  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə16/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   12   13   14   15   16   17   18   19   ...   113

                                                     

 

  



                                                                            

                                                    

61 

toxunan  kim,  üzlərinə  tüpürən,  hətta  əl  qaldıranlar  da 



tapılırdı. Həbsxana işçiləri əsirləri tamaşaya gələn uşaqların 

qarşısında  amansızcasına  döyərək,  öz  simalarını  nümayiş 

etdirirdilər.  Həyasızcasına  bildirirdilər  ki,  humanist  olduq-

ları üçün düşmənlərini öldürmürlər.  

Lakin  əsl  ekzekusiya  fevralın  26-da  və  ondan  sonra 

təşkil  edildi.  Ermənilər  həmin  gün  Xocalını  işğal  etmiş  və 

əsirlərin bir hissəsini – təxminən  yüzdən artıq  adamı Xan-

kəndindəki  həbsxanaya  gətirdilər.  Səhəri  gün  bütün  əsirlə-

rin, o cümlədən yerli əhalinin qarşısında 60-a yaxın Xocalı 

sakininin  başını  kəsdilər.  Edam  olunanların  arasında  uşaq 

və qadınlar da var idi. Ən dəhşətlisi isə o idi ki, ekzekusiya 

ermənilərin dünya ictimaiyyətinə yazıçı kimi təqdim etdik-

ləri  qaniçən  Zori  Balayan,  Ermənistan  respublikasının 

gələcək  prezidentləri  Robert  Köçəryan,  Serj  Sarkisyan  və 

digər  siyasi,  ictimai  və  elm  xadimlərinin  iştirakı  ilə  baş 

vermiş  və  insanlığa  sığmayan  həmin  tükürpədici  qətliam 

videokassetlərə çəkildi. 

 

Həbsxana  divarlarında  əsl  dəhşətlər  baş  verirdi.  Mütə-



madi  döyülən  əsirlərə  nə  su,  nə  də  ki,  bir  tikə  də  olsun 

çörək  verilmirdi.  Yalnız  damlarda  saxlanılan  heyvanlara 

arpa və ya buğda gətiriləndə, onların hərəsinə həmin bitki-

lərdən bir ovuc verilirdi. Kameralarda 8 Qaradağlı sakinini 

acından  öldü.  Ermənilər  o  dərəsədə  insan  qiyafə-sindən 



                                                     

 

  



                                                                            

                                                    

62 

çıxmışdılar ki, hətta ölənləri kameralardan götürüb aparmır-



dılar.

 

Ac,  susuz  qalan  İlqarın  bütün  bədənini  ağrılar  bürü-



düyündən keyidiyindən o, ara bir zarıldayaraq həbsxananın 

işçilərini qıcıqlandırırdı. Əsirlərə tapşırılmışdı ki, döyülən-

dən sonra hamı kameralarda sakit oturmalıdır. Əks təqdirdə 

zarıyan  şəxs  təkrarən  döyüləcəkdi.  Başqalarına  nisbətən 

İlqar  yaralı  olmasına  baxmayaraq  onu  demək  olar  ki,  hər 

gün döyürdülər. Vəzifəsindən asılı olmayaraq hansı erməni 

hayıf çıxmaq istəyirdisə, gəlib seçdiyi hər bir əsirə cismani 

əzab verirdi. Belə bir seçim vaxtı İlqar yaralı olduğu üçün 

üç  erməninin  nəzərindən  yan  qaça  bilmədi.  Onu  və  bir 

cavan  yaşlı  əsgəri  sürüyə-sürüyə  həbsxanadan  kənarda 

yerləşən balaca bir evə apardılar. Hər iki əsirə bildirdilər ki, 

bu onların sonuncu günüdür.  

İlqar yolda olarkən öz-özünə düşünməyə başladı: İşə bir 

bax  da,  indiyənə  qədər  mən,  bu  murdar  millətə  heç  bir 

pislik  etməmişəm,  müqavimət  zamanı  isə  onlara  tərəf  bir 

güllə  də  olsun  atmamışam,  amma  onlar  məni  zəlil  günə 

salıblar.  Hazırda  həbsxanadan  çıxarıblarsa,  çox  güman  ki, 

məni  öldürməyə  aparırlar.  Yeganə  adam  Eduard  idi  ki, 

mənə  kömək  edəcəkdi,  lakin  o,  Malibəyidən  sonra  yoxa 

çıxıbdır.  Deməli,  sağ  qalmaq  üçün  mənim  heç  bir  şansım 

yoxdur. 

 



                                                     

 

  



                                                                            

                                                    

63 

Onlar  qapıya  çatanda  içəridən  bağırtı  səsi  gəlirdi,  sanki 



kiməsə  ağır  işgəncə  verirdilər.  Həmin  səs  gəldikcə  kimsə 

erməni  dilində  qışqırırdı  ki,  səsini  kəssin,  əks  təqdirdə 

öldürüləcək.  Heç  bir  dəqiqə  keçməmiş  qapı  açıldı  və  sir-

sifəti  al  qana  boyanmış  iki  yaşlı  əsir  ağzı-burnundan  qan 

axa-axa çölə çıxdılar. Əsirin sifəti tanınmaz hala salınsa da, 

İlqar həmin an öz həmkəndlisini tanıya bildi. Bu, Qaradağlı 

kənd  sakini  Oruc  Əliyev  idi.  Ermənilər  onun  ağzında  olan 

qızıl  dişləri  mismar  kəlbətinlə  çıxarıb  yarımcan  hala 

salmışdılar.  

 

Vahiməyə düşən İqargil anladılar ki, belə bir ağlasığmaz 



işgəncələr  onları  da  gözləyir.  Əsgəri  otağa  salmamış  elə 

qapının ağzında vəhşicəsinə döyməyə başladılar. Ermənilər 

mümkün  olan  dərəcədə  onun  ən  zəif  yerlərinə  sarsıdıcı 

zərbələr  endirərək,  huşsuz  hala  saldılar.  Halsız  olan  İlqarı 

isə  otağa  salan  kimi  onu  erməni  dilində  sorğu-suala  tut-

mağa  başladılar.  Masa  arxasında  əyləşmiş  ortaboylu,  orta-

yaşlı,  eybəcər  sifətli,  qarayanız,  kobud  bədən  quruluşuna 

malik  olan  yaraqlı  əlində  xəncəl  oynada-oynada  ikrah 

hissilə dedi:

 

-  Siz,  türklərin  hamısını  tikə-tikə  doğrayıb  itlərə  yem 



edəcəyik. De görüm, bizimkilərdən neçəsini öldürmüsən? 

 

- Mən indiyənə kimi nəinki adam, heç toyuq da öldürmə-



mişəm. – deyə İlqar təşəxxüslə dilləndi.

 



                                                     

 

  



                                                                            

                                                    

64 

- Kəs səsini, küçük.  – həmin erməni bərkdən qışqırdı.  – 



Sən bizimkiləri atəşə tutanda yaralanmısan. İndi isə günahı-

nı boynuna almaq istəmirsən. Yaxın qohumlardan yanında 

kimlər var? 

 

- Kənd tutulan zaman deyəsən, onların hamısı öldürülüb-



dür. – İlqar qardaşının burada olmasını gizlətməyə çalışdı. 

 

Həmin  erməni  sol  tərəfdə  əyləşən  yaraqlıya  tapşırdı  ki, 



İlqarın burada hansısa  qohumlarının olduğunu öyrənsin. O 

birilərinə nisbətən cavan olan yaraqlı sorğuya tutduğu əsirin 

adını və soyadını öyrənən kimi bildirdi ki, ən yaxın qohum-

lardan  İlqarın  qardaşı  buradadır.  Komandir  kimi  özünü 

aparan erməni tapşırıq verdi ki, Marizi gətirsinlər. 

 

Elə  bu  vaxt  yarımcan  halda  olan  əsgəri  içəri  salıb  yerə 



tulladılar. Aclıqdan xeyli arıqlayan hərbi qulluqçunun sifəti 

tanınmaz  hala  salınmışdı.  Göstəriş  verən  erməni  ayağa 

qalxıb  yıxılan  əsgərin  başı  üzərində  dayandı  və  həmin  an 

üzünü İlqara tutub qəzəblə dedi:

 

-  Bax,  bu  türkü  də  dindirəndə  deyir  ki,  bizimkilərə  atəş 



açmayıbdır.  Atəş  açmayıbsa,  bəs  əynindəki  murdar  forma 

haradandır?  Deməli,  o,  bizim  hamımıza  kələk  gəlmək 

istəyir.  –  sonra  o,  ayağı  ilə  əsgərin  sifətini  döşəməyə  sıxa-

raq,  əlindəki  xəncəli  hərlədə-hərlədə  qurbanının  üstünə 

qışqırdı.  –  De  görüm,  neçə  soydaşımızı  qətlə  yetirmisən? 

Yalan danışsan, səni əzabla öldürəcəm.

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə