59
Bəzi alimlər iddia edirlər ki, hələ şahzadə Enrike
(Henrix) Dəniz Səyyahının sağlığında 1440-cı illərdə tərtib
olunan qədim dənizçi xəritələrində dolayısı yolla, portuqal
gəmilərindən biri, Braziliyanın indiki Pernambuku ştatının
ərazisinə yan alması göstərilirdi. Təəssüflər olsun ki, həmin
sensassion faktı təsdiqləməkdən ötrü sənədlər qalmayıbdır.
Səbəb isə odur ki, həmin dövrdə Lissabonda təşkil olunan
dənizçi ekspedisiyaları barəsindəki məlumatlar məxfi şəkil-
də kodlaşdırılırdı. Çünki Avropanın güçlü dəniz dövləti
sayılan Venetsiya, Araqon kimi krallıqlar Atlantik okeanı-
nın sahillərində yerləşən naməlum əraziləri kəşf etmək
üçün ekspedisiyalar təşkil edirdi və bu sahədə Portuqaliya
ilə rəqabət aparırdı.
Portuqallar isə məxfi şəkildə həyata keçirdikləri kəşfləri
rəsmiləşdirməkdən ötrü, Vatikanda əyləşən pontifiklərin
bullalarını əldə edirdilər. Bir çox mütəxəssislər bildirirlər
ki, onlar bu məsələdə rüşvətdən istifadə edərək, öz
rəqiblərini Atlantikaya çıxmağa maneəçilik törədirdilər.
Andrea Bianko yaxşı oxunmayan əfsanə yazılmış və iri
torpaq ərazisi göstərilmiş bir xəritə tərtib edir. Yul Oldemin
(1894) fikrincə, portuqallar Braziliyanı hələ 1448-ci ilə
qədər kəşf ediblər. O, əfsanəni oxuyan zaman “hansısa bir
adanın 1500 mil qərbdə yerləşdiyi” kimi başa düşür.
60
Oldem elə zənn edir ki, söhbət Yaşıl Burun adalarından
1520 mil qərbdə yerləşən Braziliyadan gedir.
Bu məsələyə dair Oldemin baxışlarını portuqal alimi
Batalya-Reyş fəal müdafiə edir, lakin bu fikir ictimaiyyət
arasında geniş əks-səda doğurmadı.
1
Reallıq baxımından bu da qeyri-ciddi iddia sayılır. Ona
görə ki, portuqal dəniz səyyahları gedib Braziliya sahillə-
rinə çıxsaydılar, elə həmin tarixdən kəşf olunan torpaq
ərazisini özününküləşdirərdilər. Həmin faktı gizlətməyin
heç bir əsası yox idi. Ortaya səbəb qoysalar ki, Portuqaliya
qonşu dövlətlərdən çəkinirdi, bu real fikir sayılmır. Çünki
həmin dövrdə Kastiliyanın başı Rekonkistaya qarışmış,
Venetsiya Aralıq dənizində hegemonluq etmək üçün Genu-
ya və ərəb dəniz quldurları ilə münaqişə aparmış, Osmanlı
Türkiyəsi Bizans ilə qarşıdurmada, Fransayla İngiltərə bir-
biriləri ilə 100 ildən artıq idi ki, müharibə edirdilər. Onda
Portuqaliya kimdən ehtiyat edirdi? Heç kimdən! Sadəcə,
Yula Oldemin fikirinə zidd olaraq portuqal dəniz səyyahları
nə Braziliya, nə də ki, ona yaxın olan sahillərə gedib
çıxmayıblar. Lakin bu o demək deyil ki, onlar passivlik
edərək Atlantik okeanında ekspedisiyalar təşkil etməyiblər.
1
Дж. Бейкер. История географических открытий и исследований.
Перевод с англ. под редакцией и с предисловием Магидовича И. П.
М., «Издательство иностранной литературы». 1950. стр. 44.
61
Dəniz ekspansiyaları ilə məşğul olan portuqallar
təxminən 45 il ərzində Pireney yarımadasına və Afrikanın
şimal-qərb sahillərinə yaxın olan bütün adaları kəşf edib,
onları Portuqal krallığının ərazisinə daxil etdilər. 1419-cu
ildə Bohador burnuna yollanan iki portuqal zadəganı Juan
Qonsalviş Zarku və Triştan Vaş Teyşeyranın gəmiləri
fırtına zamanı qərb istiqamətində qat-qat uzağa atılır və
nəticədə onlar sıx meşə ilə örtülmüş ada ilə rastlaşırlar.
Onlar Madeyra adasının kəşfinin təməlini qoyurlar.
Qonsalu Velyu Kabralın başçılığı altında Portuqal kralı I
Juanın oğlu şahzadə Enrike Dənizsəyyahının (1394-1460)
tapşırığına əsasən, Portuqaliyadan qərb istiqamətinə
göndərilən ekspedisiya ilə 1427-1432-ci illərdə Azör
adalarını kəşf edir. 1456-cı ildə isə venetsiyalı Alvize
(Luici) da Kadamosto və genuyalı Antonio Uzodimare
Kobo Verde (Yaşıl Burun) adalarını aşkarlayırlar.
Ümumiyyətlə, portuqal dəniz səyyahları – Jal İoniş
(1435-ci il), Afonso Qonsalviş Baldaya (1436), Antan Qon-
salviş və Nunu Triştan (1441), Lansaroti Pisanya (1444-
1445), Diniş Diaş (1445), Alvaru Fernandiş (1446), Ayriş
Tinoku (1447), Dioqu Qomiş (1456), Alvize da Kadamosto
və Antonio Uzodimare (1456), genuyalı Antonio Noli
(1460), Dioqu Afonso (1462), Peru di Sintra (1461-1462),
Fernan Qomiş (1469), Sueyru da Koşta (1470), Juan di
62
Santaren və Peru di İşkular (1471), Ruy di Sikeyra (1472),
Fernan de Po (1472), Dioqu Azanbuj (1481), Dioqu Kan
(1482-1484 və 1485-1487), Bartolomeu Diaş (1487-1488) -
ara vermədən Afrikanın şimaldan tutmuş cənub nöqtəsinə
kimi bütün qərb sahilini kəşf edərək, sonrakı dəniz səyahət-
ləri üçün hazırlıq işlərini görməyə başladılar.
Beləliklə, portuqallar 1425-ci ildən Madeyrada, 1432-ci
ildən Azör adalarında məskunlaşır, 1460-cı ildə isə Yaşıl
Burun adalarını ələ keçirir. Dioqu Qomeş 1456-cı ildə 180
funtluq qızıl qumla Qambiyadan Lissabona gəlir. O, həmin
qızılı yerli əhalidən adi şüşədən düzəldilmiş bəzəklərlə
dəyişir. Bu xəbər tezliklə, Kastiliyaya çatır, lakin daxildə
gedən Rekonkista, onu Atlantik okeanında sərbəst fəaliyyət
göstərməyə imkan vermir. Bundan istifadə edən Portuqa-
liya atlantikadakı təsirini daha gücləndirir.
Atlantikada ekspansiyanı görən başqa dövlətlərin dəniz-
çiləri öz bəxtlərini sınamaq üçün Portuqaliyaya üz tuturlar.
Bu səbəbdən italyan, katalon və andaluz dənizçiləri portu-
qal dəniz donanmasında işlə təmin olunur və bununla da
uzaq ölkələrə olan səyahətlərdə iştirak edirlər.
1448-ci ilə qədər portuqal dəniz səyyahları Jal İoniş,
Afonso Qonsalviş Baldaya, Antan Qonsalviş, Nunu Triştan,
Lansaroti Pisanya, Diniş Diaş, Alvaru Fernandiş və Ayriş
Tinokunun ekspedisiyaları yalnız Afrikanın şimal-qərb
Dostları ilə paylaş: |