42
üzərək Oxedadan sonra indiki Qviana sahillərinə çatır. Bu
əraziyə qədər o, arakəsmələrlə 3000 km. şimal sahil
zolağını tədqiq edir, o cümlədən, yeni materikin 1200 km.
sahilini kəşf edir. Təcrübəli dənizçi həmin an anlayır ki, bu
qədər sahil zolağı yalnız qitəyə məxsus ola bilər. Lakin
həmin ərazini Asiya ilə səhv salır. Beləliklə, Pinson yolda
iki gəmi itirməklə, yerdə qalan iki gəmidə 29-u sentyabr
1500-cü ildə Palosa gəlir.
Bartolome Roldan: Pinsonun Yeni Dünya sahillərinə
yola düşməsindən təxminən iki həftə sonra, 1499-cu ilin
dekabrın ortasında Diyeqo Lepe iki gəmidə Palos limanını
tərk edir və təcrübəli naviqator Bartolome Roldanla
birlikdə
cənub-qərb istiqamətində hərəkət edərək, fevralın 12-də 5
0
30
/
c.en dairəsində Braziliya sahillərinə yan alırlar. Oradan
cənub istiqamətində yolunu davam etdirməklə, Cənubi
Amerikanın ən ucqar şərq nöqtəsi Sant-Auqustin (Kabu-
Branku burnu, 7
0
c.en dairəsi) burnuna çatırlar. Onlar daha
200 km. cənuba doğru hərəkət edəndən sonra görürlər ki,
buradan sahil cənub-qərbə uzanır. Məhz bundan sonra
ispanlar geriyə qayıdıb, demək olar ki, Pinsonun marşru-
tunu təkrarlayırlar. Yolda onlar Amazonka çayına daxil
olub 400 km-ə yaxın yuxarı qalxırlar və Roldan bütün
bunları yeni tərtib etdiyi xəritəyə daxil edir.