“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


"MÜSLÜMİN Şİ`ƏLƏRƏ ATDIĞI GÜLMƏLİ İFTİRASI "



Yüklə 1,57 Mb.
səhifə19/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

"MÜSLÜMİN Şİ`ƏLƏRƏ ATDIĞI GÜLMƏLİ İFTİRASI "


Təəssüb və şəxsi qərəzin acı nəticələrindən biri də Müslümün, öz səhih adlı kitabının muqəddiməsində şi`ələrə atdığı iftiradır. Elə ki, qondarma və yalnış hədislər barədə bəhs edir, izahlı surətdə belə deyir:

-“Qondarma hədislərdən biri də şi`ələrin Əli (ə) barədə nəql etdikləri hədislərdir. Beləki, bu hədisdə deyilir ki; Əli (ə) buludların arasındadır.



إن الرافضة تقول إن علياً في السحاب

Müəllif: Şi`ə hədisləri Rəsuli Əkrəm (s)-in zamanından yazılmış və şi`ələrin kəlam kitablarında geniş şəkildə qeyd olunmuşdur. O cümlədən kitabxanalar şi`ə kitabları ilə doludur. Bu hədis kitablarının hər hansı birində belə bir hədis tapmaq olarmı?! Görəsən şi`ənin, butun muhəddislərinin və tarixçilərinin əqidəsi bu deyilki Əli (ə) Kufədə, məscid və mehrab arasında İbn Mülcəm Muradinin əli ilə şəhadətə nail olmuş və indiki Nəcəfi-Əşrəfdə dəfn olmuşdur?!

Səhihi Buxarinin və Səhihi Müslümün hədisləri içində, zikr olunan bu hədis kimi əsası olmayan bir çox hədislər vardır. Onlara səhih donu geyindirərək müsəlmanlar arasında yaymışlar. Bu günlərdə də sünnilər həmin mətləbləri oxuyaraq onların səhih olmasını güman edir və onlara e`timad bəsləyərək öz hücumlarında bu hədislərdən dəlil kimi istifadə edirlər.

Bu məsələnin kökü haradadır?!

Tarixin verdiyi şəhadətə əsasən, Peyğəmbər (s) Qədiri-Xum günü öz mübarək əmmaməsini (Səhab)-ı iftixar taci kimi Əli (ə)-ın başına qoydu. Elə ki, bə`zi vaxtlar Əli (ə) o əmmamə ilə Peyğəmbər (s)-in yanına gedərkən, Peyğəmbər (s) fərəhlənərək buyururdu:

أقبل علي في السحاب

Şi`ə və Əli (ə)-ın tərəfdarları da, Peyğəmbər (s)-in sözünü, böyük iftixarla Əli (ə)-ın haqqında deyir və başqa səhabələrdən onun üstünlüyünə görə bu cümləni təkrar edirdilər:



جاء علي في السحاب 1

Lakin Müslüm, hədisin əslini yazmamış, və uydurulma və qondarma olan bir hədisi onun yerinə qoyaraq şi`ələrə aid etmişdir.



“ BUXARİ VƏ İMAM SADİQ (Ə) “


Səhiheyn kitablarının ravilər bəhsində bu məsələ aydın olmuşdur ki, bu kitablarda xəvariclərdən2,nasibilərdən, Peyğəmbər (s) ailəsi ilə düşmənlik edən şəxslərdən çoxlu hədislər nəql olunmuşdur. Xüsusilə, Buxari xəvaricilərin başçisı və onların fəqihlərindən olan İmran ibn Həttandan hədis nəql etmişdir. Buna baxmayaraq Buxarinin i`man və təqvası İmam Sadiq (ə)-dan hətta bircə dənə belə olsun hədis nəql etməyə icazə verməmişdir.

Bu məsələ o vaxt aydın olacaq ki, Buxarinin gözlərindən təəssübkeşlik pərdəsi götürülsün; Zaman və məkan baxımından İmam Sadiq (ə)-ın şəxsiyyətinə və Buxariyə bir nəzər salaq.

1. Buxari, zaman cəhətindən İmam Sadiq (ə)-la çox yaxın olmuşdur. Təqribən 100 il o Həzrət (ə)-dan sonra dünyasını dəyişmişdir.1

2. Buxari altı il Hicazda İmam Sadiq (ə)-ın elm nəşrinin mərkəzində olmuşdur. Hədis öyrənmək üçün şi`ə məzhəbinin mərkəzi olan Bağdad və Kufə şəhərlərində yaşamışdır. Bağdad və Kufəyə çox gedib-gəlmişdir. Beləki, onun səfərlərinin sayını özü də yaddan çıxarmışdır.2

O gün İmam Sadiq (ə)-ın Hicazdakı və İraqdakı tələbələrinin sayı həddindən artıq çox idi. Fəzlin vəsiyyəti; O həzrətin elmi o qədər idi ki, bütün əhli sünnə camaatının qulaqlarına çatmışdı. Hətta İslam ölkələrinin ən ucqar nöqtələrinə belə gedib çıxmışdı. Onun elmindən xəbəri olan hər bir şəxs, o həzrət (ə)-in qarşısında fiqh və hədis elmlərini bildiklərini iddia edə bilmirdi.

3. Buxari İmam Sadiq (ə)-dan çoxlu hədis nəql edənlərin bir çoxundan hədislər nəql etmiş, lakin onların İmam Sadiq (ə)-dan nəql etdikləri hədisləri isə tərk edərək nəql etməmişdir. Bu şəxslər – Əbdul Vəhab Səqəfi, Xatəm ibn İsmail, Malik ibn Ənəs və Vəhəb ibn Xalid və s.. kimilər - Buxarinin hədis nəql etdiyi adamlardan sayılırlar. 1


“İBN TEYMİYYƏNİN ÜZÜRLÜ SƏBƏBİ”


İbn Teymiyyə, Buxarinin İmam Sadiq (ə)-dan hədis nəql etmədiyinə görə Buxari tərəfindən üzür istəyərək deyir: - Buxari Yəhya ibn Səiddən Cəfər ibn Muhəmməd barəsində bir söz eşitmişdi . Buna görə də ondan hədis nəql etməmişdir.2

İbn Teymiyyə bu məsələni üstü örtülü bəyan etmiş və Yəhya ibn Səidin sözlərinə işarə etməklə kifayətlənmişdir.

Biz isə deyirik:- Əgər İmam Sadiq (ə) fəzilət, təqva, elm və bilik baxımından məchul olsaydı, yaxud Buxari, raviləri tanımaqda mə`lumatsız bir şəxs idisə, İbn Teymiyyə`nin üzrünü qə`bul edərdik və Buxarini bu işinə görə üzürlü sayardıq. Həmçinin onun haqqında təəssübkeş bir şəxs kimi güman etməzdik. Lakin, həqiqət və real vəziyyət bu ehtimalların hamısını təkzib edir və onun təəssübkeşliyini sübuta yetirir.

Çünki, bundan qabaq işarə etdiyimiz kimi, İmam Sadiq (ə)-ın elmi şəxsiyyəti, elmi elə bir mərhələdə deyildir ki bir nəfərin sözü ilə onu əldə əsas tutsunlar və bir nəfərin sözü ilə öz mənəvi və elmi qiymətini itirsin.

Başqa cəhətdən Buxari tam məharətə, rical və şəxsiyyətləri tanımaqda ixtisas sahibi idi. O, öz “Ət-tarix” adlı kitabını ricalın seçılməsi və tanınması üçün yazmışdır. Hətta ondan nəql olunmuşdur ki, belə deyir:

”Mənim yanımda dastanı və mətləbi olmayan hədis nəql edənlər azdır. Lakin, “Ət-tarix” adlı rical kitabımın bundan artıq olmaması üçün çox açıqlama verməkdən çəkinmişəm.3

Belə şəraitin olması ilə onun İmam Sadiq (ə)-dan hədis nəql etməməsini inad və düşmənçilikdən başqa bir şey hesab etmək olarmı?! Onun Peyğəmbər (s) ailəsindən üz çevirməsini bu ailə ilə düşmən olmasından başqa bir yerə yozmaq olarmı?!

“BUXARİ VƏ MÜSLÜMÜN PEYĞƏMBƏR AİLƏSİ İLƏ AŞKAR DÜŞMƏNÇİLİYİ “

Əziz oxucu, yazımızın bu hissəsində başqa bir nöqtəni də bu bəhsə əlavə etməyi lazım bildik. Bu vasitə ilə istəyirik ki, Buxari və Müslümün Peyğəmbər ailəsinə olan, ədavət və düşmənliyi, həmçinin İbn Teymiyyə`nin yersiz üzrü aydın olsun:

Bu iki kitaba müraciət edib diqət yetirməklə bunu başa düşürük ki, bu iki kitabın müəllifləri (Buxari və Müslüm) 2400 nəfərdən artıq hədis nəql etmişlər1. Nəql etdikləri hədislərin ravilərinin çoxu ya nasibi, Peyğəmbər ailəsinin düşməni və yaxud da keçmişi məchul şəxslərdir. Bu iki müəllif, ya Peyğəmbər övladlarından hədis nəql etmək istəməmiş və yaxud da əgər hədis nəql etmişlərsə də özlərinin Əhli-beyt (ə)-ın əleyhinə olan iftiralar, yalanlar və uydurmalarını nəql etmişlər. Bu səbəbdən bu kimi iftiraların və uydurma hədislərin oxucuda dərin tə`sir buraxması üçün və özlərinin haqqli olmalarını sübuta yetirməkdən ötrü, bu hədislərin Peyğəmbər (s) –in ailəsindən nəql olunduğunu söyləmişlər. Buna görədə Buxari və Müslümün bu kitablarına baxarkən görürük ki, onlar Peyğəmbər (s)-in gülü olan Həsəni Muctəba (ə)-dan başqa, Həsən adı ilə başlayan iyirmi altı nəfər ravidən, Peyğəmbərimizin zahid övladı olan Musa ibn Cəfər (ə)-dan başqa, Musa adı ilə başlayan iyirmi üç ravidən və həmçinin elmi və fəziləti dostuna və düşməninə mə`lum olan Peyğəmbər övladı Əli ibn Musa Ər-Rza (ə)-dan başqa, Əli adı ilə başlayan otuz doqquz ravidən hədis nəql etmişlər.1 Bəli, Buxari və Müslüm nə İmam Həsən Muctəba (ə)-dan, nə Həzrət Musa ibn Cəfər (ə)-dan, nə Həzrət Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə)-dan, nə də Buxari ilə həm əsr olan İmam Həsən Əsgəri (ə) və İmam Zaman (ə)-dan2 bir dənə də olsun hədis nəql etməmiş, həmçinin əimmə (ə)-ların şəhid, Zeyd ibn Əli ibnil Huseyn və Həsən ibn Həsəni Musənna və onlarca əimmə (ə)-ların övladları kimi hədis raviləri və kitab sahibləri olan3 şəxsiyyətli insanlardan hətta nümunə üçün də olsa hədis nəql etməmişlər. Buxari və Müslümün zəhmət çəkib əimmə (ə)-dan nəql etikləri və gördükləri ən böyük iş ancaq bu olmuşdur ki, İmam Seyyidus-Sacidin və Zeynul Abidin (ə) –a yalan və uydurma hədisləri nisbət vermişlər. Onun mübarək dilindən nəql etmişlər ki, Əmirəl mö`minin (ə) və Fatimeyi Zəhra (s) namaza durmurdular. Rəsuli Əkrəm (s) onları oyadardı. Əli (ə) Rəsule Əkrəm (s)-a bir cümlə demişdi. Rəsuli Əkrəm (s) Əli (ə)-a nisbət irad edərək bu ayə`ni oxumuşdur:

الْإِنسَانُ أَكْثَرَشَيْءٍ جَدَلًا 4 وَكَانَ

Həmçinin başqa bir hədisdə İmam Səccad (ə)-ın dilindən Həzrət Həmzənin şərab içib məst olmasını nəql etmişlər.5 Elə bil, Buxari və Müslümün əqidəsinə görə əhli beyt və Peyğəmbər ailəsinin bu iki hədisdən başqa səhih hədisləri nəql olunmayıbmış! Peyğəmbər itrətindən bu iki məsələdən savayı heç bir hökm və məsələ qalmayıbmış!! Allah elçısının qardaşı Əli (ə) və onun cigər parəsi olan xanım Fatimə (s) yuxuya qalıb və namaza oyanmaya bilərmi?! Bu ümmətin Harunu, Şubeyr və Şubbərin atası, Peyğəmbər (s)-in elm şəhərinin qapısı olan Əli (ə) barədə -“İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət qəbul etməyib batilə uyar) ayəsi1 doğru ola bilərmi? və ya Seyyiduş-Şuhəda, Əsədullah və Əsədur-Rəsul (Allahın və Peyğəmbərin şiri) adı ilə məruf olan, cənazəsinə yetmış təkbirlə Peyğəmbər (s) namaz qılan bir şəxs, murdar əti şərabla mahnı oxuyan qadının əli ilə içərək məst ola bilərmi?!

Mə`lumdur ki, yuxarıda adı çəkilmiş pak və muqəddəs insanlar haqqında deyilmiş iftiralar şəxsi qərəz və düşmənliçilik xarakteri daşıyır.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə