıq verildi. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə