17
Korreyya kralın şəxsi nümayəndəsi sayılırdı və o, bütün səy
və bacarığından istifadə edərək, Hindistanda Portuqaliyanın
daimi ticarət nümayəndəliyini açmalıydı. Bunun üçün hətta
müvafiq şəhər də seçilmişdi – avropalılar orada faktoriya
yaratmalı və Ayreş Korreyya katib kimi fəaliyyət
göstərməli idi.
Gəmilərin anbarlarına mis, məxmər, yun parçalar və
başqa mallar yüklənmişdi. İl yarımlıq ərzaq ehtiyatı tədarük
görülmüşdü. Hind knyazlıqları ilə əlaqə yaratmaq üçün kral
katibinə Kalikut şəhərində Peru Vaş Kaminya, Vasko da
Qamanın heyətində xidmət göstərmiş tərcüməçi ərəb Əl
Məsud (Monsaydi), ekspedisiyanın həkimi, alim, bakalavr
Juaniş, Enrike de Koimbranın (o, Kalikutda vikariy kimi
fəaliyyət göstərəcəkdi) başçılığı altında səkkiz fransiskan
rahibi və başqa dini işçilər təhkim olunurdu.
Ekspedisiya martın 9-u 1500-cü ildə Lissabon limanın-
dan yola düşür. Ümumiyyətlə, ekspedisiyanın tapşırığı
nədən ibarət idi? Kabral Hindistana gedib, oradan qiymətli
mallarla Portuqaliyaya qayıdacaq Vasko da Qamanın
gəmilərinin təhlükəsizliyini təmin etməliydi.
Plana əsasən, Kabral cənub kursu ilə 10
0
ş. en dərəcə-
sinə kimi Afrikanın qərb sahil boyunca hərəkət etməli,
ondan sonra isə açıq okeanda cənub-qərb istiqamətində
yolunu davam etdirməliydi.
18
Ekspedisiyanın təhlükəsizliyini təmin etməkdən ötrü
belə qərar verilmişdi ki, həm vaxta qənaət etmək, həm də
Afrikanın Qvineya körfəzi sahilində fəaliyyət göstərən
xoşagəlməz cərəyanlarla üzləşməmək üçün belə bir qəribə
naviqasiya kursu seçilmişdi.
Vasko da Qama (1460 və ya 1469-1524)
Aprelin 22-i 1500-cü ildə katolik Pasxası günü portuqal-
lar Braziliya sahilini görürlər və bununla da Braziliyanın
kəşfi rəsmiləşdirilir. Tarixə isə həmin kəşf “təsadüfən baş
19
verən kəşf” kimi düşür. Maraqlıdır ki, Xristofor Kolumb da
1492-ci ildə dördüncü qitəni kəşf edən zaman, həmin
ərazini Asiya qitəsi ilə səhv salmışdı.
Həqiqətən də dünya əhəmiyyətli kəşfləri həyata keçirən
zaman təsadüflər baş verirdi, ya yox? Uzun araşdırmalar-
dan sonra belə qənaətə gəldim ki, xüsusi missiya ilə yola
düşən ekspedisiyalar kəşf zamanı təsadüflərlə üzləşirlər.
Deməli, həmin ekspedisiyanın rəhbərləri yola düşən zaman,
hər hansı torpağın kəşf edilməsində onlara xüsusi tapşırıq-
lar verilirdi ki, həmin ekspedisiyalar əsl missiyası məxfi
sayılırdı.
Peru Vaş Kaminya kral I Manuelə yazdığı məktubda
göstərir ki, “aprelin 21-də Yaşıl Burun adalarının San-
Nikolau adasından 660-670 liq aralıda olanda, sahilin
yaxınlığını bildirən əlamətlərlə üzləşdik – sarqass, sedum
və quşlar, aprelin 22-də isə biz torpaq gördük. Aprelin 23-
də ekspedisiyanın bəzi iştirakçıları sahilə çıxır və həmin
günü ilk dəfə yerli əhali ilə rastlaşırlar. Onların dərisi tünd
rənglidir və tamamilə çılpaqdırlar: hətta eyib yerləri açıq
qalmışdır. Əllərində oxla kaman vardı...” Kaminyanın
verdiyi məlumatlara əsasən, onlarla yerli əhali arasında heç
bir ciddi münaqişə baş verməmişdi. Halbuki həm Visente
Pinson, həm də Diyeqo Lepe Braziliya sahillərinə çıxanda
yerli əhali ilə silahlı münaqişələr yaranmışdı. Lakin Kabra-
20
lın ekspedisiyası belə çətinliklə üzləşməmişdi. Alınan
məlumatlara əsasən, yerli əhali portuqallara ağac kəsməkdə
köməklik göstərmişdilər. Buranın flora və faunası hamını
heyrətə gətirir.
Maraqlı cəhət odur ki, yalnız 9 gündən sonra mayın 1-i
cümə günü Kabral qərar verir ki, “kəşf” etdiyi torpaqda,
üstündə Portuqal kralının şüarı və gerbi olan, taxtadan
düzəldilmiş böyük xaç qoysunlar. Bu münasibətlə rahib
Enrike de Koimbra yerli əhalinin iştirakı ilə dini ayin
oxuyaraq hamıya xeyir-dua dilədi.
Elə həmin gün Kabral “kəşf” etdiyi torpaqlar barəsində
məlumatı krala çatdırmaq üçün, Qaspar de Lemuşu gəmisi
ilə birlikdə Lissabona göndərir. Məlumatda göstərilirdi ki,
komandor həmin ərazini Həqiqi Xaçın Adası (Vera Kruz)
adlandırır. Tarixi qaynaqlarda qeyd olunur ki, həmin xəbər
I Maneli heyrətləndirmir, halbuki həmin “ada” Hindistana
qərb istiqaməti ilə gedən yolda dayanacaq rolunu oynaya
bilərdi. Bir müddətdən sonra kral həmin ərazinin adını
dəyişib “Santa-Kruz” (Müqəddəs Xaç) adlandırır və bu
haqda Avropanın digər monarxlarına xəbər göndərir.
Pinsonun və Lepenin ekspedisiyalarından fərqli olaraq,
Kabral heyətinə daxil olan adamlardan bir neçəsini sahildə
qoymağı məsləhət bilir. Onun əmrinə əsasən, iki sürgün
Dostları ilə paylaş: |