13
1467-ci ildə Belmonte qəsrində, çox güman ki, zadəgan
nəslində anadan olan gələcək komandor ailə ənənəsinə görə
kralın sarayında xidmətə daxil olur. Onun atası Beyranın
qubernatoru Fernao Kabral, anası isə İzabell Huveya idi. 11
yaşında Pedru Huveya (yalnız böyük qardaşının ölümündən
sonra o, atasının soyadını götürür) Lissabona köçür və
orada ədəbiyyatı, tarixi, kosmoqrafiyanı, hərbi intizamı
öyrənir. I Manuel (1469-1521) Portuqaliyanın kralı (1495-
1521) olan kimi Kabralı kral şurasına üzv seçir və həmin il
Xaç Ordeninə daxil edirlər. Həmin dövrdə elə nailiyyətlər
hər zadəgana nəsib olmurdu. İş ondadır ki, böyük nüfuza
malik olan Vasko da Qama I Manuelə onu enerjili, çevik və
bacarıqlı inzibatçı kimi təqdim edir.
Bəzi sənədlərə əsasən, Kabral zadəganların əhatəsində
yalnız Şimali Afrikada olmuş və demək olar ki, dənizçilik
işində heç bir təcrübəsi yox idi. Lakin buna baxmayaraq
həmin dövrdə 13 gəmidən ibarət olan ən böyük
ekspedisiyalardan biri məhz ona həvalə olunur. Hamının
təəccübünə səbəb olsa da onun başçılıq etdiyi ekspedi-
siyanın tərkibinə Bartolomeu Diaş, Nikolau Koelyo kimi
tanınmış səyyahlar daxil olur və şəxsi tabeliyində olan D.
Manuelə himayədarlıq edir. Kabralın valideynlərinin sosial
mənsubiyyəti və gələcək həyat yoldaşı İzabell Kaştrunun
(onların toyu komandorun Hindistan səfərindən sonra
14
nəzərdə tutulmuşdu) atası Fernando de Noronyanın
təqdimatlarına əsasən, ona belə bir mühüm vəzifə həvalə
olunmuşdu.
Portuqal kralı I Manuel (1469-1521)
Bu missiyadan böyük ümidlər gözləyən kral I Manuel
limana gəlmiş və şəxsən özü ekspedisiyanın və Xaç
bayraqlarını Kabrala verir. Əlbəttə ki, komandor üçün
bundan böyük şöhrət ola bilməzdi. Kralın gəlişindən
15
xəbərdar olan şəhər sakinlərin müəyyən hissəsi limana
toplaşmışdı. Son zamanlar Lissabondan yeni torpaqlar kəşf
etmək üçün bir neçə ekspedisiya səyahətə yollanmışdı.
Lakin I Manueli burada görmək mümkün olmamışdı.
Bu dəfə portuqal monarxının bura gəlişi yola düşən
ekspedisiyanın nə dərəcə əhəmiyyətli olmasından xəbər
verirdi. İstər-istəməz Kabral ona yüksək səviyyədə bəslə-
nən etimadı doğrultmalıydı.
Ekspedisiya iştirakçıları yola düşməmişdən şəhər yepis-
kopu Dioqu de Ortis dini ayin keçirərək, hamının xeyir-
duasını verir.
Gəmilər Lissabonu tərk edəndən beş gün sonra Kanar
adalarının yanından ötür və martın 22-də Yaşıl Burun
adalarına çatır. Martın 22-dən 23-nə keçən gecə Vasko de
Ataidenin gəmisi yoxa çıxır. Məhz Yaşıl Burun adalarını
arxada qoyandan sonra Kabral Vasko da Qamanın
instruksiyası və Bartolomeu Diaşın məsləhəti ilə birbaşa
cənub istiqamətinə - Afrikanın Ümid burnuna kurs götürür.
Lakin onlardan asılı olmayaraq donanma cənub-qərb
istiqamətində hərəkət etməyə başlayır.
Səyahət zamanı portuqallar qəribə hadisə ilə üzləşirlər.
Onlar Ümid burnu yerləşən enliklərinə xeyli məsafə qalmış,
aprelin 22-də Atlantik okeanının qərb sahillərində yerləşən
16
torpaq ərazisi (Baiya ştatındakı indiki Portu-Sequru şəhəri-
nin ərazisi) ilə üzləşirlər.
Kabralın missiyası əsasən, Hindistanda olanların müqavi-
mətini qırıb orada Portuqaliyanın təsirini möhkəmlətmək,
mümkün olan dərəcədə ticarət əlaqələri yaratmaqdan ibarət
idi. Çalışıb bütün bunları sülh və əminamanlıq şəraitində
qurmaq lazım idi. Ona görə də bu səyahətə 1500-dən çox
adam cəlb edilmişdi. Onlardan 1000 nəfərdən çoxu sırf
döyüşçülər idi.
Kabralın başçılıq etdiyi ekspedisiyaya diqqət yetirsək
görərik ki, onun heyətinə əvvəlki səyahətlərdə iştirak etmiş,
zəmanəsinə görə həddindən artıq təcrübəli və bacarıqlı
dənizçilər daxil olmuşdu. Losmanlar Afrikanın cənubunu
kəşf etmiş Bartolomeu Diaş və Hindistana təşkil olunan
birinci ekspedisiyanın iştirakçısı Nikolau Koelyo, səl-
naməçisi Duarti Paşeku Pireyra idi. Hindistanla ticarət
əlaqələrinin qurulması üçün ayrıca heyət vardı.
Səyahətdə iştirak edənlərin heyətinə nəzər yetirəndə
görərik ki, ekspedisiyanın missiyası tədqiqat işləri üçün
yox, siyasi-diplomatik və kommersiya xarakterlidir. Buna
bariz nümunə heyətə daxil olan gəmilərin növləri (onların
əksəriyyəti ticarət gəmiləri idi), xüsusən də kralın ticarət
nümayəndəliyinin gəmisi idi ki, onlar Hindistanla yalnız
ticarət əlaqələri qurmalıydılar. Onlara rəhbərlik edən Ayreş
Dostları ilə paylaş: |