  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə5/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   2   3   4   5   6   7   8   9   ...   42

                                                     
 
  
                                                                            
                                                    
17 
Korreyya kralın şəxsi nümayəndəsi sayılırdı və o, bütün səy 
və bacarığından istifadə edərək, Hindistanda Portuqaliyanın 
daimi ticarət nümayəndəliyini açmalıydı. Bunun üçün hətta 
müvafiq  şəhər  də  seçilmişdi  –  avropalılar  orada  faktoriya 
yaratmalı  və  Ayreş  Korreyya  katib  kimi  fəaliyyət 
göstərməli idi.  
Gəmilərin  anbarlarına  mis,  məxmər,  yun  parçalar  və 
başqa mallar yüklənmişdi. İl yarımlıq ərzaq ehtiyatı tədarük 
görülmüşdü. Hind knyazlıqları ilə əlaqə yaratmaq üçün kral 
katibinə  Kalikut  şəhərində  Peru  Vaş  Kaminya,  Vasko  da 
Qamanın  heyətində  xidmət  göstərmiş  tərcüməçi  ərəb  Əl 
Məsud  (Monsaydi),  ekspedisiyanın  həkimi,  alim,  bakalavr 
Juaniş,  Enrike  de  Koimbranın  (o,  Kalikutda  vikariy  kimi 
fəaliyyət  göstərəcəkdi)  başçılığı  altında  səkkiz  fransiskan 
rahibi və başqa dini işçilər təhkim olunurdu. 
Ekspedisiya  martın  9-u  1500-cü  ildə  Lissabon  limanın-
dan  yola  düşür.  Ümumiyyətlə,  ekspedisiyanın  tapşırığı 
nədən ibarət idi? Kabral Hindistana gedib, oradan qiymətli 
mallarla  Portuqaliyaya  qayıdacaq  Vasko  da  Qamanın 
gəmilərinin təhlükəsizliyini təmin etməliydi. 
Plana  əsasən,  Kabral  cənub  kursu  ilə  10

ş.  en  dərəcə-
sinə  kimi  Afrikanın  qərb  sahil  boyunca  hərəkət  etməli, 
ondan  sonra  isə  açıq  okeanda  cənub-qərb  istiqamətində 
yolunu davam etdirməliydi.       


                                                     
 
  
                                                                            
                                                    
18 
Ekspedisiyanın  təhlükəsizliyini  təmin  etməkdən  ötrü 
belə  qərar  verilmişdi  ki,  həm  vaxta  qənaət  etmək,  həm  də 
Afrikanın  Qvineya  körfəzi  sahilində  fəaliyyət  göstərən 
xoşagəlməz  cərəyanlarla  üzləşməmək  üçün  belə  bir  qəribə 
naviqasiya kursu seçilmişdi. 
 
              
 
            Vasko da Qama (1460 və ya 1469-1524) 
 
Aprelin 22-i 1500-cü ildə katolik Pasxası günü portuqal-
lar  Braziliya  sahilini  görürlər  və  bununla  da  Braziliyanın 
kəşfi  rəsmiləşdirilir.  Tarixə  isə  həmin  kəşf  “təsadüfən  baş 


                                                     
 
  
                                                                            
                                                    
19 
verən kəşf” kimi düşür. Maraqlıdır ki, Xristofor Kolumb da 
1492-ci  ildə  dördüncü  qitəni  kəşf  edən  zaman,  həmin 
ərazini Asiya qitəsi ilə səhv salmışdı. 
Həqiqətən də dünya  əhəmiyyətli kəşfləri həyata keçirən 
zaman  təsadüflər  baş  verirdi,  ya  yox?  Uzun  araşdırmalar-
dan  sonra  belə  qənaətə  gəldim  ki,  xüsusi  missiya  ilə  yola 
düşən  ekspedisiyalar  kəşf  zamanı  təsadüflərlə  üzləşirlər. 
Deməli, həmin ekspedisiyanın rəhbərləri yola düşən zaman, 
hər hansı torpağın kəşf edilməsində onlara xüsusi tapşırıq-
lar  verilirdi  ki,  həmin  ekspedisiyalar  əsl  missiyası  məxfi 
sayılırdı. 
Peru  Vaş  Kaminya  kral  I  Manuelə  yazdığı  məktubda 
göstərir  ki,  “aprelin  21-də  Yaşıl  Burun  adalarının  San-
Nikolau  adasından  660-670  liq  aralıda  olanda,  sahilin 
yaxınlığını  bildirən  əlamətlərlə  üzləşdik  –  sarqass,  sedum 
və quşlar, aprelin 22-də isə biz torpaq gördük. Aprelin 23-
də  ekspedisiyanın  bəzi  iştirakçıları  sahilə  çıxır  və  həmin 
günü ilk dəfə yerli əhali ilə rastlaşırlar. Onların dərisi tünd 
rənglidir  və  tamamilə  çılpaqdırlar:  hətta  eyib  yerləri  açıq 
qalmışdır.  Əllərində  oxla  kaman  vardı...”  Kaminyanın 
verdiyi məlumatlara əsasən, onlarla yerli əhali arasında heç 
bir  ciddi  münaqişə  baş  verməmişdi.  Halbuki  həm  Visente 
Pinson,  həm  də  Diyeqo  Lepe  Braziliya  sahillərinə  çıxanda 
yerli əhali ilə silahlı münaqişələr yaranmışdı. Lakin Kabra-


                                                     
 
  
                                                                            
                                                    
20 
lın  ekspedisiyası  belə  çətinliklə  üzləşməmişdi.  Alınan 
məlumatlara əsasən, yerli əhali portuqallara ağac kəsməkdə 
köməklik  göstərmişdilər.  Buranın  flora  və  faunası  hamını 
heyrətə gətirir.  
Maraqlı cəhət odur ki, yalnız 9 gündən sonra mayın 1-i 
cümə  günü  Kabral  qərar  verir  ki,  “kəşf”  etdiyi  torpaqda, 
üstündə  Portuqal  kralının  şüarı  və  gerbi  olan,  taxtadan 
düzəldilmiş  böyük  xaç  qoysunlar.  Bu  münasibətlə  rahib 
Enrike  de  Koimbra  yerli  əhalinin  iştirakı  ilə  dini  ayin 
oxuyaraq hamıya xeyir-dua dilədi.   
Elə  həmin  gün  Kabral  “kəşf”  etdiyi  torpaqlar  barəsində 
məlumatı krala çatdırmaq üçün, Qaspar de Lemuşu gəmisi 
ilə  birlikdə  Lissabona  göndərir.  Məlumatda  göstərilirdi  ki, 
komandor həmin ərazini Həqiqi Xaçın Adası (Vera Kruz) 
adlandırır. Tarixi qaynaqlarda qeyd olunur ki, həmin xəbər 
I  Maneli  heyrətləndirmir,  halbuki  həmin  “ada”  Hindistana 
qərb  istiqaməti  ilə  gedən  yolda  dayanacaq  rolunu  oynaya 
bilərdi.  Bir  müddətdən  sonra  kral  həmin  ərazinin  adını 
dəyişib  “Santa-Kruz”  (Müqəddəs  Xaç)  adlandırır  və  bu 
haqda Avropanın digər monarxlarına xəbər göndərir. 
Pinsonun  və  Lepenin  ekspedisiyalarından  fərqli  olaraq, 
Kabral heyətinə daxil olan adamlardan bir neçəsini sahildə 
qoymağı  məsləhət  bilir.  Onun  əmrinə  əsasən,  iki  sürgün 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə