-fesil-1: Info10-(1). qxd



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   21

1.

New Publication tapşırıqlar panelində nəşr növləri siyahısından

Publica ti ons for Print növünü, sonra isə Business Cards növünü seçin.

2. 

Pəncərənin sağ hissəsində açılan vizit kartları nümunələrindən birini seçin

və üzərinə çıqqıldadın 

(şəkil 3.5).



Şəkil 3.5. Vizit kartının yaradılması

3.

Business Card Options tapşırıqlar panelinin Orientation bölümündə

Portrait (portret, kitab), yaxud Landscape (mənzərə, albom) variantını seçin.

4.

Əgər vizit kartına loqotip yerləşdirmək istəmirsinizsə, 

Logo bölümündə

None variantını göstərin.



5.

Bir vərəqdə vizit kartının bir neçə nüsxəsini çap etmək istəyirsinizsə,

Copies per sheet bölümündə Multiple variantını seçin. 

Bu halda Pub -

lisher proqramı susqunluqla bir vərəqdə 10 nüsxə çap edəcək.

ÇALIŞMA

7.

Birüzlü vizit kartının yaradılması

74



6.

Rəng və şrift sxemini dəyişdirmək istəyirsinizsə, tapşırıqlar panelindəki

Color Schemes və Font Schemes bəndindən istifadə edin.

7.

Mətn çərçivələrinə daxil olub, onları özünüzə uyğun şəkildə dəyişdirin.

Vizit kartının arxa tərəfinə başqa faydalı məlumatlar, məsələn, iş yerinə

gəlmək üçün sxem əlavə etmək olar. Çox zaman isə arxa tərəfdə, üz tərəfdə

olan məlumatların başqa dilə tərcüməsi verilir. 

İkiüzlü vizit kartı yaratmaq üçün:



1.

Insert menyusunda Page bəndini seçin. 

Insert Page dialoq boksu açıla-

caq (şəkil 3.6).



2.

After current page variantını və digər başqa lazımi parametrləri seçin.

Məsələn, əgər vizit kartının arxa tərəfində şirkətin devizi veriləcəksə,

Create one text box on each page parametrini seçin.



3.

Əgər arxa tərəfdə, üz tərəfdəki mə lumatların başqa dildə tərcüməsi veri -

ləcəksə, 

Duplicate all objects on page variantını seçmək olar. 

Bu zaman

üz tərəfdəki məlumatlar arxa tərəfə köçürüləcək. 



Şəkil 3.6. 

Insert Page dialoq boksu



ÇALIŞMA

8.

İkiüzlü vizit kartının yaradılması

3. 

NƏŞR MƏHSULLARININ 



YARADILMASI

75



4.

Arxa tərəfə başqa lazım bildiyiniz mətni, görüntünü əlavə edin.



5. 

Vizit kartının arxa tərəfi istədiyiniz şəkil aldıqda, onu yaddaşda saxlayın.



1. 

Calendars növündən istifadə edərək həftəlik təqvim düzəldin.

2. 

Business Cards növündən istifadə etməklə, şəxsi vizit kartınızı düzəldin.

3. 

Invitation Cards növündən istifadə etməklə, qarşıdan gələn əlamətdar gün üçün

dəvətnamə hazırlayın.

PRAKTİKUM. 

MICROSOFT PUBLISHER PROQRAMINDA

VEB-SAYTLARIN YARADILMASI 

• Veb-sayt necə yaradılır

• Mövcud saytın fonunu necə dəyişdirməli

• Saytın səslə müşayiətini necə təmin etməli

Başlanğıcda qeyd olunduğu kimi, Microsoft Publisher proqramında sadə veb-

saytlar da yaratmaq olar. Lakin məzmunu daim yenilənən mürəkkəb saytların

yaradılmasında bu proqramdan istifadə olunması məqsədəuyğun deyil. 

Veb-sayt üzərində iş başa çatmayıbsa, onu Publisher faylı kimi saxlamaq

lazımdır. Yalnız veb-sayt hazır olandan sonra HTML formatında saxlanılır.

HTML formatında olan faylları Microsoft Publisher mühitində açmaq və redaktə

etmək olmur. Lakin bu əməliyyatları mətn redaktorunda, eləcə də HTML redak-

torunda (mə sələn, xüsusi olaraq veb-saytların yaradılması və onların idarə olun-

ması üçün nəzərdə tutulmuş Microsoft FrontPage proqramında) yerinə yetirmək

müm kündür. Microsoft Publisher proqramında yaradılmış veb-saytı Microsoft

FrontPage proqramına import etmək olar.   

3.4.

Vizit kartının təqdim olunması. İşgüzar etiket qaydalarına görə vizit kartı həmsöhbətə

görüşün başlanğıcında sağ əllə və kartın üz tərəfi yuxarı olmaqla təqdim olunur. Vizit

kartının işgüzar danışıqların sonunda təqdim olunması qabaqcadan bu danışıqlara və həm-

söhbətə marağın olmamasına dəlalət edir.



Vizit kartının alınması. Vizit kartını alan kimi, onu cibinizə, yaxud portfelinizə qoymaz-

dan öncə diqqətinizi ona cəmləşdirin və orada yazılanları diqqətlə oxuyun. Bununla siz

qarşınızdakına öz hörmətinizi və marağınızı nümayiş etdirmiş olursunuz. Danışıqlar

zamanı həmsöhbətinizin adında, yaxud vəzifəsində səhv etməmək üçün vizit kartını

qarşınıza qoya bilərsiniz.  

76



1. 

Microsoft Publisher proqramını başladın.



2.

Ekranın solunda əks olunan

New Publication tapşırıqlar panelində nəşr növ  -

lə ri  siyahısından 

Web Sites and E-mail növünü, sonra isə Web Sites

növünü seçin. 

Bu zaman pəncərənin sağ hissəsində veb-saytların müxtəlif

şablonları əks olunacaq (şəkil 3.7). 



Şəkil 3.7. Veb-sayt maketinin seçilməsi

ÇALIŞMA

9.

Veb-saytın yaradılması

Microsoft Publisher proqramı ilə işə başlamazdan öncə gələcək saytın məzmununu və

strukturunu müəyyənləşdirmək lazımdır. Bu proqram sadə struktura malik olan saytları

yaratmağa imkan verir. Saytın hər bir səhifəsinin məzmunu haqqında düşünün.

Strukturunu, səhifələrin adlarını, onların ardıcıllığını, daxili və xarici istinadları göstər-

məklə, əvvəlcə saytı kağızda əks etdirin. 

3. 


NƏŞR MƏHSULLARININ 

YARADILMASI

77



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə