80
məlum idi. Bunu araşdırmaq üçün mən, ilk növbədə
Kolumbun Lissabonda olan fəaliyyətini önə gətirdim.
Hadisələrin gedişatı ondan xəbər verir ki, Kolumb
birinci səyahətindən evinə dönəndən sonra portuqalları
Braziliya sahillərinə getmək üçün silkələmişdi. Yəni, məhz
Kolumbdan sonra kral II Juan məxfi ekspedisiyanın yola
düşməsinə qərar verməli olmuşdu.
Ferdinand Van Olmen və Kolumbun
transatlantik layihəsi
Kolumb Portuqaliyada yaşayarkən, 1484-cü ilin əvvəlin-
də tərtib etdiyi transatlantik layihəsini kral II Juana təqdim
edir. Lakin layihənin verildiyi vaxt Portuqaliyanın monarxı
üçün münasib deyildi. Ona görə ki, kral ölkədə maqnatların
xəyanətkarlıqla qaldırdıqları qiyamı yatızdırmaqla məşğul
idi. Bundan əlavə onu başqa səyahətlərə nisbətən, yalnız
Afrikanın qərb sahillərinə nəzərdə tutulan ekspedisiyalar
maraqlandırırdı.
Məlumdur ki, Kolumb gələcəkdə təşkil olunacaq
ekspedisiyanın uğurla nəticələnəcəyi halda və xidmətlərinə
görə kraldan həddindən çox imtiyazlar istəmişdi. O qədər
81
imtiyazları hər hansı bir kraldan istəmək, sadəcə olaraq
sırtıqlıq sayılırdı. Ona qədər heç kim, hətta vətən qarşısında
böyük xidmətləri olan tanınmış zadəganlar kraldan belə bir
imtiyazlar istəməmişdilər. Genuyalının tələbləri nədən
ibarət idi? O, məlum olan okeanın baş admiralı olmaq,
zadəgan rütbəsi, kəşf edəcəyi torpaqların vitse-kralı
vəzifəsini, həmin torpaqlardan əldə olunacaq gəlirin onda
bir hissəsini, kəşf edəcəyi yeni ölkələrdə təşkil olunacaq
ticarətdən gələn verginin səkkiz faizini və qızıl mahmızlar
istəmişdi. Krallığının tanınmış zadəganlarını ciddi nəzarət
altında saxlayan II Juan, heç vaxt belə bir imtiyazları
kiməsə verməzdi.
Məni həmin hadisədə bir şey maraqlandırır, II Juan bu
qədər ciddi, tələbkar və sərt fikirli monarxdırsa, onda nəyə
görə o, birbaşa Kolumba rədd cavabı verməmişdi? Birinci
olaraq onun layihəsinə alimlər rəy verməliydilər. Kolum-
bun layihəsi, Seutanın arxiyepiskopu Diyeqo Ortis de
Villeqasın rəhbərliyi altında, Portuqaliyanın ən istedadlı və
bacarıqlı alimlərin, riyaziyyatçıların fəaliyyət göstərdikləri
kiçik Lissabon akademiyasına – “Riyaziyyatçılar Xunta-
sı”na – verilir. Bu təşkilatın bir neçə üzvü yəhudi alimləri
idi; o dövrün astrolyabiyasını və sektantını təkmilləşdirmiş
usta Rodriqo və naviqasiya astronomiyasının ustası Xose
Vitsinqo. Adı çəkilən adamlar dəqiq bilirdilər ki, layihədə
82
göstərilmiş uzunluq barəsindəki ölçülər və həmin ölçülərə
dair verilmiş məsafələr düzgün ola bilməz. İş ondadır ki,
onların da Yer kürəsinin uzunluğunun dəqiq ölçüsü yox idi,
lakin buna baxmayaraq həmin alimlər əmin idilər ki, elə
Kolumbun da ortaya qoyduğu hesablamalar düzgün
verilməyibdir.
Xristofor Kolumb (1451-1506)
83
Dəqiq bilinmir həmin şura hansı qərar verir, lakin o
məlumdur ki, 1485-ci ildə çıxarılan qərar gözlənildiyi kimi
Kolumbun xeyrinə olmayıbdır. Elə həmin ildə genuyalının
həyat yoldaşı vəfat edir və o, İspaniyaya getməyi qərara
alır.
Genuyalı dənizçi Lissabonu tərk edən kimi kral II Juan
onun dediklərini yoxlamaqdan ötrü, Atlantik okeanının
qərb hissəsinə ekspedisiya təşkil etməyi qərara alır. Kral və
onun müşavirləri bu məsələdə yekdil fikirə gəlirlər.
Portuqal kralı II Juan
84
Həmin dövrdə nəinki Pireney yarımadasında, hətta
Avropanın tərkibinə daxil olan bir çox ölkələrdə Atlantik
okeanının qərb hissəsində yerləşən “Yeddi şəhər adası”n-
dan, Xaldat və Antiliya adalarından çoxlu söz-söhbətlər
gəzirdi. Portuqal dəniz səyyahları həmin adaların axtarılıb
tapılması üçün bir neçə ekspedisiya təşkil etmişdilər.
Xaldat və ya Səadət adalarının harada yerləşməsi qədim
və orta əsr alimlərini həddindən artıq çox maraqlandırırdı.
Bəzi alimlər, xüsusən də görkəmli Azərbaycan alimi,
Marağa rəsədxanasının banisi Mühəmməd Nəsirəddin Tusi
(1201-1274) həmin adaların Qrinviç meridianından 35
0
qərb istiqamətində yerləşdiyini bildirirdi.
Bu məsələ ilə ciddi maraqlanan ingilis alimi Q. R. Kaye
“Hindistan astronomiyası” əsərində göstərir ki, Səadət
adaları Qrinviçdən 35
0
qərbdədir.
1
Maraqlıdır, Q. R. Kaye nəyə görə belə fikirdə olmuş-
dur? Həm qədim, həm də orta əsr alimlərinin əksəriyyəti
üçün Səadət adaları Atlantik okeanının qərb hissəsində
təsəvvür edilirdi.
Xorezm dövlətində yaradılan Məmun akademiyasının
görkəmli alimi Əbu Reyhan Biruni (973-1048) bu haqda
yazır: “Bəzi alimlər başlanğıc uzunluğunu Səadət adaların-
1
Г.Р. Каyе «Индийская астрономия» 1924, стр. 52
Dostları ilə paylaş: |