  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə6/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   2   3   4   5   6   7   8   9   ...   42

                                                     
 
  
                                                                            
                                                    
21 
olunmuş və fərarilik edən iki yunqa həmişəlik olaraq sahilə 
çıxarılır. 
Mayın 2-si 1500-cü ildə Braziliya sahillərini 11 gəmidə 
tərk  edən  ekspedisiya,  ilkin  plana  əsasən,  Afrikanın 
cənubuna  tərəf  üz  tutur  və  Ümid  burnunu  keçən  zaman 
dörd  gəmini  itirir.  Təəssüfləndirici  hal  o  idi  ki,  həlak 
olanların  arasında  1487-ci  ildə  Ümid  burnunu  avropalılar 
üçün  kəşf  etmiş  Bartolomeu  Diaş  vardı,  onun  qardaşı 
Dyoqo  Diaş  isə  Mozambik  sahillərində  o  biri  gəmilərdən 
aralı  düşür.  Kabral  üçün  itkin  sayılan  Dyoqu  Diaş  yolüstü 
Afrikanın  ən  böyük  adası  Madaqaskarı  kəşf  edərək,  sağ-
salamat vətənə qayıdır.  
Kabralın  Atlantik  okeanının  qərb  sahilində  aşkarladığı 
böyük  torpaq,  təsadüfi  kəşf  yox,  Portuqal  krallığının  XV 
əsrdə  dünya  ictimaiyyətinə  təqdim  etdiyi  ən  böyük 
yalandır.  Ona  görə  ki,  ekspedisiyanın  hərəkət  marşrutuna 
nəzər yetirəndə aydın başa düşmək olar ki, elə bir donanma 
ilə, elə bir heyətlə, elə bir təcrübəli şturman və kapitanlarla 
okeanda  azıb,  kor-koranə  uzun  müddət  üzərək  minlərlərlə 
kilometr  məsafəni  arxada  qoymaq  mümkün  deyildi. 
Düzdür,  həmin  dövrdə  Atlantik  okeanı  akvatoriyasında 
yerləşən  bütün  adalar  Köhnə  Dünyanın  sakinlərinə  məlum 
olmadığından,  Kabral  yalnız  yaxınlıqda  olan  naməlum 
adaları kəşf edə bilərdi. Qeyd etmək lazımdır ki, ekspedisi-


                                                     
 
  
                                                                            
                                                    
22 
yanın  tərkibində  həmin  yolları  kifayət  qədər  tanıyan 
Bartolomeu  Diaş,  Nikolau  Koelyo  və  başqa  peşəkar 
dənizçilər  vardı.  Həm  də  onu  da  bildirmək  istəyirəm  ki, 
Lissabondan  çıxıb  Hindistana  gedən  həmin  dəniz  yolunun 
marşrutunu məhz Bartolomeu Diaş və Portuqaliyada qalmış 
Vasko da Qama buyurmuşdular. Həmin marşrutdan isə hələ 
3 il bundan əvvəl,  yəni, 1497-ci ildə Hindistana yollanmış 
Vasko  da  Qama  istifadə  etmişdi.  Təlimata  əsasən,  Kabral 
xoşagəlməz  cərəyanların  yanından  ötərək  Afrikanın 
cənubunda yerləşən Fırtınalar burnuna yaxınlaşmadan Hind 
okeanına çıxmalı idi. 
 
 
 
 
                    
Müəmmalarla dolu olan kəşf 
  
 
 
Bir çox alimlər, hətta coğrafiya, coğrafi kəşflər tarixi və 
tarix  elminin  ən  tanınmış  alimləri,  xüsusi  əhəmiyyət  kəsb 
edən  müəyyən  bir  coğrafi  kəşflə  bağlı  bir  çox  məqamları 
axıra  qədər  araşdırmadan,  həmin  kəşfi  olduğu  kimi  qəbul 
etmiş  və  o,  tarixin  səhifələrinə  “təsadüf  nəticəsində  baş 
verən  kəşf”  kimi  düşür.  Buna  bariz  nümunə  Braziliyanın 
“təsadüfi” kəşfidir.  


                                                     
 
  
                                                                            
                                                    
23 
Onlar bunu onunla izah edirlər ki, 10
0
  ş.  en  dairəsindən 
10
0  
c. en dairəsinə kimi qərb istiqamətində hərəkət edən iki 
güclü  cərəyan  və  Şimal-şərq  küləyi  hökmranlıq  edir.  Belə 
olan  halda  həmin  təbii  qüvvənin  təsiri  ilə  gəmilər  qeyri-
ixtiyari  olaraq  gedib  Braziliya  sahillərinə  çıxa  bilərdi. 
Vaxtilə  Portuqaliyadan  Afrikanın  cənub  ucqar  nöqtəsinə 
kimi gedib çıxan Bartolomeu Diaşın orada olması ilə, əsas 
yoldan  yayınmaq  mümkün  idi,  ya  yox?  Əlbəttə  mümkün 
deyildi!  Ona  görə  ki,  Atlantik  okeanının  şərq  sahillərinə 
kifayət  qədər  bələd  olan  Diaşın  iştirakı  ilə  ölümə  bərabər 
olan belə bir səhvə yol verilirsə, onda o, Lissabonu 10 min 
km. ayıran Ümid burnuna necə gedib çıxa bilərdi? Bu yerdə 
müəmmalı kəşflə bağlı sualların sayı xeyli sayda artır. Əsas 
suallardan  biri  odur  ki,  bəlkə  Kabral  portuqal  kralı  I 
Manuelin  məxfi tapşırığı ilə həmin  səhvə  yol  vermiş,  yəni 
nəzərdə tutulan kursdan yayınmışdı? 
Düzdür,  “təsadüfi  kəşf”i  müdafiə  edənlər,  Kabral  cənu-
ba doğru hərəkət edən zaman Atlantik okeanının ortasında 
üç  güclü  cərəyanın  fəaliyyətdə  olduğunu  göstərirlər.  Guya 
o,  xəbəri  olmadan  həmin  cərəyanların  təsiri  altına  düşmüş 
və bixəbər şəkildə gedib Braziliya sahillərinə çıxmışdır. İlk 
növbədə,  həmin  cərəyanların  harada  və  hansı  istiqamətdə 
hərəkət ediyini göstərmək lazımdır.  


                                                     
 
  
                                                                            
                                                    
24 
Şimali-Passat  şərqdən-qərbə,  Ekvatorial  Əkscərəyan 
qərbdən-şərqə,  yenə  də  şərqdən-qərbə  Cənubi-Passat  cərə-
yanları hərəkət edir. Əlbəttə ki, burada şərqdən-qərbə doğru 
əsən  Passat  küləkələrini  də  qeyd  etmək  lazımdır.  Lakin 
bütün bunlara baxmayaraq, alimlər bu amili  -  qərbə doğru 
hərəkət edən cərəyanları əsas tutub bəyan edirlər ki, Kabral 
okeanda yolunu azaraq, gedib istəmədiyi bir yerə çıxmışdı. 
Bəlkə o, əvvəlcədən nəzərdə tutmuşdu ki, gedib həmin yerə 
çıxmalıdır.
 
 
Kabral  da  olmasa,  Duarti  Paşeku  Pireyra  həmin  işin 
öhdəsindən gəlməliydi.  
 
Yola  düşən  zaman  ekspedisiyanın  başında  təcrübəli 
dənizçi  yox,  təcrübəli  və  bacarıqlı  inzibatçı  lazım  idi  ki, 
komanda  da  ciddi  nizam-intizam  yaratsın  və  tabeliyində 
olan ən avtoritetli dənizçilər onun verdiyi tapşırıqları qeyd-
şərtsiz  yerinə  yetirə  bilsinlər.  Soydaşları  və  həmkarları 
arasında  kifayət  qədər  nüfuz  qazanmış  peşəkar  dənizçilər 
isə  başqa  bir  funksiyanın  öhdəsindən  gəlməliydilər.  O  da 
ki,  kral  I  Manuelin  verdiyi  məxfi  tapşırıq  idi.  Yəni,  bu 
ekspedisiyanın heyəti nəyin bahasına olursa-olsun, Atlantik 
okeanının  qərb  sahillərində  yerləşən  portuqallara  məlum 
olan, lakin dünya ictimaiyyətindən gizlin saxlanılan torpaq-
ların varlığını rəsmiləşdirmək idi.
 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə