  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə104/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   100   101   102   103   104   105   106   107   ...   135

                                                     

 

  



                                                                            

                                                    

410 

hinduları  rahat  buraxmırdı.  Lakin  buna  baxmayaraq,  hər  iki 



dost  öz  hücumlarını  dayandırmağa  məcbur  oldular.  Arau-

kanlar  özləri  hücuma  keçdilər.  Əvvəl  onlar  əllərindəki 

nizələri  ispanların  üzərinə  atdılar,  sonra  isə  balta  ilə  irəli 

şığıdılar.  Tərslikdən  nizənin  biri  Sebastyanın  sol  buduna 

batdı. Həmişə bu gün  ağrılara sinə gərən  çəsur cəngavər bu 

dəfə  ağrıya  dözə  bilməyib  bərkdən  qışqırdı.  Ağrı  o  qədər 

möhkəm  idi  ki,  Sebastyanın  bütün  sir-sifəti  qırışdı.  Başının 

seyrək  saçları  gözlərinin  üstünə  düşdüyündən  o,  dostunun 

gözlərindəki  ağır  iztirabları  görə  bilmirdi.  Sebastyan 

yarıəyilmiş vəziyyətdə yarasından tutaraq dostuna bildirdi ki, 

onu  gözləməyib  tezliklə  buradan  uzaqlaşsın.  Migel  burada 

qalsa  idi  sözsüz  ki,  onu  burada  ölüm  gözləyirdi.  Cavan 

zadəgan  döyüşə-döyüşə  dostuna  xəbər  verdi  ki,  o,  düşmənə 

müqavimət  göstərmədən  təslim  olsun.  Bəlkə,  hindular  onu 

təslim  olduğuna  görə  əhv  edərdilər.  Sebastyan  isə  araukan-

ların hücumlarını dəf edə-edə qürurla dedi: 

-  Migel,  deyirsən  ki,  İspaniyanın  cəngavəri  qarşıdakı 

çılpaq aborigenlərə təslim olsun. Ölərəm, amma belə şərəfsiz 

addımı atmaram. 

-  Sebastyan,  canına  yazığın  gəlsin.  -  deyə  Migel  öz 

dediyinin  üstündə  üstündə  durdu.  -  Söz  verirəm  ki,  səni 

əsirlikdən azad edəcəm. Amma sən onlara təslim ol.  




                                                     

 

  



                                                                            

                                                    

411 

-  Seviliyanı  sənə  tapşırıram,  ondan  muğayat  ol.  -  deyə 



Sebastyan ağrısını içində boğaraq həqarətlə dilləndi. 

Məhz bundan sonra Sebastyan axsaya-axsaya əlində qılınc 

-  “kral  naminə  irəli!”  –  şüarını  səsləndirərək  hücuma  keçdi. 

Lakin  kənardan  atılan  balta  onun  kürəyinə  bataraq  cənga-

vərin  hücumunun  qarşısını  kəsdi.  Sebastyan  iri  qamətli 

olduğundan özünü ayaq üstə saxlaya bildi və üzərinə şığıyan 

hindunu  qılınc  ilə  dəf  edərək,  onun  yaxasından  möhkəm 

yapışdı. Lakin elə həmin anda cəsur cəngavərin sağ qabırğa-

sına  və  belinə  nizə  sancdılar,  boynunun  ardına  isə  balta  ilə 

möhkəm  zərbə  endirdilər.  Vaskonun  meyiti  kimi  onun  da 

cəsədi azğınlaşmış hinduların hücumuna məruz qaldı. 

İşi  belə  görən  Migel  mühasirədən  çıxmaq  üçün  bir  daha 

hücuma  keçdi.  Elə  bu  dəmdə  qaranlıqda  bir-birinin  ardınca 

iki dənə atəş açıldı. Migelin qarşısında olan iki hindu qışqıra-

qışqıra üzüqoyulu yerə sərildi. Fürsətdən istifadə edən Migel 

tərəddüd  etmədən  öz  hücumunu  davam  edərək,  bir  göz 

qırpımında  daha  iki  düşməni  məhv  edərək,  qaranlıq  mühitə 

özünü  çıxartdı.  Ətrafda  hələ  də  hindular  vardı  və  onların 

bəziləri  havanı  işıqlandırmaq  üçün  əllərində  məşəl  tutmuş-

dular. 


 

 

 




                                                     

 

  



                                                                            

                                                    

412 

            XII fəsil. Müvəqqəti sakitlik 

 

Ertəsi  günü  sübh  çağı  açılanda  hamıdan  aralı  düşmüş 



Migel,  Osvaldo  və  Diyeqo  balaca  bir  gölməçənin  qırağında 

öz  hərəkətlərini  dayandırdılar.  Gölməçənin  yaxın  ətrafı 

seyrək ağaclarla örtülmüşdü. Şimal tərəfdən hündürlüyü 400-

500  metr  olan  bir  geniş  təpə  vardı.  Həmin  təpənin  də  başı 

araukariya ağacları ilə əhatə olunmuşdu. Migelgil döyüş baş 

verən  kənddən  təxminən  bir  liq  şimal-şərq  istiqamətində 

aralanmışdılar. Kapitan Xuangildən hələlik heç bir xəbər yox 

idi. Dəqiq bilinmirdi onlar istehkamdan çıxa bildilər, ya yox? 

Əgər, çıxa biliblərsə də, yenə məlum deyildi onlar istehkamı 

hansı istiqamətdə tərk ediblər. Kənddə hökm  sürən sakitlik-

dən  belə  başa  düşmək  olar  ki,  konkistadorlar  müvəffəqiy-

yətlə  istehkamı  tərk  edə  biliblər.  Buradan  aydın  olmasa  da, 

lakin görmək olurdu ki, araukanlar orada topa-topa gəzişir və 

meyitləri  bir  yerə  yığırdılar.  Bundan  əlavə  hinduların 

kənddəki  qüvvəsindən,  hava  qaralana  yaxın  müəyyən  bir 

hissəsi  kəndi  naməlum  bir  istiqamətdə  tərk  etmişdi.  Onlar 

hansısa  bir  əməliyyata  yollanmışdılar.  Çünki  kənddə  qalan 

qüvvənin sayı heç min nəfər olmazdı. 

Hər üç konkistador qəm-qüssə və kədər içində idi. Vasko 

ilə  Sebastyanın  itkisi  onlar  üçün  ağır  və  sarsıdıcı  zərbə 

sayılırdı.  Ən  çox  Migel  ağır  iztirab  içərisində  idi  və  kədər 



                                                     

 

  



                                                                            

                                                    

413 

xəyalına  qapanmışdı.  Çünki  onların  vəhşicəsinə  qətlə 



yetirilməsi  Migelin  gözü  qarşısında  baş  vermişdi.  Osvaldo 

onun yanında əyləşib məyus halda dedi: 

- Görəsən, Sebastyan necə həlak oldu? Mən, inana bilmi-

rəm  ki,  araukanlar  onun  kimi  mərd  və  qorxmaz  cəngavəri 

öldürüblər. 

-  Sebastyan  əsl  ispan  cəngavəri  kimi  qeyri-bərabər 

döyüşdə  məhv oldu. O, ölümün üzünə dik baxaraq hindular 

tərəfindən  vəhşicəsinə  qətlə  yetirildi.  Mən,  onun  ölümünə 

həsəd aparıram. 

- İndi biz Seviliyaya nə cavab verəcəyik? - deyə Osvaldo 

əlləri ilə başını tutub kədərlə dilləndi. - Yazıq qız tək qaldı. 

Necə  olsa  da,  onun  Sebastyandan  başqa  heç  kəsi  yox  idi.  - 

Bir  neçə  saniyə  keçəndən  sonra  Osvaldo  birdən-birə  başını 

dik  tutub  qürurla  sözünə  əlavə  etdi.  –  Migel,  mən  sənə  söz 

verirəm  ki,  Sebastyanın  qanı  yerdə  qalmayacaq.  Ən  azı 

iyirmi  nəfər  araukan  mənim  tərəfimdən  amansızcasına 

öldürüləcək.  Dostumun  ölümünü  mən  onlara  bağışlamaya-

cağam.  Onların  hamısı  amansızcasına  məhv  edilməlidir.  Bu 

torpaqda bir nəfər də olsun araukan qalmamalıdır. 

-  Mən  səninlə  tamamilə  şərikəm.  -  deyə  Diyeqo  təqdir-

edici  tərzdə  dilləndi.  -  Bu  torpaq  İspaniyanın  tərkibinə 

daxildir  və  bu  torpaqda  icazəsiz  bir  nəfər  olsun  belə,  hindu 

yaşamamalıdır.  Sebastyan  bizim  ekspedisiyanın  ən  mərd  və 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə