66
Katolik kilsənin qəzəbindən çəkinməyən alim Yerin kürə
şəklində olması ideyasını Ptolemeyin elmi nəzəriyyələrinə
və xüsusən də
“Almagest” əsərinə (Ptolemey
“Almagest”
əsərində Yerin sferik olmasını göstərmişdir) əsasən
müdafiə edirdi. Bəzi alimlər isə qeyd edirdilər ki, Hindis-
tana qərb istiqamətində gedəndə yolda bir və ya bir neçə
materiklə üzləşmək olar.
Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. İlk
növbədə bilmək lazımdır ki, kral V Alfons alimin təqdim
etdiyi ideyaya necə reaksiya verdi? Məlumdur ki,
belə bir
ciddi layihələr və ya ideyalar ortaya çıxanda, bunu riyaziy-
yatçı, kosmoqraf, coğrafiyaşünas və astronomların fəaliyyət
göstərdikləri
“Riyaziyyatçılar Xuntası”nda müzakirə
olunaraq, həmin sənədin nə dərəcədə əhəmiyyətli olduğunu
üzə çıxarırdılar. Necə ki, bir neçə ildən sonra X. Kolumb öz
layihəsini portuqal kralı II Juana təqdim edəndə, həmin
layihə
“Riyaziyyatçılar Xuntası”na verilmiş və oradan,
mənfi cavab almışdı. Məhz həmin cavabdan sonra Atlantik
okeanın qərb hissəsinə ekspedisiya təşkil etmək üçün ona
gəmilər verilməmişdi.
Toskanellidən 10 il sonra, daha dəqiq 1484-cü ildə
həqiqətən də buna azacıq oxşar layihəni Kolumb portuqal
kralı II Juana təqdim edir. Hindistana qərb yolu ilə
getməyin mümkün olduğunu qeyd edən genuyalının fikri