  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə117/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   113   114   115   116   117   118   119   120   ...   135

                                                     

 

  



                                                                            

                                                    

462 

məhz  bu  enişində  özlərinin  az  qüvvəsini  yerləşdirsinlər. 



Onlar  istəyirlər  ki,  biz  mühasirəni  həmin  istiqamətdə 

yarmağa çalışaq. 

-  Yox,  bu  fikir  ilə  mən  razılaşa  bilmərəm.  -  deyə  kapitan 

tərəddüd etmədən öz etirazını bildirdi. - Ağacların arxasında 

gizlənib  bizə  pusqu  qurmalarının  heç  bir  xeyiri  yoxdur. 

Araukanlar çox yaxşı bilirlər ki, biz on iki nəfərlik bir qüvvə 

ilə mühasirəni yarmağa risq etməyəcəyik. Çünki bizim aşağı 

enməyimiz ölümə bərabər olan bir şey sayılır. Sadəcə olaraq 

bu enişdə böyük bir qüvvənin yerləşdirilməsinə araukanlarda 

əsgər çatışmamazlığı hiss olunur. 

-  Leandronun  dediyinə  görə  bu  dağların  o  biri  tərəfində 

Anqud körfəzi yerləşir. - deyə Migel həsrətlə dilləndi. - Biz 

buradan çıxa bilsək, artıq Anqud körfəzinə çata bilərik. 

-  Demək  istəyirsən  ki,  mən  on  bir  əsgərlə  bu  vəhşilərin 

qurduğu  mühasirəni  yaracağam?  -  deyə  kapitan  müəmmalı 

tərzdə  dilləndi.  -  Bu  axı,  qeyri-realdır.  Yox,  bu  dəfə  mən 

mühasirəni yarmağa cəhd etməyəcəyəm. Bu dəfə Alonso bizi 

mühasirədən  xilas  edəcək.  Mən  burada  yalnız  onun  gəlişini 

gözləyəcəyəm. Hər bir əsgərin həyatı mənim üçün əzizdir. 

- Biz gecə vaxtı gizlincə aşağı düşsək, mühasirəni birtəhər 

yara  bilərik.  Ancaq  gecənin  qaranlığında  sağ  qalanlar 

qarşıdakı meşədə pərən-pərən düşəcəklər. 




                                                     

 

  



                                                                            

                                                    

463 

-  Sənə  dedim  ki,  mən  Alonsonun  gəlişini  gözləyəcəm.  -



kapitan qətiyyətlə dilləndi və Migelin yanından uzaqlaşdı. 

Kapitan  həqiqətən  də  uşaqların  həyatı  ilə  daha  risqə 

getmək  istəmirdi.  Onsuz  da  bir  gündən  sonra  polkovnik 

Alonso  Anqud  körfəzinə  gələcək  və  orada  kapitan  Xuanın 

kəşfiyyat  dəstəsini  görmədikdə,  döyüş  əməliyyatlarına 

başlamaq üçün Araukaniyanın içərilərinə daxil olacaq. 

Axşama  az  qalmış  vadinin  şimalında  yerləşən  kənddə 

qəribə  hadisə  baş  verdi.  Kənd  əhalisi  bir  yerə  toplaşmağa 

başladı.  Onlar  sanki  kiminsə  çıxışına  qulaq  asırdılar.  Elə 

həmin  an  kənddən  bir  atlı  aralandı  və  cənubda  yerləşən 

kəndə  tərəf  üz  tutdu.  On-on  beş  dəqiqə  keçəndən  sonra 

camaat evinə dağılışdı və bir az keçəndən sonra tələm-tələsik 

böyük  bağlamalarla  çölə  çıxmağa  başladılar.  Belə  təsəvvür 

yaranırdı ki, onlar kəndi tərk etməyə hazırlaşırlar. Çünki bu 

dəfə camaat əllərindəki bağlamalarla kəndin cənub hissəsin-

də toplaşırdı. 

Bu zaman təpənin ətəyində olan araukanların sırasında da 

canlanma  hiss  olundu.  Bilinmirdi,  onlar  hücuma  hazırlaşır, 

yoxsa  buranı  tərk  etməyə?  Bəziləri  hətta  yavaş-yavaş  bir 

neçə addım yuxarıya irəlilədi. Adamda belə təsəvvür yaranır-

dı  ki,  onlar  hücuma  cəhd  edəcəklər.  Çünki  ön  sıraya  ox 

atanlar  keçmişdi.  Onlar  başçılarının  göstərişi  ilə  hazırlıqlı 

vəziyyətə  gətirilirdilər.  Ancaq  buna  baxmayaraq  kapitan 



                                                     

 

  



                                                                            

                                                    

464 

Xuan  həyəcan  təbili  vurmağa  tələsmədi.  Çünki  araukanlar 



təpənin başından təxminən 45-50  metr aşağıda yerləşirdilər. 

Kapitan  məsləhətləşmək  üçün  tez  Migelin  yanına  getdi. 

Cavan zadəgan yerdə oturaraq hinduların fəaliyyətinə diqqət-

lə nəzər yetirirdi. 

-  Bir  neçə  döyüşdən  sonra  aldıqları  ağır  zərbədən  elə 

bildim  ki,  araukanlar  bir  daha  bizim  üzərimizə  hücum 

çəkməyəcəklər.  -  deyə  kapitan  yaxınlaşan  kimi  öz  fikrini 

bildirdi. 

-  Hücum  baş  versə,  biz  onların  qarşısında  tab  gətirə 

bilməyəcəyik.  -  deyə  Migel  təəssüflə  dilləndi.  -  Mənə  elə 

gəlir  ki,  onlar  hava  tam  qaralana  qədər  hücum  əməliyyat-

larını başa çatdırmaq istəyirlər. Araukanların hərəkətindən o 

dəqiqə başa düşmək olar ki, onlar bir neçə dəqiqədən sonra 

hücuma keçəcəklər. 

-  On  iki  nəfərlik  qüvvə  ilə  biz  onların  hücumuna  heç  bir 

saat tab gətirə bilmərik. - deyə kapitan əlacsız halda dilləndi. 

-  Araukanlar  iki  istiqamətdə  təpəyə  hücum  etsələr,  elə 

kifayətdir.  Heç  olmasa,  hamımızda  odlu  silah  olsa  idi, 

birtəhər müqavimət göstərmək olardı. Belə isə heç bilmirəm 

nə edəcəyik. 

-  Hücumun  vaxtı  uzadılsa,  biz  özümüz  hava  qaralandan 

sonra mühasirəni yarmağa cəhd edərdik. - deyə Migel tələsik 




                                                     

 

  



                                                                            

                                                    

465 

halda  dilləndi.  -  Hava  qaralandan  sonra  çox  şey  etmək  olar. 



Gecə qaranlığında araukanlar döyüşdən boyun qaçırırlar. 

-  Mənim  bir  təklifim  var.  -  deyə  kapitan  bir  az  tərəddüd 

edəndən  sonra  ciddi  halda  dilləndi.  -  Araukanlar  hücuma 

keçən  zaman  biz  ilkin  mərhələdə  onların  sıralarında  iğqişaş 

yaratmaq  üçün  qabaqda  gələnləri  odlu  silahla  və  oxlarla 

vurmalıyıq.  Bir  neçə  dəqiqəlik  müqavimətdən  sonra  biz 

tamamilə  başqa  bir  səmtdə,  sürətlə  aşağı  gözlənilməz  reyd 

edərik.  Yarısımız  həmin  döyüşdən  sağ  çıxsaq,  bu  bizim 

qələbəmiz  sayılacaq.  Mənə  elə  gəlir  ki,  həddindən  artıq 

peşəkar  sayılan  döyüşçülər  həmin  mühasirəni  yara  biləcək. 

Yaralıların  həmin  döyüşdən  sağ  çıxmaqlarına  heç  bir  şans 

yoxdur. Onlar bütün güclərindən istifadə edə bilməyəcəklər. 

-  Siz  bununla  nə  demək  istəyirsiniz  ki?  -  deyə  Migel 

kapitana sualedici nəzər saldı. 

-  Mən  çox  yaxşı  bilirəm  ki,  sən  Osvaldo  ilə  uşaqlıqdan 

dostluq  edirsən.  Onun  bu  döyüşdən  sağ  çıxmasına  heç  bir 

şansı  yoxdur.  Başa  düşürəm  ki,  bu  itki  sənə  pis  təsir 

göstərəcək. 

-  Mən  artıq  bu  müharibədə  uşaqlıq  dostlarımdan  birini 

itirmişəm.  -  deyə  Migel  başını  təəssüflə  tərpədərək  kədər 

hissilə  dilləndi.  -  Həmin  döyüşün  neçə  keçəcəyini  əvvəlcə-

dən proqnozlaşdırmaq müşkül bir işdir. Dəqiq demək olmaz 

həmin döyüşdən kim sağ çıxacaq. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə