127
sinin 28-ci parallelindən aşağıda tədqiqat işləri apara
bilməzdilər. Ona görə ki, qanun çərçivəsində həmin kəşf-
lərin heç bir yuridik əsası olmayacaqdı. İkincisi, Pireyra
kralın verdiyi tapşırığı qış fəslində icra etdiyindən ekvator
xəttindən aşağısda, qərb istiqamətində hərəkət edən
Cənubi-Passatdan münasib yol kimi istifadə etməyi qərara
almışdı. Məhz bunun sayəsində portuqallar istədiklərinə
nail olurlar. Lakin onlar ağıllarına belə gətirə bilməzdilər
ki, aşkarladıqları torpaq materikdir.
Artıq 6 ildən sonra kral I Manuelin tapşırığı ilə təşkil
olunan ekspedisiya, Kabralın başçılığı altında Yaşıl Burun
adalarından üzü cənuba doğru hərəkət edəndə, çox güman
ki, onlar Cənubi-Passat cərəyanının köməyi ilə qərbə doğru
üz tutmuş, lakin materikə yaxınlaşanda bu dəfə, cənub
istiqamətində hərəkət edən Braziliya cərəyanının suları ilə
sahil zolağına yaxınlaşmışdılar. Bu işdə Pireyranın
əməyinin əvəzsiz olduğunu zənn etsək yanılmarıq. Lakin
təcrübəli dənizçilərin ekspedisiyanın tərkibində olması,
həmin missiyanın məxfi saxlanmasına ziyan gətirməzdi ki?
Necə olsa da Atlantikanın suları Bartolomeu Diaşa tanış idi
və onun kimi peşəkar dənizçinin okeanda azmaq nağılı ilə,
camaatın başını qatmaq qeyri-mümkün iş sayılırdı. Lakin
bütün bunlara baxmayaraq, Bartolomeu Diaş baş verən
hiyləni
dərk etsə də o, bu sirri özü ilə okeanın dibinə aparır.