  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə112/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   108   109   110   111   112   113   114   115   ...   135

                                                     

 

  



                                                                            

                                                    

442 

Kapitan  qarşısına  məqsəd  qoymuşdu  ki,  ən  azı  bütün  on 



beş  nəfərlik  qüvvə  ilə  araukanların  iri  qüvvəsinin  başını 

burada qatsın, ertəsi günü isə Anqud körfəzinə yollansın. O, 

bu  yolu  düz  iki  günə  qət  etməyim  planlaşdırmışdı.  Leandro 

kapitana  izah  etdi  ki,  araukanlar  buranı  mühasirəyə  alsalar 

da, o, gecə ikən dəstəni mühasirədən çıxarda biləçək. Bu işdə 

meşənin  sıx  ağacları  onlara  böyük  köməklik  göstərəcək. 

Kəşfiyyatçının  fikrincə,  qaranlıqda  meşədə  hər  bir  mühasi-

rəni  yarmaq  mümkündür.  Ancaq  bilinmirdi  mühasirə  vaxtı 

araukanlar  hücuma  keçəcəklər,  ya  yox?  Çünki  döyüş  vaxtı 

konkistadorların  sıralarında  ölən  və  yaralananlar  olacaq. 

Onda vəziyyət başqa cür ola bilər. Ağır yaralılar ilə mühasi-

rəni  yarıb  təhlükəli  ərazidən  uzaqlaşmaq  çox  müşkül  bir  iş 

sayılırdı.  Araukanlar  daim  onları  təqib  edərək,  bir-birinin 

ardınca hücumlar təşkil edə bilərlər. Onlar azsaylı qüvvənin 

mühasirədən  uzaqlaşmasına  heç  vaxt  imkan  verməyəcəklər. 

Araukanlar meşə şəraitində böyük bir ustalıqla döyüşürdülər. 

Leandro da bu amili çox yaxşı anlayırdı. 

Konkistadorların  tutduğu  mövqe  əlverişli  olduğundan 

bura  toplaşan  hindular  hələlik  onları  mühasirəyə  almadılar. 

İspanları  mühasirəyə  almaq  üçün  hinduların  buradakı 

qüvvəsi  kifayət  deyildi.  Aborigenlərin  sayı  250-300  nəfər 

olardı. Ancaq buna baxmayaraq onlar cənuba və qərbə gedən 




                                                     

 

  



                                                                            

                                                    

443 

yolları ciddi nəzarət altına almışdılar. Sanki konkistadorların 



buradan uzaqlaşmaları üçün böyük imkan yaradılırdı. 

Araukanlar  hansısa  bir  hiyləyə  əl  atmışdılar!  Qəddarlığı 

ilə  tanınan  bu  hindu  tayfası  ağır  vəziyyətə  düşmüş  azsaylı 

ispan  dəstəsini  elə-belə  buranı  tərk  etməyə  imkan  verməyə-

cəkdi. Lakin ispanların da hələlik buranı tərk etməyə fikirləri 

yox idi. Hazırda isə müvəqqəti olaraq konkistadorlar burada 

özlərini  tam  sərbəst  hiss  edirdilər.  Baxmayaraq  ki,  hindular 

yaxınlıqda mövqe tutmuşdular. 

Qaranlıq  çökəndən  sonra  konkistadorlar  özləri  üçün 

tonqal qalayıb ət də qızartdılar. Bu işdə araukanlar onlara heç 

bir maneəçilik törətmədilər. 

Ertəsi  günü  sentyabrın  20-də  dan  yeri  yenicə  sökülmüş 

konkistadorlar Anqud körfəzinə getmək üçün düşərgəni qərb 

istiqamətində  tərk  etdilər.  Bələdçilik  etmək  üçün  qabaqda 

Leandro  ilə  Dias  gedirdi.  Araukanların  əksəriyyəti  bu  vaxtı 

şirin  yuxuda olduqlarından, onlar dəstəni düşmənin qurduq-

ları pusqularının arasından keçirməli idi. Ancaq çox keçmə-

miş  Leandro  xəbər  verdi  ki,  araukanların  sıraları  həddindən 

sıxdır,  onların  arasından  gizlincə  keçib-getmək  mümkün 

olmayacaq.  Belə  olduqda  mütləq  hindularla  toqquşma  baş 

verəcək.  Kapitan  Xuan  isə  heç  bir  konkistadorun  həyatını 

risqə  vermək  istəmirdi.  Anqud  körfəzinə  keçid  zamanı  hər 

bir döyüşçü ona sağ-salamat lazım idi. 



                                                     

 

  



                                                                            

                                                    

444 

Əlacsız  qalan  dəstə  məcburi  olaraq  şimal  istiqamətə  üz 



tutdu. Hündür olmayan dağların qoynundan enməsələr, onlar 

təxminən 15 liq şimal istiqamətində daim hərəkət edə bilər-

lər. Ən əsas o idi ki, keçid zamanı hindular onların arxasıy-

can düşməsinlər.  

Təxminən  bir  liq  şimal  istiqamətində  hərəkət  edən  dəstə, 

ondan  sonra  yenə  də  qərb  istiqamətində  yolunu  davam 

etdirdi. 

İspanlar  dağın  qoynundan  düşərək  dərə  ilə  aşağı  endilər. 

Bəzi  yerlərdə  ağaclar  seyrək  bitdiyindən,  konkistadorları 

hündür  təpələrin  üstündən  görmək  olardı.  Lakin  onlar  çox 

ehtiyatla  hərəkət  edirdilər.  Konkistadorlar  düşmənin  gözünə 

görünmədən  sərbəst  halda  iki  liq  yarım-üç  liq  yol  getmək 

istəyirdilər. Onlar günün sonuna kimi Araukaniyanın mərkə-

zinə  qədər  yol  qət  etmək  istəyirdilər.  Ondan  sonra  Anqud 

körfəzinin  şimal  sahilinə  çatmağa  çox  az  məsafə  qalırdı. 

Kapitanın fikrincə, yolboyu araukanlar onların üstünə hücum 

etməyə cürət etməyəcəklər. Çünki sonuncu döyüşlər zamanı 

düşmən  həddindən  artıq  itki  vermişdi.  Lakin  ehtiyat  əldən 

verilməməliydi. 

Xeyli getmişdilər ki, Leandro kapitana xəbər verdi ki, sayı 

məlum  olmayan  hindu  dəstəsi  qarşıda  ağacların  arasında 

pusqu  qurub.  İrəliləyiş  dayandırıldı.  Araukanlar  pusqu 

qurublarsa,  deməli  onların  sayı  ən  azı  yüz  nəfərə  yaxın 



                                                     

 

  



                                                                            

                                                    

445 

olmalıydı.  Düşmən  ilə  toqquşmağın  heç  bir  xeyiri  yox  idi. 



Məhz buna görə də, konkistadorlar istiqaməti bird aha şimala 

tərəf döndərdilər.  

İndi  konkistadorlar  hərtərəfli  araukanlardan  uzaqlaşmaq 

istəyirdilər. Şimala gedən yol heç də onlar üçün asan deyildi. 

İspanların qarşısın hündür təpələr, sıx meşəliklər, iti tikanları 

olan  kolluqlar,  xırda  dayaz  çaylar  və  daş-qalaqdan  ibarət 

olan  dərələr  kəsirdi.  Bu  yerlərdən  yerli  hinduların  özləri 

nadir  hallarda    istifadə  edirdilər.  Adi  cığırları  burada  nadir 

hallarda görmək olurdu. Leandronun arxasına düşən ispanlar 

bu  çətin  yollarla  bir  liqdən  çox  məsafə  qət  etdilər.  Artıq 

günorta  yeməyinin  üstündən  dörd  saat  keçmişdi.  Konkista-

dorlar  həm  ac,  həm  də  bərk  yorulmuşdular.  Lakin  heç  kim 

kapitanın göstərişi olmadan özbaşına ayaq saxlaya bilməzdi. 

Nəhayət  onların  hamısı  balaca  bir  gölməçənin  kənarında 

ayaq  saxladılar.  Gölməçədən  şimal  tərəfə  ensiz  bir  çay 

uzanıb gedirdi. Leandronun fikrincə, həmin çay təxminən liq 

yarımdan  sonra  qərb  tərəfə  burulurdu.  Çayın  sağ  sahili 

hündür,  sol  sahili  isə  alçaq  idi.  Sağa  nisbətən  solda  yaşıllıq 

bir qədər seyrəlirdi, bəzi yerlərdə isə ağac ümumiyyətlə yox 

idi.  Hələlik  isə  kapitan  bütün  dəstəyə  dincəlmək  imkanı 

verdi. 

Konkistadorlar bir saatın ərzində həm dincəlməli, həm də 



günorta yeməyini qəbul etməli idilər! Hamı burada üstünlük 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə