  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

                                                     
 
  
                                                                            
                                                    
85 
dan,  bəziləri  isə  Qərb  dənizinin  sahilindən  hesablayırlar. 
Bunların arasında fərq 10
0
-dir”.  
Həmin  adalar  barəsində  İspaniyada  yaşamış  ərəb 
coğrafiyaşünası  Əli  ibn  əl  Məğribi  əl  Əndəlüzi,  Suriya 
alimi Marağa rəsədxanasının əməkdaşı Qriqori əbül Fərəc, 
həmin rəsədxananın görkəmli alimi Qütbəddin Şirazi, XIII 
əsrin məşhur coğrafiyaşünası və tarixçisi Mahmud Qəzvini, 
XIV  əsrin  tanınmış  ərəb  alimi  Hərrani  həmin  adalar 
barəsində müxtəlif elmi fikirlər söyləmişdilər. 
Hərrarinin açıqlaması daha maraqlıdır: “O ki qaldı Qərb 
torpağına, o Qərb zülmət bəhr - mühitindən başlayır. Bu elə 
dənizdir ki, onun o biri tərəfində heç kəs olmamış və bilmir 
ki,  bunun  ardında  nə  var.  Burada  külli  miqdarda  üzərində 
həyat  olan  adalar  vardır.  Bunlardan  ikisinə  cəzair  Xaldat 
deyilir. Bunların ikisi ən böyük adadır”.  
Ərəb  aliminin  bu  fikri,  N.  Tusi  elmi-irsini  araşdırmış 
professor  Həbibulla  Məmmədbəylini  heyrətləndirmiş və o, 
bu məsələyə dair öz fikrini belə izah etmişdir:  “Hərrarinin 
belə  bir  qeydi  doğrudan  da  diqqəti  cəlb  edir,  o  həm  Qərb 
torpağı,  həm  də  Antiliya  adaları  haqqında  danışır.  Orta 
əsrlərdə  Qərb  dənizi,  Qərb  bəhr  –  mühiti  və  ya  Zülmət 
dənizi  dedikdə,  Atlantik  dənizini  düşünürdülər.  Hərrarinin 
dediyi  adalar  Atlantik  dənizində  yerləşmiş  Kanar,  Azör, 
Yaşıl Burun adaları və ya Antiliya adaları ola bilər. Kanar, 


                                                     
 
  
                                                                            
                                                    
86 
Azör, Yaşıl Burun adaları ona görə sıradan çıxır ki, bunlar 
külli  miqdarda  olan  adalardan  ibarət  deyildir  və  bundan 
başqa həmin adalar öz böyüklükləri etibari ilə bir-birindən 
çox  az  fərqlənir.  Antiliya  adalarına  gəldikdə  isə  bunların 
sayı həqiqətən də çoxdur. 
Bunlardan ikisi; yəni, Kuba və Haiti adaları o birilərinə 
nisbətən olduqca böyükdür... 
Deməli,  Hərrarinin  dediyinə  görə  ancaq  Kuba  və  Haiti 
adaları cəzair Xaldatdır...”
1
 
Bir halda ki, XIV əsrin əvvəlində Hərrani Antiliya adala-
rı haqqında danışmışdır, onda sonrakı coğrafiya ədəbiyyat-
larında,  xüsusilə  xəritələrdə  Antiliya  adaları  haqqında 
məlumatlar olmalıdır. 
Keçmiş alimlər Antiliya adalarının yalnız Asiya qitəsinin 
şərqində  yerləşdiyini  göstərmişdilər.  Həqiqətən  də  adı 
çəkilən  adaları  göstərilən  xəritələr  Avropada  geniş  şəkildə 
yayımlanırdı.  
İtalyan  xəritəşünası  Fransisk  Pitsiano  1367-ci  ildə 
Antiliya adalarını göstərməklə xəritə tərtib etmişdi. Hazırda 
həmin  xəritə  Parmanın  İtaliya  kitabxanasında  saxlanılır. 
Naməlum bir xəritəşünas 1424-cü ildə xəritə tərtib etmişdi 
və  həmin  xəritə  Almaniyanın  Veymar  şəhərindəki  kitab-
                                                 
1
 H. C.Məmmədbəyli, Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 
1980. səh.160-161. 


                                                     
 
  
                                                                            
                                                    
87 
xanada  saxlanılır.  Xəritəni  alman  alimi  Humboldt  tətqiq 
etmişdi.  Fransız  xəritəşünası  Battista  Bekkariya  1435-ci 
ildə  xəritə  hazırlamışdı.  Həmin  xəritədə  Antiliya  adı  ilə 
bərabər onun sinonimi Stanahiya sözü də qeyd olunmuşdu. 
İtalyan xəritəşünası Andrea Biankini 1436-cı ildə, Antiliya 
adaları  göstərilmiş  Böyük  Venetsian  xəritəsini  yaratmışdı. 
İtalyan  alimi  Paolo  Toskanelli  1474-cü  ildə  tərtib  etdiyi 
xəritədə  Antiliyanı  Atlantik  okeanının  mərkəzində  göstər-
mişdir.  
Əlbəttə  ki,  adları  çəkilən  xəritələrin  tam  əksəriyyəti 
Avropa  alimləri  tərəfindən  müzakirə  obyektinə  çevrilirdi. 
Alimlər  dəqiq  bilirdilər  ki,  Köhnə  Dünyadan  qərb  tərəfdə 
yerləşən Atlantik okeanının sahilləri sonsuz deyildi və uzaq 
qərbdə həmin okeanda böyük torpaq ərazisinin mövcudluğu 
heç kimdə şübhə doğurmurdu. Lakin maraqlandıran sual o 
idi  ki,  həmin  ərazi  Avropa  sahillərindən  neçə  kilometr 
aralıda yerləşir? 
Bütün bunları da yoxlamaq lazım idi. Lakin həmin işi II 
Juan  Kolumba  yox,  tamamilə  başqa  bir  adama,  Portuqali-
yada Fernan de Ulmo adı ilə tanınmış fələməngli Ferdinand 
van Olmenə tapşırır.  
Ona qədər həmyerliləri Azör adalarının birində quberna-
tor olmuşdular. Elə van Olmen də səyahətə yola düşməmiş-
dən  əvvəl  həmin  adaların  birində  qubernator  vəzifəsində 


                                                     
 
  
                                                                            
                                                    
88 
işləmişdir.  Həmin  dövrdə  Portuqaliyanın  xidmətində  olan 
bir çox dənizçilər, maliyyəçilər, tacirlər öz pullarına bir çox 
ekspedisiyalar  təşkil  edirdilər;  məsələn  porrtuqaliyalı 
Kortereal qardaşlarının 1500, 1502 və 1506-cı illərdə təşkil 
etdikləri ekspedisiyalar buna bariz nümunədir. S. Morison, 
Ç.  Verlinden,  Vadim  Magidoviç  və  İosif  Magidoviç  öz 
elmi əsərlərində qeyd edirlər ki, “Van Olmen öz ekspedisi-
yasını  təşkil  edəndə,  Madeyra  adasından  Estreyto  adlı  bir 
müstəmləkəçi  ilə  birləşir.  Van  Olmenin  sözlərinə  görə  o, 
istəyirdi  ki,  Atlantik  okeanın  qərb  hissəsində  yerləşən  bir 
neçə adanı və yaxud da bütöv bir qitənin sahilini kəşf etsin. 
Həqiqətən  də  kəşf  etmək  istədiyi  ölkənin  adı  onun  üçün 
qaranlıq  qaldığından  o,  həmin  yeri  ənənəvi  olaraq  “Yeddi 
şəhər adası” adlandırırdı”.  
Əlbəttə ki, bu çaşdırıcı fikir sayılırdı. Çünki van Olmen 
birbaşa kralın tapşırığı ilə səyahətə yollanmış və Kolumbun 
layihəsini praktiki cəhətcə yoxlamalıydı.  
Paolo  Toskanellinin  məşhur  xəritəsi  tərtib  olunmamış-
dan  əvvəl  Portuqaliyanın  hakim  dairələri  Atlantik  okeanı-
nın  naməlum  qərb  hissəsinə  yetərincə  diqqət  yetirirdilər. 
Hamını  bircə  şey  maraqlandırırdı,  görəsən  Atlantik 
okeanında Kanar, Madeyra, Azör və Yaşıl Burun adaların-
dan  qərb  istiqamətində  naməlum  adalar  yerləşir,  ya  yox? 
XV  əsrin  ortalarında  portuqallar  bir  neçə  dəfə  adı  çəkilən 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə