“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   12   13   14   15   16   17   18   19   20

50

 

ADY - 



Ulu  Öndər Heydər Əliyevin təşəbbüsü və rəh bər liyi ilə 

yaradılmış müasir yol-nəqliyyat infrastrukturunda, o 

cümlədən dəmir yolunda inkişaf və quruculuq prosesi 

möhtərəm Prezident İlham Əliyev tərəfindən qətiyyət 

və ardıcıllıqla, yeni dövrün tələblərinə və beynəlxalq 

standartlara uyğun bir şəkildə, innovativ və modern 

texnologiyaların tətbiqi ilə uğurla davam 

etdiril mək dədir.

                                                  Cavid Qurbanov


51

 

ADY - 




52

 

ADY - 



müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolla-

rı”  QSC  “Alstom”  şirkətinin  istehsalı  olan  50 

ədəd dəyişən cərəyanla işləyən yük lokomoti-

vinin alınmasını planlaşdırır. 

Lokomotivlərin  çatdırılmasına  2017-ci 

ilin sentyabr ayında başlanılacaq. Yeni alınan 

lokomotivlərin  hazırda  dəyişən  cərəyanla  iş-

ləmək üçün yenidən qurulan Bakı - Böyük Kə-

sik istiqamətində istifadəsi nəzərdə tutulur. 

Yeni nəsil dəyişən cərəyanlı bu lokomo-

tivlər dartı gücü 8800 kVt olmaqla, 4500 tonluq 

yük  qatarını  12‰  maillikdə  dartıb  aparmaq 

gücünə malikdirlər.




 

7-10 iyun 2016-cı ildə Bakıda Dəmir Yol-

ları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan 

ölkələrin  Nazirlər  Müşavirəsinin  44-cü  sessi-

yası keçirilib.

Tədbirin  birinci  və  ikinci  iş    günlərində 

işçi qruplarının iclasları keçirilmiş, sessiyanın 

gündəliyinə  çıxarılacaq  sənədlərə  bir  daha 

baxılmışdır. 

9  iyun  2016-cı  ildə  isə  dəmir  yolları  ad-

ministrasiyaları  rəhbərlərinin  iştirakı  ilə  Də-

mir  Yolları  Əməkdaşlıq  Təşkilatına  üzv  olan 

ölkələrin  Nazirlər  Müşavirəsinin  44-cü  sessi-

yasının plenar iclası öz işinə başlamışdır.

İştirakçılar  öncə Fəxri Xiyabana gedərək 

Ulu öndər Heydər Əliyevin xatirəsini yad et-

miş və onun məzarı önünə əklil qoymuşlar. İş-

tirakçılar daha sonra görkəmli oftalmoloq-alim 

Zərifə  xanım  Əliyevanın  məzarını  da  ziyarət 

edərək  onu  məzarı  önünə  gül-çiçək  dəstələri 

düzmüş  və  Şəhidlər  Xiyabanında  torpaqları-

mızın müqəddəsliyi uğrunda canından keçən 

şəhidlərimizin məzarlarını ziyarət etmişlər. 

Tədbiri  giriş  sözü  ilə  açan  “Azərbaycan 

Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  

qonaqları salamlayaraq sessiyanın gedişi üçün 

hər cür münbit şəraitin yaradıldığını bildirmiş-

dir.  


Sonra  sessiyanın  işində  iştirak  edən 

Azərbaycan  Respublikası  Baş  nazirinin  müa-

vini Abid Şərifov iştirakçıları Azərbaycan Hö-

kuməti  adından  salamlayaraq  tədbirin  işinə 

uğurlar arzulamışdır.  

Daha  sonra  tədbir  iştirakçıları Azərbay-

can  dəmir  yolunun  inkişaf  tarixindən  bəhs 

edən filmə baxmışlar.  

 Sessiyanın gündəliyinə daxil edilən aşa-

ğıdakı məsələlərin müzakirəsinə başlanıldı: 

Koreya Respublikasının DYƏT-ə üzv ol-

ması, DYƏT-in 2015-ci ildəki fəaliyyəti, DYƏT-

in Təftiş komissiyasının 2015-ci ildəki fəaliyyə-

ti, DYƏT-in Nəqliyyat hüququ komissiyasının 

2015-ci  ildəki  fəaliyyəti,  “Birbaşa  dəmir  yolu 

bağlantısı”  Konvensiya  layihəsinin  mətninin 

qəbul  edilməsi  üzrə  Beynəlxalq  konfransa 

hazırlıq, BMT İqtisadi Komissiyasının “Ümu-

mavropa  və Avrasiya  nəqliyyat  dəhlizlərində 



53

 

ADY - 



vahid  dəmir  yolu  hüququna  doğru”  işi  üzrə 

DYƏT  Komitə  sədrinin  məlumatı,  DYƏT-in 

2017-ci və qarşıdakı illər üçün fəaliyyət proq-

ramı,  üzvlük  haqlarının  ödənilməsi,  DYƏT 

Komitəsinin  2016-cı  il  üçün  yekun  və  2017-ci 

il üçün ilkin büdcəsi, DYƏT Təftiş komissiya-

sının  üzvlərinin  tərkibi  və  ardıcıllığı,  DYƏT 

Nazirlər müşavirəsinin 45-ci sessiyasının tarixi, 

keçirilmə yeri və gündəliyi.  

Nazirlər  Müşavirəsinin  44-cü  sessiyası  

çərçivəsində DYƏT-in 60 illik yubileyi də qeyd 

olundu. 


Qeyd etmək lazımdır ki, Dəmir Yollarının 

Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı 

il  tarixində  Bolqarıstan  Respublikasının  So-

fiya  şəhərində  dəmir  yoluna  rəhbərlik  edən 

nazirlərin  müşavirəsi  çərçivəsində  yaradıl-

mışdır. DYƏT-in mövcud olması və fəaliyyəti 

beynəlxalq  xarakter  daşıyan  DYƏT  haqqında 

Əsasnaməyə  əsaslanır.  27  ölkənin  dəmir  yolu 

nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlik-

ləri və mərkəzi dövlət orqanları DYƏT-in üzv-

ləridir. 

DYƏT-in Əsasnaməsinə əsasən, bu quru-

mun  işində  bilavasitə  dəmir  yollarının  fəaliy-

yəti  ilə  əlaqədə  olan  təşkilatın  digər  formada 

iştirak etməsi də mümkündür. 

DYƏT-in  ali  rəhbər  orqanı  Nazirlər  mü-

şavirəsi, dəmir yolu müəssisələri səviyyəsində 

DYƏT-in dəmir yolları Baş direktorlarının kon-

fransıdır. Komitə DYƏT-in icra orqanı funksi-

yasını yerinə yetirir. 

1993-cü  ilin  iyul  ayından  etibarən  Azər-

baycan Dövlət Dəmir Yolu DYƏT-in üzvüdür.



 

Beynəlxalq Transxəzər 



Nəqliyyat Marşrutu üzrə 

hərəkət edən ilk konteyner 

qatarının Bakı Beynəlxalq 

Dəniz Ticarət Limanında 

qarşılanma mərasimi 

keçirilmişdir.

Azərbaycan, Qazaxıstan, Gürcüstan, Tür-

kiyə və Çin Xalq respublikalarının dəmir yolu 

təşkilatlarının  birgə  təşəbbüsü  ilə  ilk  dəfə  Çin 

Xalq  Respublikası,  Qazaxıstan  Respublikası 

və  Azərbaycan  Respublikasının  ərazilərindən 

keçərək  Şixezi-Dostık-Aktau-Ələt-Keşlə  (4768 

km, o cümlədən 4258 km dəmir yolu, 510 km 

dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq 

konteyner qatarı Çin Xalq Respublikasının Şixe-

zi şəhərindən 28 iyul 2015-ci il tarixində çıxmış-

dır. 


Qatar avqust ayının 3-də səhər saat 10:00 

radələrində  Ələt  qəsəbəsində  yerləşən  Bakı 

Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdır. 

İlk  “Nomad  ekspress”  sınaq  konteyner 

qatarının  qarşılanma  mərasimində  Azərbay-

can  Respublikası  Baş  nazirinin  müavini  Abid 

Şərifov,  Azərbaycan  Respublikası  nəqliyyat 

nazirinin  müavini  Arif  Əsgərov,  “Azərbaycan 

Dəmir Yolları” Qapalı Səhmdar  Cəmiyyətinin 

sədri Cavid Qurbanov, Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanının Baş direktoru Taleh Ziyadov, 

“Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti-

nin  prezidenti  Askar  Mamin,  “Gürcüstan  Də-

mir Yolları” Səhmdar Cəmiyyətinin Baş direk-

toru Mamuka Baxtadze çıxış edərək Transxəzər 

marşrutunun əhəmiyyətindən danışmışlar. 

Qeyd  olunan  konteyner  qatarının  gə-

lişi  dəmir  yolları  rəhbərlərinin  Beynəlxalq 

Transxəzər  Nəqliyyat  Marşrutunun  inkişafı 

üzrə  Koordinasiya  komitəsinin  iclaslarında 

əldə  etdikləri  çevik  tarif  siyasəti  və  əlverişli 

texniki şəraitin yaradılması ilə bağlı danışıqla-

rın nəticəsi olaraq, “Qazaxıstan temir jolı” SC, 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə