  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə15/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

                                                     

 

  



                                                                            

                                                    

57 

casına döyməyə başlayırdılar. Onların içərisində İlqarın bir 



küçədə  böyüyüb  başa  çatmış  Eduard  da  vardı.  O,  əsasən 

qarətlə məşğul idi. Qardaşların xəbəri yox idi ki, mədəniy-

yət  evinin,  xəstəxananın,  məktəbin  alınmasında  Eduard 

bələdçilik  etmiş  və  həmin  tikililərin  ən  zəif  yerlərini 

muzdlu yaraqlılara göstərmişdi. 

 

İlqar döyüş zamanı təsadüfən yaralandığından, quldurlar 



bunu onun silahlı müqavimət göstərməsi kimi dəyərləndir-

dilər  və  yaralı  sakin  hamının  gözü  qarşısında  huşu  itənə 

qədər  döyüldü.  Başqaları  dindirilən  zaman  o,  özünə  gələn 

kimi  ermənilər  aman  vermədən  ağır  çəkmələrlə  yarasını 

basaraq,  səsini  ərşəyə  qaldırırdılar.  Burada  səs-səsə  qarış-

mışdı. Acınacaqlı hal o idi ki, Mariz yarımcan hala salınmış 

qardaşına  heç  cürə  kömək  edə  bilmirdi.  Qardaşlar  ümid 

edirdilər ki, Eduard onları görən kimi köhnə və yaxın qonşu 

kimi mümkün olan köməyini əsirgəməyəcək.

 

Öldürülənlərin  cəsədləri  bilərkdən  ortada  qalmışdı  ki, 



qalanları tam şəkildə qorxuya düşüb vahimə altında qalsın-

lar.  Köçəryanın  tapşırığı  ilə  əsir  düşənlərin  kimliyi 

öyrənilməli və müqavimət zamanı fəallıq göstərənlər hamı-

nın  gözü  qarşısında  edam  edilməli  idi.  Buna  qədər  isə 

öldürülən qadın və uşaqların cəsədlərini kəndin yaxınlığın-

dakı  “Bəylər  bağı”  adlanan  yerdə  “silos”  quyusuna  töküb 

üzərini torpaqladılar.  Həmin vaxt ermənilər kənd sakinləri-



                                                     

 

  



                                                                            

                                                    

58 

ni  güllələyir,  hələ  ölməmiş  adamları  isə  quyuya  doldurur-



dular. Bütün bu cinayət İrəvandan gəlmiş müxbirlər tərəfin-

dən video kassetə yazılır, yaraqlılar isə öldürülən cəsədlərin 

yanında  şəkil  çəkdirirdilər.  Köçəryan  üstü  torpaqla  örtül-

müş  “silos”  quyusunun  üzərində  gəzişə-gəzişə  bütün  bu 

qeyri-insani səhnədən həzz aldığını media nümayəndələrinə 

bəyan etməkdən çəkinmirdi. 

 

Qaradağlının işğalı günü kənddə 118 nəfər olmuşdur ki, 



onların  hamısı  əsir  götürülmüşdür.  Onlardan  104  nəfəri 

Qaradağlı  kənd  sakini  idi.  Ümumilikdə,  onların  54  nəfəri 

öldürüldü,  onlarıdan  10-u  qadın,  8-i  isə  məktəbli  idi.  14 

nəfər  Milli  Ordunun  əsgərindən  12  nəfəri  xüsusi  amansız-

lıqla hamının gözü qarşısında edam edildi.

 

Erməni quldur qüvvələrinin manevr etməsi, dislokasiyası 



və  ən  nəhayət,  erməni  silahlı  birləşmələrinin  sonrakı 

fəaliyyətlərini  genişləndirməsinə  böyük  maneə  olan  və  ən 

əsası  döyüşlərdə  kifayət  qədər  təcrübə  toplamış  Qaradağlı 

kəndinin götürülməsi ermənilər üçün həyati məsələ idi.  

Azərbaycanlıların  əks  hücumundan  çəkinən  ermənilər 

salamat  qalmış  əsirləri  Xankəndinə  aparmağa  qərar 

verdilər. 

Yolda  əsirlər  dəhşətli  işgəncələrlə  qarşılaşdılar. 

İstirahət edən zaman ermənilər həzz almaqdan ötrü iki kənd 

sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. 

Quldurlar bu edamı həyata keçirən  zaman  saatlarına baxıb 



                                                     

 

  



                                                                            

                                                    

59 

ölçüldülər  ki,  həmin  adamlar  belə  bir  vəziyyətdə  neçə 



dəqiqə yaşayacaq. Hazırda əsirlərin sayı 70-dən yuxarı olsa 

da, onlardan bir neçəsi yaralı idi və aldıqları yaradan əzab-

əziyyət  çəksinlər,  səsləri  ərşəyə  çəkilsin  deyə,  onları 

öldürmürdülər. Mariz təzyiq altında olmasına baxmayaraq, 

qardaşına  mümkün  dərəcədə  kömək  edirdi  ki,  səhhəti 

tamamilə korlanmasın.

 

Onları əvvəlcə Lingin kəndinə gətirdilər. Quldurlar yerli 



sakinlərin  qarşısında  vəhşiliklərini  nümayiş  etdirmək  və 

əhval-ruhiyyələrini  qaldırmaq  üçün  orada  üç  nəfəri, 

Malıbəyli  kəndindən  isə  12  nəfəri  güllələdilər.  Ölüm  hök-

münə  məhkum  olunanların  seçilməsində  Eduard  da  iştirak 

edir və o, bilərəkdən yaxın qonşularını həmin siyahıya daxil 

etmirdi. Çünki o,  yaxşı bilirdi ki, bacısı Bakıda  ərdədir və 

Əvəz vaxtaşırı ona dəyib öz köməkliyini göstərirdi.

 

Həqiqətən  də  dinc  sakinlərin  əksəriyyəti  belə  bir 



edamlardan həzz alırdılar. Malıbəylidə hamını maşınlardan 

töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu fiziki 

cəhətdən  zəifləyən  əsirlər  ermənilərin  təhqirləri  ilə 

qarşılaşırdılar.  Taqətsiz  qalan  İlqar  son  gücünü  toplayıb 

həmkəndliləri ilə birlikdə uzun  məsafəni piyada qət edirdi. 

O,  qardaşına  sarılmışdı  və  ona  artıq  yük  olmamaq  üçün 

ayaq  saxlamaq  istədi,  lakin  son  məqamda  Mariz  onu  bu 

fikirindən döndərməyə müvəffəq oldu. 

 



                                                     

 

  



                                                                            

                                                    

60 

- Qardaş, bir qədər də döz, bir-iki saata Xankəndinə çata-



cayıq. - özünü şux göstərməyə çalışan Mariz dilləndi.

 

-  Mariz,  mənə  görə  sən  də  əldən  düşürsən.  –  deyə 



yarasının  ağrısını  birtəhər  daxilində  boğan  İlqar  həqarətlə 

dilləndi. – Mən getməkdən imtina edəcəm. Onsuz da bizim 

hamımızı o biriləri kimi edam edəcəklər. 

 

-  Elə  demə,  Allahın  işini  bilmək  olmaz.  Bəlkə  bizi  əsir 



düşən ermənilərlə dəyişdilər. Necə olsa, onların da adamları 

bizimkilərə əsir düşübdür.  

 

-  İnanmaram  ki,  bizi  hansısa  ermənilərlə  dəyişsinlər.  – 



İlqar  ümidsiz  halda  dilləndi.  -  Onlar  bizi  öldürməmiş,  əl 

çəkməyəcəklər.  Özünə  əziyyət  vermə,  mən  burada  qalaca-

ğam. Qoy məni öldürsünlər.

 

- Ağlını başına yığ. Onlar səni öldürməyəcəklər, cismani 



əzab  verib  həzz  alacaqlar.  Sən  ayaq  saxlasan,  onlar  səni 

maşının arxasına bağlayıb Xankəndinə kimi sürüyəcəklər. 

Əsirləri  Xankəndinə  gətirən  kimi  həbsxanaya  yerləşdir-

dilər.  Orada  onların  əsl  qara  günləri  başlandı.  Əsirlərə  nə 

yemək,  nə  də  ki,  su  verilmir,  onları  vəhşicəsinə  döyür  və 

namuslarına  təcavüz  edirdilər.  Natəmizlikdən  kameraları 

üfunət bürümüşdü. Yerli əhali, xüsusən də məktəbli uşaqlar 

üçün  həbsxanaya  ekskursiya  təşkil  olunurdu  və  onlara 

bildirilirdi ki, həmin əsirlər erməni millətinin əzəli düşməni 

türklərdir.  Söyüş-söyən  kim,  ən  axırıncı  sözlərlə  mənliyə 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə