21
olunmuş və fərarilik edən iki yunqa həmişəlik olaraq sahilə
çıxarılır.
Mayın 2-si 1500-cü ildə Braziliya sahillərini 11 gəmidə
tərk edən ekspedisiya, ilkin plana əsasən, Afrikanın
cənubuna tərəf üz tutur və Ümid burnunu keçən zaman
dörd gəmini itirir. Təəssüfləndirici hal o idi ki, həlak
olanların arasında 1487-ci ildə Ümid burnunu avropalılar
üçün kəşf etmiş Bartolomeu Diaş vardı, onun qardaşı
Dyoqo Diaş isə Mozambik sahillərində o biri gəmilərdən
aralı düşür. Kabral üçün itkin sayılan Dyoqu Diaş yolüstü
Afrikanın ən böyük adası Madaqaskarı kəşf edərək, sağ-
salamat vətənə qayıdır.
Kabralın Atlantik okeanının qərb sahilində aşkarladığı
böyük torpaq, təsadüfi kəşf yox, Portuqal krallığının XV
əsrdə dünya ictimaiyyətinə təqdim etdiyi ən böyük
yalandır. Ona görə ki, ekspedisiyanın hərəkət marşrutuna
nəzər yetirəndə aydın başa düşmək olar ki, elə bir donanma
ilə, elə bir heyətlə, elə bir təcrübəli şturman və kapitanlarla
okeanda azıb, kor-koranə uzun müddət üzərək minlərlərlə
kilometr məsafəni arxada qoymaq mümkün deyildi.
Düzdür, həmin dövrdə Atlantik okeanı akvatoriyasında
yerləşən bütün adalar Köhnə Dünyanın sakinlərinə məlum
olmadığından, Kabral yalnız yaxınlıqda olan naməlum
adaları kəşf edə bilərdi. Qeyd etmək lazımdır ki, ekspedisi-
22
yanın tərkibində həmin yolları kifayət qədər tanıyan
Bartolomeu Diaş, Nikolau Koelyo və başqa peşəkar
dənizçilər vardı. Həm də onu da bildirmək istəyirəm ki,
Lissabondan çıxıb Hindistana gedən həmin dəniz yolunun
marşrutunu məhz Bartolomeu Diaş və Portuqaliyada qalmış
Vasko da Qama buyurmuşdular. Həmin marşrutdan isə hələ
3 il bundan əvvəl, yəni, 1497-ci ildə Hindistana yollanmış
Vasko da Qama istifadə etmişdi. Təlimata əsasən, Kabral
xoşagəlməz cərəyanların yanından ötərək Afrikanın
cənubunda yerləşən Fırtınalar burnuna yaxınlaşmadan Hind
okeanına çıxmalı idi.
Müəmmalarla dolu olan kəşf
Bir çox alimlər, hətta coğrafiya, coğrafi kəşflər tarixi və
tarix elminin ən tanınmış alimləri, xüsusi əhəmiyyət kəsb
edən müəyyən bir coğrafi kəşflə bağlı bir çox məqamları
axıra qədər araşdırmadan, həmin kəşfi olduğu kimi qəbul
etmiş və o, tarixin səhifələrinə “təsadüf nəticəsində baş
verən kəşf” kimi düşür. Buna bariz nümunə Braziliyanın
“təsadüfi” kəşfidir.
23
Onlar bunu onunla izah edirlər ki, 10
0
ş. en dairəsindən
10
0
c. en dairəsinə kimi qərb istiqamətində hərəkət edən iki
güclü cərəyan və Şimal-şərq küləyi hökmranlıq edir. Belə
olan halda həmin təbii qüvvənin təsiri ilə gəmilər qeyri-
ixtiyari olaraq gedib Braziliya sahillərinə çıxa bilərdi.
Vaxtilə Portuqaliyadan Afrikanın cənub ucqar nöqtəsinə
kimi gedib çıxan Bartolomeu Diaşın orada olması ilə, əsas
yoldan yayınmaq mümkün idi, ya yox? Əlbəttə mümkün
deyildi! Ona görə ki, Atlantik okeanının şərq sahillərinə
kifayət qədər bələd olan Diaşın iştirakı ilə ölümə bərabər
olan belə bir səhvə yol verilirsə, onda o, Lissabonu 10 min
km. ayıran Ümid burnuna necə gedib çıxa bilərdi? Bu yerdə
müəmmalı kəşflə bağlı sualların sayı xeyli sayda artır. Əsas
suallardan biri odur ki, bəlkə Kabral portuqal kralı I
Manuelin məxfi tapşırığı ilə həmin səhvə yol vermiş, yəni
nəzərdə tutulan kursdan yayınmışdı?
Düzdür, “təsadüfi kəşf”i müdafiə edənlər, Kabral cənu-
ba doğru hərəkət edən zaman Atlantik okeanının ortasında
üç güclü cərəyanın fəaliyyətdə olduğunu göstərirlər. Guya
o, xəbəri olmadan həmin cərəyanların təsiri altına düşmüş
və bixəbər şəkildə gedib Braziliya sahillərinə çıxmışdır. İlk
növbədə, həmin cərəyanların harada və hansı istiqamətdə
hərəkət ediyini göstərmək lazımdır.
24
Şimali-Passat şərqdən-qərbə, Ekvatorial Əkscərəyan
qərbdən-şərqə, yenə də şərqdən-qərbə Cənubi-Passat cərə-
yanları hərəkət edir. Əlbəttə ki, burada şərqdən-qərbə doğru
əsən Passat küləkələrini də qeyd etmək lazımdır. Lakin
bütün bunlara baxmayaraq, alimlər bu amili - qərbə doğru
hərəkət edən cərəyanları əsas tutub bəyan edirlər ki, Kabral
okeanda yolunu azaraq, gedib istəmədiyi bir yerə çıxmışdı.
Bəlkə o, əvvəlcədən nəzərdə tutmuşdu ki, gedib həmin yerə
çıxmalıdır.
Kabral da olmasa, Duarti Paşeku Pireyra həmin işin
öhdəsindən gəlməliydi.
Yola düşən zaman ekspedisiyanın başında təcrübəli
dənizçi yox, təcrübəli və bacarıqlı inzibatçı lazım idi ki,
komanda da ciddi nizam-intizam yaratsın və tabeliyində
olan ən avtoritetli dənizçilər onun verdiyi tapşırıqları qeyd-
şərtsiz yerinə yetirə bilsinlər. Soydaşları və həmkarları
arasında kifayət qədər nüfuz qazanmış peşəkar dənizçilər
isə başqa bir funksiyanın öhdəsindən gəlməliydilər. O da
ki, kral I Manuelin verdiyi məxfi tapşırıq idi. Yəni, bu
ekspedisiyanın heyəti nəyin bahasına olursa-olsun, Atlantik
okeanının qərb sahillərində yerləşən portuqallara məlum
olan, lakin dünya ictimaiyyətindən gizlin saxlanılan torpaq-
ların varlığını rəsmiləşdirmək idi.
Dostları ilə paylaş: |