  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə13/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

                                                     

 

  



                                                                            

                                                    

49 

- İndiki zamanda türklərdən çox, ruslar bizim  hamımıza 



təhlükə yaradır. – deyə İlqar Eduardın fikri ilə razılaşmadı. 

–  Ona  görə  ki,  hal-hazırda  bizim  torpaqda  at  oynadan 

ruslardır.  Onlar  da  passivlik  göstərməklə  ekstremistlərin 

baş qaldırmasına, terrorçuların təxribat törətmələrinə şərait 

yaradıblar. 

 

-  İncimə  qonşu,  sən  Qafqaz  tarixindən  çox  zəifsən.  – 



deyə  Eduard  öz  dediyindən  əl  çəkmədi.  –  Türklər  həmişə 

imperiya dövləti olubdur və indi də imperiya ambisiyaların-

dan əl çəkməyiblər. Çar Rusiyası süqut edən kimi Osmanlı-

lar  1918-ci  ildə  Cənubi  Qafqaza  hücum  etmiş,  burada 

yaşayan  yerli  əhalini  qılıncdan  keçirmiş,  Bakını  isə  bütün 

rayonlarla birlikdə işğal etmişdilər. 

 

Deyilən  sözlərin  qarşısında  aciz  qalan  bisavad  olan  hər 



iki  azərbaycanlı  qardaş  bir-birilərinə  key  nəzər  salmaqdan 

başqa çarələri qalmadı. Ona görə ki, Sovet rejimi dönəmin-

də Türkiyəyə qarşı ifrat düşmənçilik yaratmaq üçün, yalanı 

doğruya  çevirərək,  belə  bir  iyrənc  təbliğatdan  istifadə 

edilmişdi. 

 

Onlar  bir  qədər  də  söhbət  edib  ondan  sonra  ayrıldılar. 



Kənddə  çox  qalmağı  özləri  üçün  təhlükəli  hal  hesab  edən 

erməni  qardaşlar  qaranlıq  mühitdə  ağacların  arasında  yoxa 

çıxdılar. Onlar qorxurdular ki, yerli milis əməkdaşları onla-



                                                     

 

  



                                                                            

                                                    

50 

rı saxlayıb əbəs yerə sorğu-sual edər və heç nədən başlarını 



ağradarlar. 

 

    



 

 

        V fəsil. Qaradağlının işğalı və  



           qaradağlıların qara günləri 

 

Get-gedə  Qaradağlının  vəziyyəti  ağırlaşırdı.  Erməni 



quldurları  mütəmadi  olaraq  kəndi  atəşə  tutur  və  bəzi 

hallarda  hücum  da  edirdilər.  Ümidini  itirməyən  sakinlər 

hələ  də  öz  ocaqlarını  tərk  etmək  fikirində  deyildilər. 

Blokada  şəraitində  olan  sakinlər  belə  qərar  vermişdilər  ki, 

düşmən  güclü  hücum  etsə  belə,  onlar  nəinki  kəndi  qoyub 

qaçacaq, hətta işğalçılara layiqinçə müqavimət göstərəcək-

lər.  

Heç  bir  təhlükəyə  əhəmiyyət  verməyən  Qasım  baba 



həmişə  olduğu  kimi  qoyun  sürüsünü  qarşısına  qatıb,  kənd-

dən  kənara  düzənliyə  çıxdı.  Yanvarın  8-i  olsa  da  hələ  də 

yerdə  ot  vardı.  Ömürboyu  ermənilərə  göstərdiyi  yaxşılıq-

lara görə özünü arxayın hiss edən Böyük Vətən müharibəsi 

veteranı inana bilməzdi ki, məhz həmin millət tərəfdən ona 

təhlükə  gələcək.  Günün  günorta  çağı  çaqqal  kimi  pusquda 

olan ermənilər ahıl kişinin kənddən aralandığını görüb, onu 



                                                     

 

  



                                                                            

                                                    

51 

vəhşicəsinə qətlə yetirir və yüzdən çox olan qoyun sürüsü-



nü qabaqlarına qatıb öz kəndlərinə apardılar. Hadisə yerin-

dən  bir  qədər  aralı  olan  Milli  Ordunun  Məzahir  Gülverdi-

yev  adlı  23  yaşlı  əsgəri  quldurlara  qarşı  döyüşə  başlayır. 

Lakin qüvvələr qeyri-bərabər olduğundan o, şəhid olur. 

Öldürülən qocanın yas mərasimi də çətin şəraitdə keçdi. 

Onun  cənazəsi  qəbristanlıqda  torpağa  tapşırılan  zaman 

quldurlar  mərasim  iştirakçılarını  avtomat  və  pulemyot 

atəşinə tuturlar, lakin xoşbəxtlikdən heç kim xəsarət almır. 

Kənd  blokadada  olduğundan  Əziz  atasının  dəfninə  gələ 

bilmir.  

Təxminən  elə  həmin  ərəfədə  Şuşa  ətrafında  vəziyyət 

gərginləşdiyindən  Füzulini  dəstəsi  ilə  birlikdə  həmin 

əraziyə göndərirlər.  

Vəziyyət  getdikcə  kəskin  xaraker  alır.  1992-ci  ilin 

əvvəlindən Xocavənd rayonunun Tuğ, Salakətin, Xocavənd 

və  Axul  kəndləri  erməni  quldur  dəstələri  tərəfindən  işğal 

ediləndən  sonra  Qaradağlı  demək  olar  ki,  tam  şəkildə 

blokadaya  alındı. 

Qaradağlı  bir  neçə  yerdən  mühasirəyə 

alınsa da, buranın camaatı elə bilirdi ki, yaxınlıqda olan rus 

hərbçiləri onları erməni quldurlarının hücumundan müdafiə 

edəcək.  Məhz  bu  səbəbdən  onların  çoxu  evlərdə  olan 

əmlakı daha təhlükəsiz yerlərə çıxarmağa cəhd etmədilər. 

 



                                                     

 

  



                                                                            

                                                    

52 

Noyabrın 20-də Qarakənd kəndində vurulan helikopterin 



istintaqı gedən zaman 

yanvarın 28-i 1992-ci ildə Ağdamdan 

Şuşaya  uçan  sərnişin  helikopteri  Xankəndi  ərazisində 

ermənilər  tərəfindən  vuruldu.  Helikopteri  yerə  endirmək 

mümkün  olmadığından,  bütün  sərnişinlər  və  heyət  həlak 

oldu. Erməni terroru nəticəsində 47 nəfər (qadınlar, uşaqlar, 

qocalar),  o  cümlədən,  bütöv  bir  ailə  qətlə  yetirilmişdir. 

Bundan  sonra  Qarabağdakı  azərbaycanlılar  başa  düşürlər 

ki,  hökümət  hər  hansı  bir  terror  aktından  və  ya  quldur 

hücumudan onları müdafiə etmək iqtidarında deyil. Hər bir 

sərnişin  nəqliyyatından,  xüsusən  də  helikopterdən  istifadə 

etmək həyatları üçün həddindən artıq təhlükəli hal sayılırdı. 

Məhz  bundan  sonra  azərbaycanlılar  yerli  ermənilərdən, 

hətta tanıdıqları ermənilərdən ehtiyat etməyə başladılar. 

 

Ermənilər Qaradağlı ətrafında olan halqanı daha da sıxır 



və  həmin  yerlərdə  həm  hərbi  texnika,  həm  də  canlı  qüvvə 

yerləşdirirdilər.  Kəndin  müdafiəçiləri  hiss  edirdilər  ki, 

yaxın  günlərdə  şiddətli  döyüş  başlayacaq,  odur  ki, 

ixtiyarlarında olan hər bir güllə göz bəbəyi kimi qorunurdu. 

Qardağlıya  yaxın  olan  Malıbəyli  kəndi  fevralın  12-də 

yandırıldı. Lakin adekvat addımlar atılmadı. Hamıya aydın 

idi  ki,  növbəti  hədəf  Qaradağlıdır.  Fevralın  14-də  kəndin 

bütün yolları, o cümlədən hava yolu da demək olar ki, tam 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə