  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə12/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

                                                     

 

  



                                                                            

                                                    

45 

çıxarılsın. Bunun üçün Muradyanlar ailəsi kənddə yaşayan 



azərbaycanlıların  köməyindən istifadə edib,  “Kamaz”  mar-

kalı yük maşını ilə evin əşyalarını Ağdam şəhəri istiqamə-

tində  çıxarmağa  müvəffəq  oldular.  Həmişə  loyallığını 

bildirən azərbaycanlılar qəti olaraq onların nə getməsinə, nə 

də  ki,  məişət  və  təsərrüfat  mallarının  çıxarılmasına  mane 

oldular.


 

Albertin  anadan  olduğu  kəndi  tərk  etməsi  onun  həyat 

yoldaşına  pis  təsir  göstərdi.  Ona  görə  ki,  onlar  burada 

yaşayan  azərbaycanlılarla  çox  gözəl  münasibətdə  idilər  və 

belə bir durumda onlardan ayrılmaq yaşlı qadın üçün qəribə 

görünürdü.  Marqo  qəti  olaraq  özü  üçün  doğma  olan  kəndi 

tərk  etmək  istəmədiyini  bildirdi.  Yaşlı  qadının  bu  hərəkəti 

kənd camaatı tərəfindən birmənalı şəkildə qarşılanmadı. 

Artur  atasından  fərqli  olaraq,  anası  kimi  Qarabağda 

qalacağını  bəyan  etmişdi.  Lakin  o,  anası  kimi  hazırda 

azərbaycanlıların  böyük  üstünlük  təşkil  etdiyi  bu  kənddə 

yox, əmisinin yaşadığı qonşu kənddə qalmağı qərara almış-

dı.  O,  mexanizator  kimi  yaxınlıqda  olan  motoatıcı  alayda 

işə  düzəlmiş  və  orada  sıradan  çıxmış  zirehli  texnikanın 

təmiri ilə məşğul idi. 

 

Daim yerli əhaliyə yaltaqlanan və onlardan istifadə edən 



Eduard  isə  gizlin  şəkildə  ekstremistlərlə  əlaqəyə  girmiş, 

azərbaycanlıların  yaşadıqları  kənddə  destabilizasiya  yarat-




                                                     

 

  



                                                                            

                                                    

46 

maqda  terrorçu  qruplara  köməklik  göstərirdi.  Lakin  hər 



beş-altı gündən bir o, kəndə gəlib anasını yoxlayır və yerli 

qonşularla ünsiyyət yaradırdı. 

 

Gecənin  ortasına  az  qalmış  Eduard  qardaşı  Arturla 



birlikdə gizlin yollarla anasının yanına gəlib onu yad etdilər 

və  öz  işlərini  ehtiyatlı  tutmaq  üçün  Qasım  babanın 

köməyindən  istifadə  etməyi  qərara  aldılar.  Onlar  quldurlar 

kimi  kəndin  ara  cığırları  ilə  hər  şeydən  ehtiyat  edə-edə 

müharibə  veteranının  evinə  yollandılar.  Gizlin  gəldikləri 

üçün yolda onları heç kim görmədi. İki millət arasında olan 

dostluq  münasibətlərində  dərin  uçurum  yarandığından 

qonşular  bir-birilərindən  ehtiyat  edirdilər.  Qasım  baba  öz 

otağında  yatdığından,  gecənin  ortasına  baxmayaraq  onun 

oğulları  Marizlə  İlqar  qonaqları  balaca  otağda  qarşıladılar. 

Vəziyyəin  ağırlığını  hiss  edən  Eduard  boynunu  əyib  yazıq 

görkəmdə İlqara dedi:   

 

-  Qonşu,  Qarabağdakı  vəziyyət  daha  kəskin  xarakter 



alıbdır.  Artıq  silahlı  adamlar  mülki  adamları  qətlə  yetir-

məkdən  belə  çəkinmirlər.  Evlər  qarət  edilir,  bəzi  hallarda 

isə yandırılaraq külə döndərilir. Bizim millətin nümayəndə-

ləri  qorxudan  öz  evlərini  tərk  edib  daha  təhlükəsiz  yerlərə 

qaçırlar. 

 

-  Edik,  bu  təxribatları  əsasən,  elə  erməni  millətçiləri 



həyata  keçirir  və  iki  millət  arasında  düşmənçilik  toxumu 


                                                     

 

  



                                                                            

                                                    

47 

səpirlər.  Onlar  demək  olar  ki,  hər  həftə  azərbaycanlıların 



yaşadıqları  kəndin  birini  ələ  keçirir  və  onların  əmlakını 

qarət edirlər. Bizim soydaşların ölüm siyahısı günü-gündən 

artır və bu qətllər cəzasız qalır.

 

-  Millətçilərdən  bizə  nə?  –  deyə  Artur  məzlum  halda 



araya girib qardaşının yerinə dilləndi. - Biz daim bir yerdə 

olmuş,  xeyir-şərdə  iştirak  etmiş  və  bundan  sonra  da  bir 

yerdə olacayıq. Dediyim odur ki, belə bir ağır günlərdə biz 

bir-birimizdən  möhkəm  yapışmalı  və  bir-birimizə  yardım 

etməliyik. Şəxsən mən söz verirəm ki, işdir, bu kənd bizim 

millət  tərəfindən  təcavüzə  məruz  qalsa,  onda  mən  bütün 

varlığımla  burada  yaşayan  camaatı,  onların  mülkünü 

qoruyacaq  və  imkan  verməyəcəm  ki,  burada  nahaq  qan 

axıdılsın.  Əks  təqdrdə  burada  yediyim  tonlarla  çörək 

mənim gözümdən gələr. 

 

- Gec-tez cinayətkarlrın hamısı  ədalət  məhkəməsi qarşı-



sında cavab verəcəklər. – deyə Mariz dilləndi. - Fitnəkarlar 

isə  Qarabağ  torpağından  sürgün  edilməlidir.  Mən  daim 

sənin  ailənlə  dostluq  etmiş  və  ən  ağır  vəziyyətlərdə  onları 

hər  hansı  təhlükədən  qorumağa  hazıram.  Bizim  dostluğu-

muza heç kim maneəçilik törətməz.

 

-  Elə  atam  da  məni  bura  göndərəndə  xahiş  etdi  ki, 



anamızdan muğayat olasan. – deyə Artur ümidlə dilləndi. - 


                                                     

 

  



                                                                            

                                                    

48 

Yaxşı bilirsiniz ki, anam sizlərə güvənərək burada qalmağa 



qərar vermişdi.

 

- Artur, bu barədə qəti olaraq narahat olma. – deyə İlqar 



qətiyyətlə dilləndi. - Marqo xalanı nəinki biz, hətta kənddə 

yaşayan hər bir azərbaycanlı müdafiə etməyə hazırdır. 

 

Belə  bir  qənaətbəxş  cavabdan  məmnun  olan  hər  iki 



erməni  qardaşı  dərindən  nəfəs  aldılar  və  rahat  şəkildə 

qarşılarında olan çayı içməyə başladılar. Tülkü kimi hiylə-

gər olan Eduard boş stəkanı nəlbəkiyə qoyan kimi dedi:

 

-  Mən,  təəssüflənirəm  ki,  doğulduğum  kənddən  qaçaq 



düşmüşəm. Bütün bu oyunları bizm başımıza açan türklərlə 

ruslardır.  Onlar  elə  hey  istəyirlər  ki,  aramızda  müharibə 

başlasın və gəlib bizim torpağa yiyə dursunlar.

 

-  Rusları  başa  düşdüm,  bəs  türklərin  bu  məsələlərə  nə 



aidiyyatı  var?  –  deyə  çiyinlərini  çəkən  Mariz  təəccüblə 

soruşdu.


 

-  Guya  bilmirsən,  türklər  bizim  əzəli  düşmənlərimizdir? 

–  deyə  Eduard  əvvəlki  tərzdə  dilləndi.  –  1915-ci  ildə  sülh 

və  əminamanlıq  şəraitində  yaşadığımız  şəraitdə  onlar  heç 

bir  səbəb  göstərilmədən  milyon  yarım  ermənini  qılıncdan 

keçirdilər.  Elə  indi  də  onlar  belə  bir  fürsət  axtarırlar. 

Onların  imkanı  olsa  Yer  kürəsində  nə  qədər  erməni  var, 

hamısını məhv edərlər. 

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə