  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə19/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

                                                     
 
  
                                                                            
                                                    
76 
gəmi  Qolfstrim  cərəyanına  düşmüş  və  çox  asanlıqla  da 
həmin cərəyanın caynağından qurtara bilmişdi? Bu nədənsə 
inandırıcı  görünmür.  Ona  görə  ki,  belə  olsaydı,  onda 
Kolumbun birinci səyahətinə qədər portuqalların Atlantika-
nın qərb hissəsində yerləşən naməlum torpaq ərazisi çoxdan 
kəşf  olunardı.  Necə  olsa  da  həmin  torpağın  aşkarlanması 
üçün  portuqallar  okeanın  məhz  həmin  hissəsinə  Voqado-
nun,  Tellesin,  van  Olmenin  və  başqalarının  başçılığı  ilə 
ekspedisiyalar  göndərilmiş  və  heç  bir  səyahət  uğurla 
nəticələnməmişdi.  
Böyük və Kiçik Antil adalarının qarşısında baryer rolunu 
oynayan Qolfstrim cərəyanı Atlantikanın şərqində gələn hər 
bir  nabələd  gəmini  caynağına  alıb,  dolayısı  yolla  həmin 
nəqliyyat  vasitəsini,  aparıb  Avropa  sahillərinə  çıxara 
bilərdi.  Ona  görə  ki,  həmin  dövrdə  okeana  çıxan  hər  bir 
gəmi hərəkət edərkən, istər-istəməz kurs üzrə hərəkət edən 
cərəyana  daxil  olub  və  müəyyən  bir  məsafəni  qət  etmək 
üçün  məhz  okean  çayının  köməyindən  istifadə  edirdi. 
Deməli,  Şimal  Yarımkürəsində  şərqdən  qərb  istiqamətində 
fəaliyyət göstərən Şimali-Passat cərəyanından istifadə edən 
hansısa  bir  kapitan  tabeliyində  olan  gəmini  tanımadığı 
Karib  dənizi  akvatoriyasına  aparıb  çıxara  bilməzdi.  Çünki 
Şimali-Passat  Atlantikanın  həmin  enliyində  bir  qədər 
şimala doğru qalxır və orada Qolfstrimlə birləşir. 


                                                     
 
  
                                                                            
                                                    
77 
Əgər,  verilən  məlumatlara  inansaydıq,  yəni,  Uelvanın 
məlumatı  Kolumbun  layihəsinə  müsbət  təsir  göstərsəydi, 
onda  genuyalı  birinci  səyahəti  zamanı  Avropa  sahillərini 
tərk edən kimi ekvatora yaxın bir yerdə, elə Cənubi-Passat 
cərəyanı  ilə  birbaşa  Cənubi  Amerika  sahillərinə  gedib 
Braziliyanı  kəşf  edərdi.  Bu,  qərbdə  yerləşən  materiki  kəşf 
etmək üçün ən asan yol sayılırdı.  Həm də vaxtilə Qvineya 
sahillərində  üzmüş  Xristofor  Kolumb  həmin  cərəyanın 
mövcudluğundan hali idi. 
Gəmiqayırma,  naviqasiya,  coğrafi  biliklərin  inkişaf 
edilməsi Böyük coğrafi kəşflərdə yüksək nailiyyətlərin əldə 
edilməsinə  gətirib  çıxarıbdır.  Uzun  məsafəli  səyahətləri 
həyata  keçirmək  üçün  təcrübəli  və  bacarıqlı  dənizçilər 
lazım  idi.  Zamanına  görə  həmin  kriteriyalar  Kolumbda 
vardı. Çox güman ki, o, (Kolumb – R. D.) sistematik təhsil 
almış, müəyyən bacarıq keyfiyyətlərinin sayəsində hər şeyə 
maraq  göstərən  adam  kimi,  dövrünün  coğrafi  elminə 
yiyələnmiş,  xəritəşünaslıq  və  naviqasiyadan  yaxşı  başı 
çıxırdı...  o,  Portu-Santu  adasında  portuqal  dənizçinin  qızı 
ilə evlənmiş və qayınatasından miras qalan dəniz xəritələri 
və gündəliklərini əldə edir.
1
 
                                                 
1
  История  средних  веков.  Абрамсон  М.  Л.,  Кириллова  А.  А., 
Колесницкий Н. Ф. и другие. Под редакцией Колесницкого Н. Ф. – 2-
е издание. исп. и доп. – М., «Просвещение». 1986. 393 стр. 


                                                     
 
  
                                                                            
                                                    
78 
   
 
 
Yəni,  bildirmək  istəyirəm  ki,  bir  çox  namizədlərə 
nisbətən  Kolumb  transatlantik  səyahətinə  ciddi-cəhdlə 
hazırlaşmış  və  bunu  çox  böyük  uğurla  həyata  keçirmişdir. 
Onun Alonso Uelvanın köməyinə heç bir ehtiyacı  yox idi. 
Çünki  o,  əvvəlcədən  yəni,  1484-cü  ilə  qədər  öz  layihəsini 


                                                     
 
  
                                                                            
                                                    
79 
hazırlamağa başlamış və orada düzəlişlər etmək fikrində də 
deyildi.  Mən,  “Əsrləri  qabaqlamış  alim  –  Nəsirəddin 
Tusi” əsərində bu haqda dürüst məlumat vermişəm və axıra 
qədər də həmin ideyanın üzərində duracağam, hansında ki, 
Kolumbun məhz Nəsirəddin Tusinin Marağa rəsədxanasın-
da  tərtib  etdiyi  “Zic  Elxani”  astronomik  kataloqundan 
istifadə etdiyini cəsarətlə qeyd etmişəm. 
Braziliyanın həqiqi kəşfini kənara qoyanda,  yəni, indiki 
yanlış  saydığım  rəsmi  xəbərlərə  istinad  etsəm,  onda  deyə 
bilərəm  ki,  həmin  ərazinin  ilkin  kəşf  edilməsi  yenə  də 
İspaniyanın  payına  düşür.  Lakin  fransız  tarixçiləri  zənn 
edirlər  ki,  1488-ci  ildə  onların  həmyerlisi  Jan  Kuzenin 
gəmisi  fırtına  zamanı  təsadüf  nəticəsində  Braziliya 
sahillərinə yan alır. Əlbəttə buna inanmaq çox çətindir, ona 
görə ki, həmin dövrdə fransızların gəmiləri portuqalların və 
ispanların  qorxusundan  nəinki  ekvator  xəttinə  yaxın  bir 
yerə,  ümumiyyətlə  Afrikanın  şimal-qərb  sahillərinə 
yaxınlaşmırdılar. 
Kabraldan  əvvəl  Braziliyanın  kəşf  edilməsi  ideyasını 
müdafiə  edən  alimlər  demək  olar  ki,  iki  yerə  bölünübdür. 
Əksəriyyəti bildirir ki, Kolumb hələ birinci səyahətinə yola 
düşməmişdən  bir  neçə  il  əvvəl  portuqalar  Braziliya 
sahillərində peyda olublar, az bir qismi isə qeyd edirlər ki, 
həmin  ərazi  1492-ci  ildən  sonra  Lissabon  rəsmilərinə 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə