“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   2   3   4   5   6   7   8   9   ...   20

7

 

ADY - 



neftin daşınması ilə əlaqədar olub. Abşeronda 

neftin  mövcud  olması  hələ  qədim  zamanlar-

dan bəlli idi. Bakı nefti uzun müddət sistem-

siz üsulla çıxarılmış və əsasən Azərbaycanda, 

eləcə  də  onun  daşındığı  Yaxın  və  Orta Asiya 

ölkələri,  habelə  Rusiya  və  Hindistanda  həm 

işıqlandırma,  həm  də  müalicə  üçün  istifadə 

edilib.


1871-ci  ildə  ilk  qazma  quyusunun  mey-

dana gəlməsi və neftin qazma üsulu ilə çıxa-

rılmasının  təkmilləşdirilməsi  nəticəsində  (xü-

susən də XIX əsrin 70-ci illərinin əvvəllə rində 

alış-veriş sisteminin ləğvi ilə əlaqədar olaraq) 

neftçıxarma  kəskin  sürətdə  artır.  Bu  şəraitdə 

neft daşınmasının da təkmilləşdirilməsi mə sə-

ləsi aktuallaşır. Neftin əsas neftçıxarma ra yon-

larından  (Sabunçu,  Suraxanı,  Balaxanı)  Bakı 

neftayırma  zavodlarına  və  Xəzər  dənizi  vasi-

təsi  ilə  Rusiyanın  mərkəzi  rayonlarına  daşın-

ması  olduqca  sadə  üsulla  -  karvanlarla,  ağac 

çən və tuluqlardan istifadə etməklə icra edilir-

di (onların sayı 10 minə çatırdı). Belə bir üsul 

olduqca baha başa gəlir, neft işinin gələcək in-

kişafına  ciddi  maneə  yaradırdı.  Ba kının  neft 

sənayeçiləri daha çox gəlir gö türmək məqsədi 

ilə  dəmiryol  xətləri  və  boru  kəmərlərinin  çə-

kilməsi  təklifini  irəli  sürürlər  (neft  sahibkar-

ları mədənlərlə neftayırma za vodları arasında 

dəmir  yolunun  çəkilməsi  ilə  bağlı  dəfələrlə 

Nazirlər  Komitəsinə  mü raciətlər  etmişdirlər). 

Nəhayət, 16 iyun 1878-ci il tarixində Nazirlər 

Komitəsinin çar II Aleksandrın iştirakı ilə ke-

çirilən iclasında neft sahəsində dəmir yolunun 

tikintisi layihəsi təsdiq olunur. Beləliklə, Azər-

baycanda dəmir yolunun çəkilməsinin əsil sə-

bəbkarı məhz Bakı nefti və onun sənaye üsulu 

ilə emalı olur. 

25,2  verst  uzunluğunda  dəmir  yolunun 

çəkilməsi  “Poti-Tiflis”  Dəmir  Yolu  Cəmiyyə-

tinə həvalə edilir. Sözügedən cəmiyyət dəmir-

yol xətlərini bir il altı ay ərzində inşa etməyi 

öz  üzərinə  götürür.  Tikintiyə  rəhbərlik  isə 

mü həndis  Krubetsə  tapşırılır.  1878-ci  ilin  de-

kabr ayında Krubetsin şəhər rəhbərliyinə gön-

dərdiyi məktubda bildirir ki, “Qara şəhər”də 

avadanlıqların  saxlanılması  üçün  əlavə  an-




8

 

ADY - 



barların tikilməsinə böyük ehtiyac var. Az bir 

vaxtda Bakıya tikinti üçün lazım olan material 

və avadanlıqlar göndərilir. 

Dəmir  yolunun  çəkilməsi  üçün  əsas 

vəzifələrdən  biri  də  tez  bir  zamanda  Bala-

xanı,  Suraxanı  zolağına  düşən  ərazilərin  öz-

gə nin kiləşdirilməsi  prosesini  həyata  keçir-

mək  idi.  Şəhər  rəhbərliyi  bu  torpaqların  qiy-

mətləndirilməsini  xeyriyyəçi  Hacı  Zeyna -

lab din  Tağıyevin  rəhbərlik  etdiyi  icti mai  ko -

missiyaya tapşırır. Komissiya araş dır ma  apa -

raraq 21 desyatindən çox özgənin kiləş dirilmiş 

torpaq  sahələrini  34580  rubl  dəyərin də  qiy-

mətləndirir. Bütövlükdə neft sahəsində dəmir 

yolu  xətlərinin  tikinti  məsrəfləri  isə  784  min 

872 rubl təşkil edirdi. Dəmir yolunun inşasına 

1878-ci  ildə  başlanılır  və  tikinti  işləri  1879-cu 

ildə başa çatır. Dekabr ayının  17-dən etibarən 

Balaxanı, Suraxanı və Sabunçu stansiyalarında 

daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 

1880-ci il tarixində dəmir yolunun rəsmi açılışı 

baş tutur və dünyada ilk dəfə olaraq, çənlərə 

doldurulmuş  neftin  məhz  bu  yolla  nəql  edil-

məsi başlanır.

Uzun  müddət  Zaqafqaziya  (Cənubi 

Qafqaz) dəmir yolunun tərkibində Bakı bölü-

mü kimi fəaliyyət göstərən Azərbaycan Dəmir 

Yolu 3 oktyabr 1955-ci il tarixində SSRİ Nazir-

lər  Sovetinin  1773  saylı  qərarı  ilə  SSRİ  Yollar 

Nazirliyi tərəfindən müstəqil dəmir yolu elan 

olunur.  Azərbaycan  SSR  Nazirlər  So vetinin 

13 oktyabr 1955-ci il tarixli 717 saylı qərarı ilə 

Azərbaycan Dəmir Yolu SSRİ Yollar Nazirliyi-

nin  tərkibində  müstəqil  dəmir  yolu  kimi  fəa-

liyyətini davam etdirir. 

136  illik  tarixi  olan  Azərbaycan  Dəmir 

Yolunun fəaliyyət dövrü çox əzəmətli və şərəf-

li  olmuşdur.  İstər  çar  Rusiyası,  istərsə  də  So-

vet Hakimiyyəti dövründə Azərbaycan Dəmir 

Yolu daim inkişafda olub və Ümummilli lider 

Heydər  Əliyevin  qayğı  və  diqqəti  sayəsində 

ötən əsrin 70-90-cı illərində öz inkişafının zirvə 

nöqtəsinə çatıb. O dövrlərdə respublikaya rəh-

bərlik etmiş Ümummilli lider Heydər Əliyevin 

ölkənin  inkişafına  verdiyi  önəmli  diqqətdən 

Azərbaycan Dəmir Yolu da kənarda qalmadı. 

Ulu  öndər  1980-cı  illərin  əvvəllərində  Sovet 

Respublikalarının nəqliyyat sistemini, o cüm-

lədən dəmir yolunun fəaliyyətini daim diqqət 

mərkəzində saxlayaraq onun inkişafına xüsusi 

önəm vermişdir.  

Ötən əsrin qeyd olunan dövrlərində So-

vetlər  İttifaqının  ən  böyük  çeşidləyici  stan-

siyalarından  biri  olan  Şirvan  stansiyası,  eləcə 

də Yevlax-Balakən və Güzdək-Qaradağ dəmir-

yol  xətləri  məhz  Ümummilli  liderimizin  rəh-

bərliyi  altında  fəaliyyətə  başlayır.  Bununla 

yanaşı,  Azərbaycan  Dövlət  Dəmir  Yolunun 

fəaliyyəti baxımından çox mühüm əhəmiyyət 

kəsb edən digər dəmiryol stansiyaları da inşa 




9

 

ADY - 



edilərək istismara verilir və dəmir yolu vasitəsi 

ilə daşınan yüklərin həcmi 80-90 milyon tona 

çatdırılır.

  Ulu  öndərin  qayğısı  ilə  dəmir  yolu  sa-

həsində  həyata  vəsiqə  alan  yeniliklər  sada-

lamaqla bitmir. Xüsusi olaraq vurğulamaq la-

zımdır ki, Azərbaycan Dövlət Dəmir Yolu nun 

ən  sürətli  və  parlaq  inkişaf  dövrü  Ulu  öndər 

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 

1969-2003-cü illəri əhatə edir. İlk dəfə 1969-cu 

ildə respublika rəhbərliyinə gələn Hey dər Əli-

yevin şəxsi səyləri sayəsində (bü tün respubli-

ka  iqtisadiyyatında  olduğu  ki mi)  dəmir  yolu 

nəqliyyatında da köklü də yi şikliklərə və əsaslı 

inkişafa təkan verilib.

1969-2003-cü  illəri  Azərbaycan  Dövlət 

Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli in-

kişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə 

istehsalatda (əsas fəaliyyətlə yanaşı) 14300 tex-

niki yeniləmə metodları tətbiq edilib və bunlar 

dəmir yolunun bütün sahələrini ehtiva edir.

Məlum olduğu kimi, XX əsrin erkən 90-cı 

illərində  Sovetlər  İttifaqı  süqut  etdikdən  son-

ra bütün iqtisadi sahələr yanaşı, Azərbaycan-

da  polad  magistralı  da  tənəzzülə  uğradı  və 

qon şu  ölkələrlə  iqtisadi  əlaqələr  kəsildi.  İstər 

yükdaşıma,  istərsə  də  sərnişindaşıma  sahəsi 

mi nimum həddə endi, bəzi istiqamətlərdə da-

şınmalar tam dayandırıldı və ixtisaslı kadr lar 

dəmir  yolundan  uzaqlaşdı.  Nəticədə  isə  də-

miryol infrastrukturu demək olar ki, ta mamən 

dağıdıldı. 

Bunun  ardınca  erməni  təcavüzü  nəti-

cəsində Azərbaycan Dəmir Yolunun 240,4 km 

sahəsi  düşmən  işğalı  altında  qaldı  və  təsər-

rüfatlara təxminən 45 mln. 060 min ABŞ dolları 

dəyərində ziyan vuruldu. 

15  iyun  1993-cü  il  tarixində  Ümummilli 

lider  Heydər  Əliyev  xalqın  arzu  və  istəyi  ilə 

yenidən  ölkə  rəhbərliyinə  qayıdaraq  ölkədə 

baş verən tənəzzülü dayandırmağa müvəffəq 

oldu.


O  vaxtdan  etibarən,  Azərbaycan  dəmir 

yolunda  dönüş  nöqtəsinin  əsası  qoyuldu  və 

ölkədə  polad  magistralı  öz  dirçəliş  dövrünə 

başladı.  




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə