116
oynamışdır. Ona görə ki, Kolumb birinci səyahətini başa
çatdıran kimi o, tərəddüd etmədən 3-ü may 1493-cü ildəki
“İnter caetera” bullasında İspaniyanı həmin ərazilərin
varisi elan edir. Bundan əlavə VI Aleksandr, Pireney
yarımadasında və yenicə kəşf edilmiş torpaqlarda Kilsənin
işlərini idarə etmək hakimiyyətini Kastiliya ilə Araqona
verir.
İş ondadır ki, Kolumb birinci səyahətdən qayıdan kimi
İspan monarxları mart ayında Romada olan səfirə
Bernardino de Karvahala (Ernan Kortesin və Badaxosun
yepiskopunun uzaq qohumu) oradakı fəaliyyətinin
aktivləşdirilməsinə dair xüsusi tapşırıq verirlər. Səfir də
bütün səy və bacarığını səfərbər edərək, iki ay ərzində
Roma papasından məşhur
“İnter caetera” bullasının
verilməsinə nail olur. Bu fərmanın verilməsi VI Aleksandr
üçün məsuliyyətli iş sayılırdı, ona görə ki, bir tərəfdən o,
əvvəlki sələflərinin işinə müdaxilə etmək istəmir, digər
tərəfdən isə Rekonkistadan ayrılmış qalib-xaçpərəstlər kimi
katolik krallarının hüquqlarını tapdalamaq niyyətində
deyildi. Necə olsa da, ispanlar Avropadan çox-çox uzaqda
Atlantik okeanının o biri tayında naməlum torpaqları kəşf
etmiş və müəmmalı sənədi xatırlayan məşhur bullaya
əsasən, onların öhdəsinə həmin ərazilərdə yaşayan
insanların xristianlaşdırılması missiyası
düşmüşdü