3
NƏŞR MƏHSULLARININ
YARADILMASI
MICROSOFT PUBLISHER PROQRAMI İLƏ TANIŞLIQ
...........................................................
62
PRAKTİKUM.
İNFORMASİYA BÜLLETENİNƏ MƏTNİN DAXİL EDİLMƏSİ
.................................
67
PRAKTİKUM.
İNFORMASİYA BUKLETİNİN VƏ Vİ ZİT KARTININ YARADILMASI
......................
71
PRAKTİKUM.
MICROSOFT PUBLISHER PROQRAMINDA VEB-SAYTLARIN YARADILMASI
......
76
PRAKTİKUM.
VEB-SAYT ÜZƏRİNDƏ İŞ
.....................................................................................
86
3.5.
3.4.
3.3.
3.2.
3.1.
MICROSOFT PUBLISHER PROQRAMI İLƏ TANIŞLIQ
• Yeni nəşr məhsulunu necə yaratmalı
• İnformasiya bülleteni nədir və bu, necə yaradılır
• Rəng və şrift sxemini necə dəyişdirməli
Siz artıq Microsoft Office paketinə daxil olan bir neçə proqramla –
MS Word, MS Excel, MS PowerPoint, MS Access ilə tanışsınız. Bu
fəsildə belə proqramlardan daha biri – Microsoft Publisher haqqın-
da məlumat veriləcək. Adından da gö rün düyü kimi, Publisher proq -
ramı çap məhsullarının – bülletenlərin, bro şür lərin, elanların, sertifikatların, vizit
kartlarının hazırlanması üçün nəzərdə tutulub (ingilis dilində “publisher” “nəşr
edən, naşir, çap edən” anlamını verir).
Doğ
ru
dur, bu sadalanan məhsulları
mətn prosessorlarında da yaratmaq
olar, ancaq bu sahədə Publisher proq -
ra
mının imkanları daha genişdir. Bu
proqram, hətta, veb-səhifələrin hazır -
lan ması üçün də gözəl vasitədir.
Göstərilən məhsullardan hansının yaradılmasından asılı olmayaraq, Publisher
proq ramında işi “boş vərəqdən” başlamağa ehtiyac yoxdur. Burada hər bir çap
məhsulu üçün çoxsaylı hazır professional maketlər təklif olunur. İşə başlamaq
üçün, sadəcə, xoşunuza gələn maketi açmaq kifayətdir. Maketi açdıqdan sonra siz
mətn və rəsmlər üçün nəzərdə tutulmuş yerləri doldurmalısınız. Həmçinin, rəng
sxemini və şrift sxemini dəyişdirə, maketə yeni elementlər artıra, yaxud müəyyən
elementləri uzaqlaşdıra və maketi tamamilə öz istəyinizə uyğunlaşdıra bilərsiniz.
Proqram başladılan kimi ekranda Microsoft Publisher proqramının baş pəncərəsi
açılır (şəkil 3.1).
Publisher proqramının baş pəncərəsi və onun elementləri Word mətn proses-
sorunu çox xatırladır. Sadəcə, tapşırıqlar paneli, Word proqramında olduğu kimi,
sağda deyil, solda yerləşir.
Proqram ilk dəfə başladıldıqda, özünüz haqqında informasiyaların daxil
edilməsini təklif edən pəncərə açılacaq (bax şəkil 3.9). Əgər şəxsi verilənlərinizi
daxil etsəniz, onlar sonrakı işlərdə avtomatik olaraq istifadə olunacaq. Sonradan
bu verilənlərdə dəyişikliklər (məsələn, ünvan, telefon nömrəsi) olarsa, onları
Edit
Personal Information komandası vasitəsilə dəyişdirmək olar.
Tapşırıqlar panelini göstərmək, yaxud gizlətmək üçün
View menyusunun Task Pane ko -
mandasından istifadə etmək olar. Tapşırıqlar panelində tez-tez istifadə olunan komandalar
yerləşdirilmişdir.
Çap məhsulları
Bülleten
Rəng sxemi
Srift sxemi
S
Ö
Z
L
Ü
K
3.1.
62
3.
NƏŞR MƏHSULLARININ
YARADILMASI
63
Şəkil 3.1. Microsoft Publisher proqramının baş pəncərəsi
Publisher proqramında hazırlanan nəşr məhsullarının bütün elementləri, o
cüm lədən mətn blokları bir-birlərindən asılı deyil. İstənilən elementin yerini, öl -
çülərini, formasını və ümumiyyətlə, xarici görünüşünü dəyiş dir mək olar.
1.
Start düyməsini çıqqıldadın.
2.
Açılan
Start menyusunun yuxarı hissəsindəki All Programs elementini seçin.
3.
Açılan yeni menyudan öncə
Microsoft Office, sonra isə Microsoft Office
Publisher 2003 bəndini seçin.
Ekranda Microsoft Publisher proqramının
baş pəncə rəsi açılacaq (şəkil 3.1).
4.
Ekranın solunda əks olunan
New Publication tapşırıqlar panelində nəşr növ -
ləri siyahısından
Publications for Print növünü, sonra isə News letters
ÇALIŞMA
1.
Yeni informasiya bülleteninin yaradılması
İnformasiya bülleteni – ictimai dəyəri olan hadisə, məsələ, iş haqqında qısa rəsmi məlu mat dır.
Tapşırıqlar paneli
Menyu zolağı
Alətlər zolağı
Başlıq zolağı
64
nö vünü seçin.
Bu zaman pəncərənin sağ hissəsində informasiya bülleten-
lərinin müxtəlif şablonları əks olunacaq (şəkil 3.2).
Şəkil 3.2. Bülleten nümunələri
5.
Lazım olan şablonu seçin.
İnformasiya bülleteninin yaradılması sehrbazı
baş ladılacaq.
6.
Sehrbaz ekrana
Personal Information dialoq boksunu çıxararsa, Cancel
düyməsini çıqqıldadın.
7.
Ekranın sol tərəfində əks olunan
News let ter Opti ons tapşırıqlar panelində Pa -
ge Content bəndini çıqqıldadın və sənədiniz üçün sütunların sayını gös tərin.