29
təcrübəli şturmanların və naviqatorların olduğu donanma-
nın 1600 km. okeanda azması inandırıcı görünmür.
Bartolomeu Diaş (1450-1500)
Yuxarıda qeyd edildiyi kimi həmin ekspedisiyada
Bartolomeu Diaş, Dioqu Diaş, Duarti Paşeku Pireyra kimi
təcrübəli komandor və kapitanlar iştirak edirdi və həmin
dənizçilər şəxsi təcrübələrini genişləndirmək üçün hər gün
qət etdikləri yolu öz gündəliklərində qeyd edir, hansı kursla
hərəkət etdiklərini diqqətlə izləyirdilər. Heç kim də
30
bilməsə, məhz onlar ekspedisiyanın əsas kursdan yayındığı-
nı hiss etməli və bu haqda Pedro Kabrala məlumat
verməliydilər. Ekspedisiyanın gedişatı onu göstərir ki,
komandoru belə bir səhv qane etmiş və o, okean keçidi
zamanı marşrut kursunu köməkçilərinə həvalə etmişdi.
Lakin buna baxmayaraq ekspedisiya əsas kursdan yayınmış
və uzun müddət başqa bir istiqamətdə hərəkət etmişdi. Bu
isə inanılası deyil.
Şübhələri aradan qaldırmaq üçün mühüm məsələyə
toxunmaq lazımdır. İş ondadır ki, ekspedisiya Yaşıl Burun
adalarından uzaqlaşandan bir neçə gün sonra yolda azmışdı.
Lakin portuqallar mayın 2-də “kəşf” olunan “Vera-Kruş”
torpağını tərk edəndən sonra, kursu birbaşa, Afrikanın
cənubunda yerləşən Ümid burnuna tutur və çox qəribədir
ki, 8000 km. yol qət etsələr də, onlar yolda azmadan qısa
müddət ərzində deyilən yerə gəlib çıxırlar. Halbuki onlar
həmin kurs ilə və həmin akvatoriyada ilk dəfə üzmüş və
heç bir qeyri-adi hadisə ilə üzləşmədən, yolda heç bir
dayanacaqdan istifadə etmədən 8000 km-lik yolu arxada
qoyaraq, istənilən məkana çatırlar. Onda belə çıxır ki, açıq
okeanda manevr etməkdə mahir usta olan portuqal
şturmanları, Yaşıl Burun adalarından Ümid burnuna kimi
hərəkət edən zaman heç vaxt əsas kursdan yayınaraq,
tamamilə əks tərəfdə yerləşən Braziliya saillərinə gedib
31
çıxa bilməzdilər. Əgər, belə bir səhv baş vermişdisə, yəni
ekspedisiya yolda azıb Braziliya sahillərində peyda
olmuşdularsa, onda onlar Ümid burnuna yollanan zaman
mütləq şəkildə yolda azmalı idilər. Ona görə ki, portuqal
dəniz səyyahları bir dəfə də olsun həmin marşrutdan
istifadə etməmişdilər.
Pedro Kabralın ekspedisiyası Afrikanın cənubuna doğru
hərəkət edir
Məlum olduğu kimi onlar Afrikanın cənubuna çatanda,
orada güclü fırtına ilə üzləşir və ekspedisiyanın tərkibinə
32
daxil olan 4 gəmini heyəti ilə birlikdə itirmişdi. Xüsusilə
qeyd etmək lazımdır ki, ekspedisiyanı Ümid burnunun
cənubuna gətirib çıxaran Bartolomeu Diaş həmin fırtınanın
qurbanı olmuşdur.
Əlavə etmək olar ki, hava əlverişli olan zaman mütəmadi
olaraq, səyyahların ən böyük dənizçilik silahı olan qladştok
vasitəsi ilə üzdükləri coğrafi enliyi müəyyənləşdirmək
mümkündür. Belə olan halda onlar yolda necə aza
bilərdilər?
Bunu onunla da izah etmək olar ki, onlar Braziliya
sahillərinə yan alanda birdən–birə Atlantik okeanının o biri
tayında olduğunu müəyyənləşdirəndən sonra, belə bir
xətaya görə Kabral tabeliyində olan heç bir şturmanı və ya
kapitanı cəzalandırmır. Halbuki həmin dövrdə belə bir
kobud səhlənkarlıq heç bir dənizçiyə bağışlanmır, sanki
belə də lazım imiş. Matroslar tərəddüd içərisində qalırlar.
Axı, onlar kapitanların verdikləri bütün tapşırıqları peşəkar-
casına yerinə yetirmişdilər.
Bundan əlavə onlar qarşıdakı torpağı görən kimi vaxt
itirmədən sahil zolağının tədqiqi ilə məşğul olurlar. Ən
maraqlı hal isə odur ki, portuqallar sahilə çıxandan sonra,
həmin ərazinin onların krallığına məxsus olduğunu bildirən
əlamət olan daş padran yox, taxtadan düzəldilmiş böyük
xaç qoyurlar. Bu nədir, növbəti səhlənkarlıq, yoxsa kəşf
33
etdikləri ərazinin xüsusi önəm daşımamasıdır? Halbuki hər
hansı bir dəniz səyyahı belə bir qeyri-adi kəşfə ciddi
yanaşmalı idi. Ona görə ki, portuqallar on illər idi
Atlantikanın bu hissəsində torpaq ərazisi axtarırdılar və
qəribə olsa da bu xoşbəxtliyə nail ola bilmirdilər. Lakin
birdən-birə Kabralın başına səadət quşu qonur o, isə belə
bir “kəşfə” biganəlik göstərir.
Bəs, nəyə görə Lissabondan Hindistanın Kalikut şəhəri-
nə yollanan ekspedisiyanın yolda qəribə kurs seçməsini nə
ilə izah etmək olar? Bu marşrutun seçilməsindən Kabralın
özü məlumatlı idi, ya yox? Çox güman ki, hali idi. Ona
görə belə bir səhlənkarlıq mütləq onun tərəfindən
cəzalandırılmalıydı. Bu kəşf portuqallar üçün xüsusi önəm
daşımırdısa, onda nəyə görə Hindistana nəzərdə tutulan
gəmilərdən birini, Kabral həmin kəşf barəsində məlumat
verməkdən ötrü Lissabona göndərir? Məlumdur ki, Brazi-
liya kəşf edildikdən düz 10 gün sonra ekspedisiyanın rəh-
bəri Qaspar de Lemuşu gəmisi ilə birlikdə, yazdığı məktub-
la Portuqaliyaya yola salır. Bu o vaxt edilirdi ki, kəşf edilən
coğrafi məntəqə xüsusi əhəmiyyət kəsb edirsə, onda həmin
məlumat tələsik halda lazımi yerə çatdırılmalıydı. Deməli,
Braziliyanın kəşfi əvvəlcədən nəzərdə tutulmuş və bu
haqda dünya ictimaiyyəti xəbərdar olmalıydı.
Dostları ilə paylaş: |