“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   12   13   14   15   16   17   18   19   20

59

 

ADY - 



İran,  Rusiya  və Azərbaycan  beynəlxalq  təş-

kilatlar  çərçivəsində  uğurla  əməkdaşlıq  edirlər. 

Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşki-

latlarda bir-birini dəstəkləyir. Azərbaycan Respub-

likası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və İqtisadi 

Əməkdaşlıq  Təşkilatı  (“ECO”)  çərçivəsində  İran, 

ATƏT, MDB, Avropa Şurası və Qara Dəniz İqtisa-

di Əməkdaşlıq Təşkilatı çərçivəsində isə Rusiya ilə 

uğurla  əməkdaşlıq  edir.  Sadaladığım  təşkilatlarda 

üç ölkə daim bir-birini dəstəkləyir.

Azərbaycan həm İran, həm də Rusiyaya tət-

biq olunan beynəlxalq sanksiyaların əleyhinə olmuş 

və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirmişdir. 

Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət bey-

nəlxalq  hüquq  normalarına,  eləcə  də  ədalət  prin-

siplərinə və ölkəmizin milli maraqlarına əsaslanır. 

Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza 

tam cavab verir.

İran  və  Rusiya  Azərbaycanın  ərazi  bütöv-

lüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə ya-

naşır. Hər iki ölkə Ermənistan və Azərbaycan ara-

sında  Dağlıq  Qarabağ  münaqişəsinin  beynəlxalq 

hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan 

etmişdir.

Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın 

ərazi  bütövlüyünü  tanıyır  və  münaqişənin  bey-

nəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin 

tərəfdar  çıxırlar.  BMT,  “Qoşulmama  Hərəkatı”, 

ATƏT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər 

beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlü-

yünü birmənalı şəkildə dəstəkləyirlər. Münaqişə ilə 

bağlı  mövcud  olan  “status-kvo”  qəbuledilməzdir. 

Münaqişə  beynəlxalq  hüquq  normalarına  uyğun 

və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll 

olunmalıdır. Münaqişənin həll olunması üçün isə 

ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edil-

məlidir.

Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlü-

yü pozulub, torpaqlarımızın 20 faizi hələ də işğal 

altındadır. Bu işğaldan bir milyondan artıq Azər-

baycanlı  əziyyət  çəkir.  BMT  Təhlükəsizlik  Şurası 

münaqişə  ilə  bağlı  dörd  qətnamə  qəbul  etmişdir. 

Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal 

edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb 

olunur. Əfsus ki, bu qətnamələr 20 ildən artıqdır 

ki, icra edilmir.

Son  vaxtlar  yaşadığımız  regionda  risklər 

və təhdidlər artır. Biz beynəlxalq terrorizmə qarşı 

səylərimizi  daha  da  birləşdirməliyik.  Əslində,  bü-

tün dünya səylərini birləşdirməlidir. Biz yalnız bu 

halda beynəlxalq terrorizmə qalib gələ bilərik. Azər-

baycanın  terrorizmə  qarşı  mübarizədə  prinsipial 

mövqeyi  dəyişməzdir.  Azərbaycan  2012-2013-cü 

illərdə  (BMT  Təhlükəsizlik  Şurasının  üzvü  kimi) 

beynəlxalq  sülh  və  təhlükəsizliklə  bağlı  mühüm 

məsələləri  müzakirəyə  çıxarmış,  beynəlxalq  terro-


60

 

ADY - 



rizmə qarşı mübarizə sahəsində əməkdaşlığın güc-

ləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.

2012-ci ilin may ayında Təhlükəsizlik Şura-

sında Azərbaycanın sədrliyi ilə “Terror aktlarının 

beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdid-

lər” mövzusunda keçirilmiş yüksək səviyyəli iclası 

xüsusi qeyd etmək istərdim. İclasın yekununda bə-

yanat qəbul olunmuş, terrorun bütün formaları və 

təzahürləri bir daha pislənmişdir.

Hörmətli  həmkarlar,  bizi  birləşdirən  Xəzər 

dənizi  bizim  ümumi  sərvətimizdir.  Xəzər  dənizi 

sülh və əməkdaşlıq dənizidir və belə də qalmalıdır. 

Xəzər  dənizinin  ekoloji  sisteminin  qorunması  bü-

tün Xəzəryanı ölkələrin ümumi işidir. Azərbaycan 

bu istiqamətdə öz töhfəsini verir. Xəzər dənizində 

zəngin neft-qaz yataqları yerləşir. Xəzərin Azərbay-

can  sektorunda  İran  və  Rusiya  şirkətləri  neft-qaz 

yataqlarının  işlənməsində  20  ildir  ki,  iştirak  edir, 

irihəcmli sərmayə yatırırlar. Öz növbəsində, Azər-

baycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 

də  Xəzərin  İran  və  Rusiya  sektorlarında  aparılan 

işlərdə iştirak etməkdə maraqlıdır.

Üçtərəfli  format  iqtisadi  əməkdaşlığımızı 

daha  yüksək  səviyyəyə  qaldırmaq  üçün  yaxşı  im-

kanlar yaradacaq. Rusiya və İran bizim əsas ticarət 

tərəfdaşlarımızdandır.  Mən  əminəm  ki,  üçtərəfli 

format  ölkələrimizin  biznes  strukturları  üçün  də 

faydalı  olacaq.  Ticarət  dövriyyəsinin  artırılması, 

qarşılıqlı sərmayə yatırımı, qarşılıqlı ixrac imkan-

larının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün 

böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank və sığor-

ta sektorunda əməkdaşlığın yaxşı perspektivləri var. 

Ölkələrimizin  geniş  maliyyə  imkanlarını  nəzərə 

alaraq, biz başqa ölkələrdə müştərək investisiya la-

yihələrində iştirak edə bilərik.

Azərbaycanda sərmayə qoyuluşu üçün mün-

bit  şərait  yaradılmışdır.  Son  20  ildə Azərbaycana 

200  milyard  dollar  həcmində  investisiya  yatırılıb. 

Bunun  yarısı  xarici  sərmayədir.  Kənd  təsərrüfatı, 

turizm, telekommunikasiya sahələri sərmayə qoyu-

luşu üçün böyük potensiala malikdir. Davos Dünya 

İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətliliyi 

indeksində Azərbaycan 40-cı yerə layiq görülüb.

Elektroenergetika  sektorunda  əməkdaşlıq 

uğurla aparılır. Azərbaycan həm İran, həm də Ru-

siya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkə ilə 

enerji  mübadiləsinin  həcmi  ildən-ilə  artır.  Rusiya 

ilə mövcud olan sazişə əsasən Azərbaycanın enerji 

sistemi Rusiyanın Vahid Enerji Sistemi ilə paralel 

iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sis-

temlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik 

veriliş xətləri birləşdirir. İran ilə də hazırda “Parsa-

bad”, “Astara-Astara”, “Araz” və “Culfa” elektrik 

veriliş  xətləri  ilə  enerji  mübadiləsi  həyata  keçiri-

lir. Bir neçə gün əvvəl İmişli və Parsabad arasın-

da elektrik xətti də birləşdirildi. Masallı və Astara 

şəhərləri arasında isə elektrik xətti yaxın gələcəkdə 

tam istismara veriləcək.

Artıq  Azərbaycan  elektrik  enerjisini  idxal 

edən ölkədən ixrac edən ölkəyə çevrilib. İxrac poten-

sialımız artır. Mən əminəm ki, birgə səylərlə biz eti-

barlı enerji dəhlizinin formalaşmasına nail ola bilə-

rik. Bu dəhliz üç ölkə arasında enerji mübadiləsini 

və yeni bazarlara çıxışı təmin edə bilər.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə