106
istifadə etmişdi. Onun layihəsini həyata keçirmək istəyən
van Olmen də həmin cərəyanın köməyindən
istifadə etməyə
çalışmışdı. İş ondadır ki, onlardan biri uğur qazanır, digəri
isə fəlakətlə üzləşir. Bu nəyə görə belə olur? Keçid zamanı
okeanda buraxılan kiçicik bir səhv faciə ilə nəticələnir.
Atlantik okeanın qərb sahillərindən başlanan cərəyan-
ların xüsusiyyətlərini öyrənməyə çalışan Kolumb özü üçün
müəyyənləşdirmişdi ki, heç vaxt cərəyanlar düz xəttlə
hərəkət edə bilməz. Gec-tez həmin okean çayı gah sola, gah
da sağa burulur. Bunu əsas tutan genuyalı dənizçi həmin
cərəyanın ağuşuna daxil olanda, birmənalı şəkildə qərar
vermişdi ki, torpaqla üzləşənə kimi yalnız qərb istiqamə-
tində hərəkət edəcək. Van Olmen isə Kanar, sonradan
Şimali-Passat cərəyanının köməyi ilə okeanın qərb hissə-
sinə üzmüş və eləcə də Qolfstrim cərəyanının vasitəsilə
həmin sahillərdən uzaqlaşmışdı. Gəmilər şimala doğru
hərəkət edən zaman o, həmin marşrutdan yayınmalı idi.
Bu faciə ilə Pireyra da üzləşə bilərdi. Lakin onun bəxti
gətirir ki, o, kralın tapşırığını yerinə yetirəndə qış fəsli olur.
Xronologiyanı pozmamaq üçün bu məsələyə növbəti
bölümdə tam aydınlıq gətirəcəm.
107
Roma papalarının bullaları və ya
dünyanın bölüşdürülməsi
Kastiliyanın başı ərəblərə qarşı azadlıq müharibəsinə
qarışdığı bir zaman portuqallar Afrikanın şimal-qərb
sahillərinin mənimsənilməsilə məşğul idi. Bunu qanuniləş-
dirmək istəyən portuqallar Vatikanda Müqəddəs Pyotrun
taxt-tacında əyləşmiş V Nikolaydan fərman imzalamağı
xahiş edir. Həmin vaxt yəni, 18 iyun 1452-ci ildə
“Dum
diversas” adlı bulla verilir və bu dünyanın bölüşdürülməsi
ilə bağlı ilk tarixi sənəd sayılır. Sonradan hərc-mərclik
olmasın deyə, portuqal kralı I Juan Roma papasından
məsələyə aydınlıq gətirməsini xahiş edir. Məhz buna görə
də Roma papası V Nikolay 8-i yanvar 1455-ci ildəki
bullada
(“İnter caetera”) Afrika sahilləri ilə ticarətin
inhisarının portuqallara məxsus olduğu göstərilir. Faktiki
olaraq Afrika materiki Portuqal kralının ixtiyarına verilir.
Lakin buna baxmayaraq yalnız 1479-cu ili portuqallar
üçün dönüş ili hesab etmək olar. Həmin ilin sentyabr
ayında Alkasovasdakı bağlanan müqaviləyə əsasən, Atlan-
tik okeanı iki hissəyə bölünür. Bu məsələdə mütləq
Kastiliyanın razılığı lazım idi. Alkasovasdakı müqaviləni
təsdiqləmək üçün Roma papası IV Sikst 21 iyun 1481-ci
ildə hər iki tərəfi danışıqlar masası arxasına dəvət edib,