  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə110/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   106   107   108   109   110   111   112   113   ...   135

                                                     

 

  



                                                                            

                                                    

434 

Gecə  saat  12  olmasına  az  qalmışdı  ki,  yavaş-yavaş, 



ispanların  qurduqları  düşərgədən  xeyli  aralıda  bütün  ətrafda 

tonqallar  peyda  olmağa  başladı.  Şərq  istiqamətində  də  And 

dağlarına yaxın bir yerdə hündür olmayan dağların ətəklərin-

də tonqallar görünürdü. 

Bu  vaxt  Migel  təpənin  üstündə  keşik  çəkməyə  növbəyə 

gəlmişdi.  O,  bütün  ətrafı  diqqətlə  nəzərdən  keçirirdi. 

Konkistadorlara  yaxın  olan  hindu  yaşayış  məntəqəsi  cənub 

istiqamətində  idi.  Bunu  orada  yanan  tonqallardan  müəyyən 

etmək  oldu.  Təpə  ilə  həmin  məntəqə  arasındakı  məsafə  heç 

yarım liq olmazdı. Bu  heç də konkistadorlar üçün  yaxşı  hal 

sayılmırdı.  Çünki  onlar  burada  tonqal  qalasaydılar,  arau-

kanlar  çox  güman  ki,  ispanların  yerini  təyin  edə  bilərdilər. 

Konkistadorlar  isə  bu  soyuq  gecəni  tonqalsız  keçirə 

bilməzdilər. Buna görə bir tədbir görmək lazım idi. Kapitan 

Xuan  döyüşçülərin  fikrini  nəzərə  alaraq  təxminən  qırx-alli 

metr də meşənin içərisində yeridi və orada dərin olmayan bir 

çalada düşərgə qurub, tonqal qalamaq üçün münasib bir yer 

tapdı. Buradakı ağacların sayəsinə ispanların qaladığı tonqal 

heç kim tərəfindən müəyyən edilə bilməzdi. Hətta döyüşçü-

lərə örtükdən ibarət olan daxma tikilməsinə də icazə verildi. 

Kapitan  Xuan  məsləhətləşmək  üçün  Leandro  ilə  birlikdə 

Migelin yanına gəldi. Kapitan üzünü səs gələn tərəfə tutaraq 

(cənub tərəfdən hinduların səsi gəlirdi) Migelə dedi: 



                                                     

 

  



                                                                            

                                                    

435 

- Hindular bizim hücumlardan möhkəm zərər çəkdiklərinə 



görə  yaman  qəzəbləniblər.  Gözlərinə  yuxu  da  girmir.  Eybi 

yoxdur,  onların  burada  məskunlaşmağına  çox  az  qalıb. 

Alonso  bütün  ekspedisiya  ilə  bura  gələndən  sonra  biz 

Araukaniyada  fəaliyyət  göstərən  bütün  hinduları  qılıncdan 

keçirəcəyik. 

-  Araukanlar  bu  qədər  itki  versələr  belə,  hələ  də  ruhdan 

düşməyiblər. - Migel ümidsiz halda dilləndi. - Onların yerinə 

hansı hindu tayfası olsaydı çoxdan müqaviməti dayandırardı. 

Lakin onlar daha da əzmlə müqavimət göstərir-lər. Görürlər 

ki, bizə gücləri çatmır, yenə də üstümüzə hücum edirlər. 

-  Çox  qəribə  tayfadır.  -  deyə  kapitan  təqdiredici  tərzdə 

dilləndi. - Mən Meksikada bir çox hindu tayfaları ilə döyüş-

müşəm,  ancaq  araukanlar  kimi  inadkar,  qorxmaz,  dəyanətli, 

ölümdən çəkinməyən bir hindu tayfası ilə rastlaşmamışam. İş 

ondadır  ki,  onlar  soyuq  silahlardan  çox  mükəmməl  istifadə 

edir  və  taktiki  döyüşü  tətbiq  etməyi  bacarırlar.  Lakin  buna 

baxmayaraq  onların  hamısı  bu  ilin  axrına  kimi  rəhm 

edilmədən məhv ediləcəklər. 

-  Araukanlar  sanki  insan  deyil.  -  deyə  Leandro  söhbətə 

qarışdı. - Mübarizənin mənasız olduğunu başa düşərək, yenə 

də  müqavimət  göstərirlər.  Lakin  çox  maraqlıdır,  əvvəlkinə 

nisbətən  elə  bil  araukanların  sayı  xeyli  çoxalıb.  Mənə  elə 

gəlir ki, onlara qonşu hindu tayfaların da qoşulub. 



                                                     

 

  



                                                                            

                                                    

436 

-  Şəxsən  mən,  onlara  qarşı  təkbaşına  mübarizə  aparmağa 



razıyam.  -  deyə  kapitan  dilləndi.  -  Mənə  ən  çox  təsir  edən 

igid  silahdaşlarımızın  bu  müharibədə  həlak  olmalarıdır.  O 

cür oğullar İspaniyanın xeyrinə çox işlər görə bilərdilər. 

- Cənab Odovaldo, biz itki versək də Araukaniyada gedən 

müharibənin  2-ci  mərhələsini  çox  uğurlu  başlamışıq.  -  deyə 

Migel  aludəliklə  dilləndi.  -  Azsaylı  qüvvə  ilə  biz  düşmənə 

sarsıdıcı  zərbələr  endirmişik.  Hiss  olunur  ki,  onlar  əvvəlki 

kimi  tam  arxayınlıqla  döyüşə  bilmirlər.  Demək  olar  ki,  hər 

bir  döyüşdə  bir-birinin  ardınca  məğlubiyyətə  uğrayırlar. 

Polkovnik Alonso ekspedisiya ilə bura gəlsə, onda araukan-

lar tam iflasa məruz qalacaqlar. 

-  Araukanlar  birdəfəlik  məhv  edilərək,  yer  üzündən  yox 

olmalıdırlar.  -  deyə  kapitan  qürurla  dilləndi.  -  Bu  torpaqda 

həlak olan hər bir ispanın qisası alınmalıdır. 

- Bu elə də olacaq. - deyə Leandro səbrlə dilləndi. - Ancaq 

biz bu günlərdə nə edəcəyimizi fikirləşməliyik. Səhər açılana 

qədər  bizim  yeməyimiz  olmayacaq.  İndidən  bir  tədarük 

görməliyik.  Ac  qarnına  biz  burada  lazımınca  fəaliyyət 

göstərə bilməyəcəyik. 

- Eybi yoxdur, səhər açılanda meşədə ov ilə məşğul olarıq. 

-  deyə  kapitan  arxayınlıqla  dilləndi.  -  Bu  meşədə  nə  qədər 

istəsən quş var. 




                                                     

 

  



                                                                            

                                                    

437 

-  Sinyor  Odovaldo,  təkcə  quş  ilə  bu  qədər  adamı  təchiz 



etmək  mümkün  deyil.  -  deyə  Migel  onunla  razılaşmadığını 

bildirdi.  -  Mənim  yaxşı  təklifim  var.  Biz  elə  etməliyik  ki, 

araukanlar  bizim  burada  olmağımızdan  xəbərdar  olsunlar. 

Bunun  üçün  biz,  elə  gecə  ikən  yaxınlıqdakı  kəndə  gedib 

basqın  etməli  və  orada  bir-iki  quanako  götürüb  geri 

qayıtmalıyıq. 

- Yox, mənə elə gəlir ki, bu işdə bir az ehtiyatlı olmalıyıq. 

-  deyə  Leandro  cavan  zadəgana  öz  etirazını  bildirdi.  -  Mən 

tam  əminəm  ki,  yaxınlıqda  olan  kənddə  çoxlu  hindu 

döyüşçüsü var. Kəndə basqın etmək üçün bizdə kifayət qədər 

qüvvə yoxdur. Sadəcə olaraq, biz gecə vaxtı kəndə daxil olaq 

və  oradan  bir-iki  heyvan  götürüb  geri  qayıdaq.  Onsuz  da 

araukanlar  başa  düşəcəklər  ki,  heyvanları  biz  götürmüşük. 

Ondan  sonra  düşmən  özünün  əsas  qüvvəsini  burada 

cəmləşdirəcək.  

-  Mən  bu  təkliflə  razıyam.  -  deyə  kapitan  təqdiredici 

tərzdə dilləndi. 

- İndiki zamanda mən hər bir döyüşçünü göz bəbəyi kimi 

qorumalıyam.  Kəndə  basqın  etməyin  heç  bir  əhəmiyyəti 

yoxdur.  Quanakoları  kənddən  gizlincə  də  götürmək  olar.  - 

Sonra  kapitan  üzünü  Leandroya  tutub  maraqla  soruşdu.  - 

Leandro,  heç  olmasa  bir  dəfə  sən  bu  kənddə  olmusan,  ya 

yox? Kəndə getmək üçün sən uşaqlara bələdçilik edəcəksən. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə