130
danışıqlarını önə çəkəndə, Roma papasını aldatmaq üçün
məhz bu amil nəzərə alınmalı idi. Yer səthi düz olduğu
üçün demarkasion xəttdən qərbdən üzü şərqə doğru
yerləşən bütün ərazilər portuqallara məxsus olmalıydı.
Pireyranın ekspedisiyasının səyahət zamanı əldə etdiyi
nəticələrdən xeyli razı qalan kral II Juan növbəti danışıqlar
üçün öz diplomatlarını təlimatlandırır. İspan nümayəndə-
lərinin, o cümlədən, pontifikin verəcəyi suallarının cavab-
ları əvvəlcədən onlarda hazır idi.
Roma papasının iştirakı ilə ispanlarla danışıqlar elə
aparılmalıydı ki, portuqallar heç kimi şübhələndirmədən
ədalətli bölgü kimi demarkasion xəttin Azör adalarından
100 liq yox, 370 liq qərb istiqmətində keçirilməsinə nail
olmalıydılar. Bu xətt Kolumbun kəşf etdiyi torpaqlardan
xeyli sağ tərəfdə, üzü Avropaya yaxın bir yerdə yerləşirdi.
İspan nümayəndələri əmin idilər ki, qərb torpaqlarından
bixəbər olan portuqallar, okean sularında öz gəmilərinin
təhlükəsizliyini təmin etmək üçün atlantikada bir qədər
artıq su hövzəsinə yiyələnmək istəyirlər. Maraqlıdır ki,
nəyə görə ispan nümayəndələri o qədər də kəskin müqavi-
mət göstərmədən rəqiblərinin tələblərilə razılaşırlar? Onlar
artıq münaqişə yaranmasın deyə və bütün narazılıqlara son
qoymaq üçün, heç kimə lazım olmayan ucsuz-bucaqsız
131
okean sularını portuqallara güzəştə getməyə etiraz etmə-
dilər.
Bu məsələdə Kolumbun birinci səyahəti zamanı baş
verən kəşfin nəticələri portuqal nümayəndələrinə xeyir
verir. İş ondadır ki, genuyalı admiralın kəşf etdiyi adalar
65
0
-70
0
qərb uzunluğunda, Pireyranın sahilə yan aldığı ərazi
42
0
-43
0
uzunluğunda yerləşirdi. Əldə olunan kəşflərin
arasında 25
0
-30
0
-lik bufer zonası əmələ gəlirdi və portu-
qallar bunu əsas tutaraq əmin idilər ki, ispanlar demar-
kasion xəttin 45-47
0
qərb uzunluğuna qədər çəkilməsinə
heç bir etiraz bildirməyəcəklər.
Xüsusilə qeyd etmək istəyirəm ki, burada da bəxt
portuqalların üzünə gülür. İş ondadır ki, transatlantik keçidi
zaman Baham adaları, Haiti və Kuba adaları Kolumbun
qarşısına çıxan ilkin torpaq ərazisi sayılırdı və onlardan
şərq tərəfdə heç bir quru ərazisi yerləşmirdi. Deməli,
məlum olan adalardan şərq tərəfdə nə ərazi vardısa,
portuqallar həmin ərazilərə sahib çıxa bilərdilər. Onsuz da
admiralın hesabatında 65-ci və 70-ci meridianlardan şərq
tərəfdə yalnız okean suları göstərilirdi. İspanların belə bir
kobud səhvindən istifadə edən portuqallar tələsik olaraq,
Cənubi Amerika sahillərinə məxfi ekspedisiya göndərir və
qəribə olsa da, nəzərdə tutulan meridiandan qat-qat şərq
tərəfdə iri br torpaq ərazisi aşkarlayır və bunu dünya
132
ictimaiyyətindən gizlin saxlamağa məcbur olurlar. Ona
qədər isə II Juan ispanları danışıq masası arxasına dəvət
edib, bunu yuridik şəkildə, yəni gizlincə kəşf etdiyi
torpaqları sənədlər şəkilində əldə etməli idi.
Hansısa bir müddətdə danışıqlar heç bir əhəmiyyət kəsb
etməsə də, sonradan yenidən bərpa olur və 7-i iyun 1494-cü
ildə Tordesilyas müqaviləsi bağlanır. Məlum olduğu kimi
həm şimal və cənubu, həm də şərq və qərbi bildirən
demarkasion xətt Azör adalarından 370 liq qərbə, 46
0
30
/
çəkilir və Braziliya avtomatik olaraq Portuqal taxt-tacının
mülkiyyətinə çevrilir. İndiki Braziliyanın ucqar qərb
hissəsindən başqa Amerika qitəsi bütünlüklə ispan
krallarının tabeliyinə keçir. Lakin buna baxmayaraq, bu
ispanların tam qələbəsi sayılmırdı. Bununla da, Yeni Dünya
sahillərinin siyasi coğrafiyası yaranır və bu da Roma
papasının möhürü ilə möhkəmlənir.
Beləliklə, portuqallar Roma papası VI Aleksandr
Borcianın vasitəsilə ispanlara kələk gələrək, gələcəkdə 8,5
mln.
2
km. ərazini əhatə edən Braziliya ölkəsinin əldə
edilməsinə nail olurlar. Belə bir ədalətsiz bölgü ispanların
haqlı zəhmətlərinin üstündən xətt çəkirdi. Ona görə ki,
rəsmi olaraq ilk dəfə Braziliya sahillərinə ispan dəniz
səyyahları – Visente Pinson və Diyeqo Lepe qədəm
qoymuşdular. Lakin bizim dövrdə Latın Amerikasının ən
133
böyük ölkəsinə sahib olmaqda portuqallar Pedro Kabraldan
çox, taxt-taca bütün varlığı ilə sadiq olmuş Duarti Pireyraya
minnətdar olmalıdırlar. Ona görə ki, bir çoxlarına Atlantik
okeanının qərbində torpaq tapmaq tapşırığı verilsə də, onlar
həmin işi yerinə yetirə bilməmişdilər. Pireyra isə həmin
missiyanın öhdəsindən artıqlaması ilə gəldi. Çünki kral II
Juana hava-su kimi lazım olan torpaq aşkarlanmış və
təcrübəli kapitan, ispanlarla növbəti danışıqlara başlanma-
mışdan əvvəl özünü Avropaya çatdıra bilmişdi. Bu azmış
kimi o, Tordesilyas danışıqlarında bilavasitə iştirak etmiş
və Roma papasının vasitəsilə ispanların aldadılmasında
mühüm rol oynamışdır. Bundan əlavə Pireyra Portuqal
kralına öz sədaqətini nümayiş etdirərək, ölənə qədər həmin
sirri daxilində saxlamağa məcbur olmuşdu.
Bu məsələdə portuqalların mahir hipnozçu kimi
rəqiblərinə manipulyasiya etmələrini önə çəkmək lazımdır.
Onlar danışıqlar zamanı özlərini elə aparırdılar ki, guya
ispanlar onların halalca torpaqlarını əllərindən alıblar. Ona
görə də qara məni basınca, mən qaranı basım prinsipini
əldə şüar tutaraq, həyasızcasına öz tələblərini irəli sürürlər.
Nəticədə demarkasion xətt xeyli qərbə tərəf çəkilir.
Elə həmin il pontifik rəsmi olaraq Ferdinand Araqonlu
ilə İzabella Kastiliyalıya “Katolik kralları” titulunu verir.
Dostları ilə paylaş: |