“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   12   13   14   15   16   17   18   19   20

63

 

ADY - 



hər iki ölkənin rəhbərləri arasında xüsusən son iki 

ildə yaxşı münasibətlər var. Bu iki ölkənin əlaqələ-

rinin  genişləndirilməsi  və  nüvə  probleminin  həlli 

üçün eyni mövqeyə sahib olmaları, xüsusilə Suriya 

məsələsində  əməkdaşlıq  münasibətlərin  inkişafına 

sübutdur. Bunu xüsusilə üçtərəfli əməkdaşlığa si-

rayət etdirmək də mümkündür. Həmçinin viza reji-

minin sadələşdirilməsi, sərmayə qoyuluşu, gömrük 

və texnologiya sahələrində əməkdaşlıq ticari əlaqələ-

rin genişlənməsinə bariz nümunədir. Bu, əlaqələrin 

inkişafı üçün də böyük perspektivlər açır.

İran hesab edir ki, üç ölkənin eyni mövqeyə, 

qarşılıqlı  etimada  sahib  olması  müxtəlif  sektorlar-

da, xüsusən də mədəni və iqtisadi sahələrdə poten-

sialı üzə çıxarmağa imkan yaradacaq. Bu ölkələrin 

bir-birinə  yardım  etmələri  regionda  mövcud  olan 

təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığa da 

töhfə  verə  bilər.  Regionda  üç  ölkənin  əməkdaşlığı 

sayəsində  inkişafın  mümkünlüyünə  inanırıq.  Bu-

günkü görüş bunu bir daha göstərir.

Ticari-iqtisadi  əlaqələrin  genişləndirilməsi, 

enerji, nəqliyyat, bank, sərmayə qoyuluşu, turizm, 

habelə dəmir yolu, gəmiçilik sahələrində əməkdaşlıq 

üçün  potensiallardan  tam  istifadə  olunması,  ma-

neələrin aradan qaldırılması məqsədi ilə lazımı iş-

lər görülməlidir. Üçtərəfli anlaşmalar bu baxımdan 

mühüm  rol  oynaya  bilər.  Hökumətlərarası  müş-

tərək komissiyaların fəaliyyəti üç ölkənin əlaqələri-

nin genişləndirilməsinə yönəldilib. İran İslam Res-

publikasının Rabitə və İnformasiya Texnologiyaları 

Nazirliyi  bu  komissiyaya  həmsədrliyi  həyata  keçi-

rir.  Təklif  edirik  ki,  bu  komissiyanın  sədrləri  belə 

anlaşmaların imzalanması və yeni əməkdaşlıqların 

genişləndirilməsi  və  sərmayə  qoyulması,  üçtərəfli 

layihələrin həyata keçirilməsi üçün lazımi işlər gör-

sünlər.

Həqiqətən də iqtisadi inkişaf və rifah regionda 

sülhün  və  təhlükəsizliyin  möhkəmlənməsinə  töhfə 

verir.  Belə  bir  şəraitdə  terrorizmə  və  ekstremizmə 

qarşı mübarizə, sabitliyin və təhlükəsizliyin təmin 

olunması  müxtəlif  fikir  ayrılıqlarını  müzakirə  və 

danışıqlar yolu  ilə  həll  etməyin  mümkün  olduğu-

nu göstərir. Terrorizmlə, ekstremizmlə mübarizədə 

əməkdaşlığımızın potensialından istifadə etmək fay-

dalı olar. 

Diqqətinizə görə təşəkkür edirəm.”

Rusiya Federasiyasının 

Prezidenti Vladimir 

Putinin çıxışı:

“-    Çox  sağ  olun,  hörmətli  cənab  Prezident 

Əliyev!

Hörmətli Prezident Həsən Ruhani! Hörmətli 

həmkarlar!

Əvvəlcə,  bu  üçtərəfli  görüşün  təşkil  edilmə-

si  təşəbbüsünə  görə  Prezident  İlham  Heydər  oğlu 

Əliyevin ünvanına İran İslam Respublikası Prezi-

dentinin indicə söylədiyi təşəkkür sözlərinə mən də 

qoşuluram.

Azərbaycan  və  İran  Rusiya  üçün  mehriban 

qonşular və mühüm tərəfdaşlardır. Biz bir-birimiz-

lə səmərəli əməkdaşlıq üzrə zəngin təcrübə toplamı-

şıq. Sözsüz ki, bu gün biz münasibətlərimizdə yeni 

səhifə açırıq, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə 

start veririk. Bizim fikrimizcə, bu cür formata ehti-

yac olması aşkardır. Üç ölkəni birləşdirən əsas amil 

geniş əhatəli regional və qlobal məsələlərə yanaşma-

nı əlaqələndirməyə hazır olmağımız, ticari-iqtisadi 

sahədə çoxplanlı praktiki əməkdaşlığı bundan sonra 

da genişləndirmək istəyimizdir. Onu da qeyd edim 

ki, bütün dövlətlər, hər halda çoxsaylı dövlətlər bu 

cür problemlərlə üzləşir. Bu, davam edən qlobal iq-

tisadi böhrana da, gərginliyə də aiddir. Bizim ölkələr 

üçün  bu,  çox  cəhətdən  onunla  bağlıdır  ki,  indicə 

dediyim gərginlik sizin və bizim sərhədlərdə xeyli 

dərəcədə  mövcuddur.  Mən  həm  Əfqanıstanı,  həm 

də Yaxın Şərqi, qeyri-sabit zonaları və qaynar mü-

naqişələri, ilk növbədə də İŞİD, “Cəbhət ən-Nusra” 

və digər terror təşkilatları tərəfindən artmaqda olan 

terror təhlükəsini nəzərdə tuturam. Bütün bunlar 

bizim  üçün  real  təhlükədir.  Bu  problemlərin  həlli 

yollarını  birgə  axtarmaq  istəyi  ölkələrimizin  daha 

sıx qarşılıqlı əlaqəsini tənzimləmək zərurətini şərt-


64

 

ADY - 



ləndirir.  Üçtərəfli  əməkdaşlığın  əsas  istiqamətləri 

bizim  bugünkü  Zirvə  toplantısının  yekunlarına 

əsasən qəbul edəcəyimiz bəyannamədə göstərilib.

Mən  Rusiyanın  nöqteyi-nəzərindən  xüsu-

si əhəmiyyət kəsb edən bəzi məsələləri qeyd etmək 

istərdim.  Məsələn,  beynəlxalq  terror  təşkilatları-

nın  fəaliyyəti  barədə  informasiya  mübadiləsinin 

fəallaşdırılmasını məqsədəuyğun hesab edirik. Bu, 

ölkələrimizin ərazisindən silahlıların, silahların və 

narkotiklərin  tranzitinin  qarşısının  daha  səmərəli 

alınması üçün lazımdır.

Ümid edirik ki, Xəzər problemlərinə dair üç-

tərəfli  dialoq  da  Xəzər  dənizinin  hüquqi  statusu 

barədə  Konvensiya  üzərində  işin  tezliklə  tamam-

lanmasına şərait yaradacaq. Mən əminəm ki, Kon-

vensiyanın  imzalanması  və  onun  müddəalarının 

reallaşdırılması  beş  Xəzəryanı  ölkənin  hamısının 

mənafeyinə uyğundur.

Nəqliyyat infrastrukturu sahəsində əməkdaş-

lığın  perspektivi  ümidverici  görünür.  Mən  Azər-

baycan Respublikası Prezidentinin qeyd etdiyi “Şi-

mal-Cənub”  beynəlxalq  nəqliyyat  dəhlizinin Qərb 

şaxəsinin yaradılması planlarını nəzərdə tuturam. 

Energetika sahəsində ilk növbədə Xəzər regionun-

da neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi la-

yihələrinin reallaşdırılmasını prioritet hesab edirik. 

Biz  hasil  edilən  xammalın  daşınması  üçün  boru 

kəməri infrastrukturundan birgə istifadə edilməsi-

nin qarşılıqlı faydalı sxemlərini də müzakirə etməyə 

hazırıq.

Təbii ki, mədəniyyət, turizm, gənclərin mü-

badiləsi və təhsil sahəsində əməkdaşlıq məsələlərinə 

diqqəti artırmaq, üç ölkənin regionları arasında bir-

başa əlaqələrin inkişafına şərait yaratmaq lazımdır.

Əminəm ki, qonşuların – Rusiya, Azərbaycan 

və İranın əməkdaşlığı gələcəkdə də praqmatik, qar-

şılıqlı faydalı xarakter daşıyacaq, xalqlarımızın ma-

raqlarına cavab verəcək və bütün Xəzər regionunun 

dinamik inkişafı üçün yeni imkanlar yaradacaqdır.

Hörmətli həmkarlar, sözsüz ki, biz hələ çox iş 

görməliyik və sizi əmin etmək istəyirəm ki, Rusiya 

birgə fəal işə hazırdır.

Diqqətinizə görə təşəkkür edirəm.”




Dövlətimizin  başçısı  Zirvə  toplantısına 

yekun vurdu.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə