104
üçü və dördüncünün bir parçası portuqal kitabxanalarında
aşkarlanır və ilk dəfə 1892-ci ildə çap edilib ictimaiyyətin
ixtiyarına verilir.
Həmin kitabda müəllif Atlantik okeanının o tayındakı
torpaqların mövcudluğu barəsində məlumatlar verir və
qeyd edir ki, o, ilk dəfə həmin torpaqlarla hələ Kabralın
ekspedisiyasından təxminən altı il əvvəl tanış olmuşdu.
1
Bunu əsas götürərək, 1494-cü ildə, bəlkə hələ də əvvəl
Cənubi Amerikanın kəşfini Pireyranın adına yazmaq istə-
yirlər. Pireyranın Cənubi Amerikanın kəşfi barəsində Pirey-
ra da Silvanın
“Braziliyanın Portuqal müstəmləkəçiliyi-
nin tarixi” əsərinin I cildindəki
böyük məqaləsində göstəri-
libdir.
2
J.Roşa-Pombunun fikrinə görə “Kabraldan, hətta
Kolumbdan da əvvəl Amerika qitəsinə gedib çıxan ilk
portuqal dəniz səyyahının adını çəkmək lazım gəlsə,
portuqallar kifayət qədər öz səyyahlarının namizədliyini
irəli sürə bilərlər.” Başqa adlar yox, elə Pireyranın adının
üstündə dayansaq bir çox mətləblərin üstünü açmaq olar.
Orijinal sənədlər olmasa da, Pireyranın Kabraldan əvvəl
Braziliya sahillərinə yan alması çox inandırıcı səslənir.
Burada konkret tarix də göstərilir – 1494-cü il. Apardığım
1
И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-
ческих открытий, II том. Москва, “Просвещение”. 1982. стр.55
2
Portu, 1923 il, portuqal dilində.