-fesil-1: Info10-(1). qxd



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

Bu sorğunu başqa cür də vermək olar: 

deyil (rəng = “qırmızı”)

Buradakı “deyil” sözü onu bildirir ki, ondan sonra gələn şərti ödəməyən

yazılar seçilməlidir.

Sonda daha mürəkkəb sorğu aparaq. Tutaq ki, axtarılan avtomobil haqqında

məlumdur ki, o, qara və ya göy rəngli “Mersedes”, yaxud “BMW”dir. Onda

sorğu belə olacaq:

(marka = “Mersedes” və ya marka = “BMW”) 

və 

(rəng = “qara” və ya rəng = “göy”).



Hesabatlar.  Hesabatlar verilənlər bazasının obyekti olub, informasiyanın

çıxışı üçün nəzərdə tutulub. Hesabata formanın analoqu kimi baxmaq olar, ancaq

burada verilənlər ekrana deyil, çapa çıxarılır. Hesabatın işinin nəticəsi printer

üçün hazırlanmış kağız sənəddir.

Hesabatın strukturu da formanın strukturuna oxşayır. Formada olduğu kimi,

hesabatın səhifəsində də ayrıca bir yazının, yaxud bir neçə yazının verilənləri yer-

ləşə bilər. Bundan başqa, hesabatda tərtibat üçün zəruri olan xüsusi elementlərdən

– kolontitullardan, təkrarlanan başlıqlardan və s. istifadə oluna bilər. 

Hesabatlar istər birbaşa cədvəllər, istərsə də sorğular əsasında formalaşdırıla

bilər. Kompüter hesabatlarının rahatlığı ondadır ki, onlar informasiyanı verilmiş

əlamətlərə görə qruplaşdırmağa, sonra isə bu qruplar və ya bütün baza üzrə yekun

hesablamalar aparmağa imkan verir. 

Hesabatları sehrbaz vasitəsilə yaratmaq, konstruktor rejimində isə korrektə

etmək daha əlverişlidir.



1. Sorğu nədir?

2. Sorğuların yazılış qaydası necədir?

3. 1999-cu ildən sonra qeydiyyatdan keçmiş “Mersedes” və “Toyota” markalı avto-

mobilləri  tapan sorğu necə olmalıdır?

4. Hesabat və formanın hansı oxşar və fərqli cəhətləri var?  

52



PRAKTİKUM. 

SORĞULARIN YARADILMASI. 

HESABATLARIN YARADILMASI VƏ REDAKTƏSİ

• Sorğuları necə yaratmalı

• Hesabatların yaradılması alqoritmi necədir

• Yaradılmış hesabatı necə korrektə etməli

Cədvəldə lazım olan verilənləri tez tapmaq üçün süzgəc, xüsusən ge niş lən di -

rilmiş süzgəc gözəl vasitədir. Ancaq təkcə verilənlərə baxmaq deyil, eyni zaman-

da onları hər hansı qaydada emal etmək zərurəti yarandıqda süzgəc yetərli olmur.

Bu halda sorğular köməyə gəlir, belə ki, sorğuların bir sıra üstünlükləri vardır:

• Sorğunu eyni zamanda bir neçə cədvələ tətbiq etmək olar.

• Ekrana yalnız lazım olan sahələri çıxarmaq olar.

• Sorğu nəticəsində alınan yekun cədvəldə sahələrin ardıcıllığını də -

yişmək olar.

• Ekrana yalnız zəruri olan sayda yazı çıxarmaq olar. 

1. 

Map verilənlər bazası faylını qoşa çıqqıldadın. 

Verilənlər bazasının baş

pən cərəsi açılacaq (bax şəkil 2.2).

2.

Obyektlər panelində

Queries obyektini seçin

(şəkil 2.17).



Şəkil 2.17.

Queries pəncərəsi



ÇALIŞMA

1.

Sorğunun yaradılması



2.10.

2.

VERİLƏNLƏR



BAZASI

53



3.

Sorğunun konstruktor rejimində yaradılması

(Create query in Design

view) rejimini başladın.

Sorğu blankı və 

Show Table pəncərəsi açılacaq

(şəkil 2.18).

Şəkil 2.18. Cədvəllərin sorğu blankına artırılması

4.

Qitələr və Ölkələr cədvəllərini seçin və 

Add düyməsini çıqqıldadın.

Hər

iki cədvəl 



Select Query pəncərəsinə əlavə olunacaq. 

5.

Show Table pəncərəsini qapadın.



6.

Qoşa çıqqıldatmaqla Qitələr cədvəlində  QitəninAdı sahəsini və Ölkələr

cəd vəlində  isə  ÖlkəninAdı və DövlətQuruluşu sahələrini seçin.

Bu sahələr

sor ğu blankının aşağı hissəsindəki sütunlarda görünəcək.

7.

QitəninAdı və ÖlkəninAdı sahələri üçün çeşidləmə verin.

8.

DövlətQuruluşu sahəsi üçün seçim şərtini göstərin: 

Like “*respublika*”. 



9.

Query Run menyu komandasını seçin, yaxud alətlər zolağındakı 

Run

düyməsini çıqqıldadın.



Nəticələrə baxın.

10.

View Design View menyu komandasını seçməklə konstruktor rejiminə keçin.

54



11.

Sorğu pəncərəsini qapadın. Onu Respublika adı ilə saxlayın.



12.

Verilənlər bazasının baş pəncərəsində yaradılmış sorğunun adının görün-

məsinə əmin olun.

13.

Cədvələ sorğu şərtini ödəyən yeni verilənlər daxil edin.



14.

Qoşa çıqqıldatmaqla sorğunu yenidən başladın və nəticəyə baxın.



15.

Sorğunu qapadın. 



1. 

Verilənlər bazasının baş pəncərəsinin obyektlər panelində 

Reports obyek-

tini seçin.



2. 

Hesabatın sehrbaz vasitəsilə yaradılması 

(Create report by using wi-

zard) rejimini başladın.



3. 

Birinci addımda 

(şəkil 2.19) 

Qitələr cədvəlindən QitəninAdı sahəsini, Öl -

kə lər cədvəlindən isə ÖlkəninAdı, DövlətQuruluşu və PulV

ahidi sahələrini

se çin. 


Şəkil 2.19.

Report Wizard pəncərəsi – Addım 1



ÇALIŞMA

2.

Hesabatın yaradılması

Əgər “respublika” sözünün hər yerdə düzgün yazıldığına əmin deyil sinizsə, seçim şərtini

qısaltmaq olar, məsələn, 

Like “*res*”, yaxud Like “*pub*”.

2.

VERİLƏNLƏR



BAZASI

55



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə