  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə101/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   97   98   99   100   101   102   103   104   ...   135

                                                     

 

  



                                                                            

                                                    

398 

bütün  həmyerlilərinin  qarşısında  sürümək,  heç  bir  hinduya 



cəzasız  başa  gəlməyəcək.  İspanlar  qisasçı  millət  sayılır  və 

heç kimə bu vəhşi hərəkəti bağışlamayacaqlar. Şəxsən kapi-

tan həmin tayfa başçısını öldürməyi öz öhdəsinə götürdü. O, 

hamının  qarşısında  söz  verdi  ki,  Koronu  fiziki  cəhətdən 

məhv etməyinçə, Araukaniyadan uzaqlaşmayacaq. 

Artıq kapitan tam əmin oldu ki, hindular konkistadorların 

üzərinə hücum etməyəcəklər. Fürsət tapan kimi ispanları tək-

tək məhv edəcək və onları təslim olmağa vadar edəcəklər. O, 

mühasirədən  çıxmaq  üçün  öz  daxilində  cürbəcür  planlar 

tərtib etməyə başladı. Hökmən bir tədbir görülməli idi, yoxsa 

hindular  onların  hamısını  bu  istehkamda  aman  vermədən 

məhv edəcəklər. 

Nəhayət  kapitan  qəti bir qərara gələndən  sonra Vaskonu, 

Andreni,  Migeli  və  Leandronu  öz  yanına  çağırıb  iradə  ilə 

dedi: 

- Sizə bildirmək istəyirəm ki, istehkamda qalmağın heç bir 



mənası  yoxdur.  Artıq  qənaətlə  istifadə  etdiyimiz  ərzaq 

ehtiyatımız  da  sona  çatıb.  Araukanlar  mühasirəni  o  qədər 

saxlayacaqlar  ki,  biz  aclığa  tab  onlara  təslim  olaq.  Buradan 

çıxmaq  üçün  bir  neçə  variant  var.  Ancaq  mən  ən  əlverişli 

variantın üstündə dayandım.  

Biz  elə  etməliyik  ki,  ən  azı  beş  nəfər  adam  gecənin 

ortasında gizlincə istehkamın divarı ilə aşağı ensin və heç bir 



                                                     

 

  



                                                                            

                                                    

399 

hindunun  xəbəri  olmadan  kəndin  şərq  tərəfinə  yollansın. 



Vaxtilə  tutduğumuz  təpənin  yaxınlığında  olan  bütün  evləri 

yandırmaq lazım gələcək. Qoy araukanlar elə bilsinlər ki, biz 

hamımız  istehkamı  tərk  edib  həmin  istiqamətdə  mühasirəni 

yarmaq istəyirik. Bu əməliyyat təbii alınmalıdır. Araukanlar 

bütün qüvvələrini kəndin həmin hissəsinə yönəldəndən sonra 

istehkamda qalan dəstə şimal istiqamətində mühasirəni yarıb 

ildırım sürəti ilə kənddən uzaqlaşmalıdır. Əgər, hər şey mən 

deyən kimi olsa, onda biz dəstənin yarıdan çox olan hissəsini 

qoruyub saxlaya biləcəyik. 

- Onda belə  çıxır ki, həmin beş nəfərin mühasirəni yarıb, 

sağ çıxmalarına heç bir şansları yoxdur? - deyə Andre bütün 

fikrini kapitana tərəf yönəldərək müəmmalı tərzdə dilləndi. 

-    Demək  olar  ki,  onların  heç  birisi  həmin  döyüşdən  sağ 

çıxmayacaqlar.  -  deyə  kapitan  Xuan  başını  təəssüflə  tərpə-

dərək  süst  halda  dilləndi.  -  Onlar  öz  həyatları  bahasına 

silahdaşlarına  bu  məngənədən  çıxmağa  köməkdik  göstərə-

cəklər. Əks təqdirdə bizim hamımız burada məhv ediləcəyik. 

Biz araukanları bu imkandan istifadə etməyə qoymamalıyıq. 

- Yaxşı bəs həmin beş  nəfər kimlər olacaq?  - deyə Migel 

başını dik tutaraq maraqla soruşdu. 

-  Bu  haqda  mən  sizinlə  məsləhətləşmələr  aparmalıyam.  - 

deyə  kapitan  bir  az  tərəddüd  edəndən  sonra  sarsılmış 




                                                     

 

  



                                                                            

                                                    

400 

vəziyyətdə  dilləndi.  -  Kimin  həmin  əməliyyata  yollanması 



məhz sizdən asılıdır. 

- Şəxsən mən heç kimin təkidi olmadan həmin əməliyyat-

da iştirak etməyə könüllü razıyam. - deyə Vasko şlyapasının 

kənarlarını  əyə-əyə  heç  kimə  nəzər  salmadan  kədərli  halda 

dilləndi. - Deməli, dörd nəfərin getməsi haqqında fikirləşmək 

lazımdır.  -  O,  bir  az  ara  verəndən  sonra  başını  narazı  halda 

tərpədə-tərpədə hiddətlə sözünə əlavə etdi. - Həmin əməliy-

yatda mən hinduların başına elə oyun açım ki, qoy onlar bu 

dünyada  anadan  olmalarına  peşiman  olsunlar.  Araukanların 

hamısı törətdikləri vəhşiliklərinə görə məhv edilməlidir. 

- Əgər elədirsə, onda mən də həmin heyətə daxil oluram. - 

deyə  Migel  başını  dik  tutaraq  qürurla  dilləndi.  -  Alnıma 

ölmək yazılıbsa, deməli mən həmin döyüşdə öləcəm. Ancaq 

mən özümlə o dünyaya xeyli düşmən aparacam. Məni məhv 

etmək onlara asan başa gəlməyəcək. 

- Migel, heç kimə sirr deyil ki, mən sənin kimi döyüşçü ilə 

fəxr  edirəm.  -  deyə  kapitan  əli  ilə  onun  çiyninə  vura-vura 

təsəlli  verdi  və  nəzərini  ondan  çəkməyərək  qürurla  sözünə 

davam  etdi.  -  Elə  bilmə  ki,  mən  həmin  əməliyyatda  iştirak 

etməyəcəm.  Həmin  beş  nəfərin  içində  mən  də  olacağam. 

Burada olan hinduları mən qanına qəltan edəcəm. 

- Cənab kapitan, siz uşaqların yanında olmalısınız. - deyə 

Andre  məcburi  olaraq  söhbətə  qarışdı  və  əvvəlcədən 



                                                     

 

  



                                                                            

                                                    

401 

kapitandan  üzr  istəyərək,  səbirsizliklə  sözünə  davam  etdi.  - 



Dəstənin  mühasirədən  çıxmasında  siz  bilavasitə  iştirak 

etməlisiniz. Yoxsa, hamı məğlubiyyətə düçar olacaq. 

-  Düzdür,  siz  dəstənin  mühasirədən  çıxması  ilə  məşğul 

olmalısınız.  -  deyə  Leandro  ciddi  halda  dilləndi.  -  Mən  və 

bir-iki  cəngavər  ölüm  dəstəsinə  yazılmalıyıq.  Sinyor  Migel 

düz  deyir,  alnıma  ölmək  yazılıbsa,  demək  mən  də  həmin 

döyüşdə öləcəyəm. 

-  Yox  Leandro,  sən  mühasirəni  yaran  dəstənin  tərkibində 

olmalısan.  -  deyə  kapitan  səbirsizliklə  dilləndi.  -  Səndən 

başqa  Araukaniyanı  yaxşı  tanıyan  yoxdur.  Ekspedisiyanın 

gəlişinə  artıq  6  gün  qalıb.  Sən  elə  etməlisən  ki,  dəstə  6 

gündən  sonra  Anqud  körfəzinin  şimal  sahilinə  çatsın.  Dəstə 

hindularla  üzləşmədən  vaxtında  deyilən  yerə  gedib 

çıxmalıdır. 

Qərara alındı ki, Migel ilə Vaskodan başqa ölüm dəstəsinə 

daha  üç  cəngavər  daxil  edilsin;  Diyeqo  Urtado  və  Migelin 

uşaqlıq  dostları  Osvaldo  ilə  Sebastyan.  Bu  dəstə  bütün 

zərbəni  öz  üzərinə  götürməlidir.  Onlar  gecə  vaxtı  istehkamı 

tərk  etməliydilər.  Kapitanın  göstərişilə  onlara  dörd  dənə 

tapança verildi. Yalnız Sebastyan tapançadan imtina etdi. 

Qaranlığın çökməsilə araukanlar istehkamın divarlarından 

təxminən  100-120  metr  aralı  tonqallar  yandırıb  ətrafı 

işıqandırdılar.  Əsasən  bu  ondan  ötrü  edilirdi  ki,  gecə  vaxtı 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə