“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   12   13   14   15   16   17   18   19   20

54

 

ADY - 



“Çin  Dəmir  Yolları”  (ÇXR),  “Azərbaycan  Də-

mir Yolları” QSC və “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ti-

carət Limanı  ilə birgə həyata keçirilir. 

Sözügedən qatar 82 ədəd 20 tonluq kon-

teyner daşıyır və daşınan yük kaustik sodadır. 

Əvvəllər,  bu  kimi  təyinatlı  yüklər  alternativ 

marşrutlarla  25-40  gün  müddətində  Bəndər 

Abbas və Poti limanları vasitəsi ilə daşınırdı. 

Yeni Transxəzər Nəqliyyat Marşrutu üzrə yük-

lərin  daşıma  müddəti  Çindən  Ələt  limanına 

qədər təqribən 6 gün təşkil edəcək.

Bu layihə çərçivəsində cari ilin sentyabr 

ayında  ikinci  konteyner  qatarının  Çin  -  Qa-

zaxıstan  -  Azərbaycan  -  Gürcüstan-Türkiyə 

marşrutu üzrə göndərilməsi nəzərdə tutulur.  

Sözügedən  tədbirlə  Çin,  Qazaxıstan, 

Gürcüstan və Türkiyə respublikalarının Azər-

baycandakı səfirləri, eləcə də Aktau və Batumi 

limanlarının rəisləri iştirak edirdilər. 

Layihə  çərçivəsində  Tranzit  və  xari-

ci  ticarət  yüklərinin  cəlb  edilməsi,  həmçinin 

yükdaşıma  həcminin  artırılması  məqsədi  ilə 

rəqabətədavamlı vahid dəmir yolu tarifləri və 

hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə 

tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələ-

rin ixrac və tranzit potensialının yüksəldilmə-

sinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşru-

tunun (BTNM) rəqabət gücünün artırılmasına 

təkan verəcək. Eyni zamanda, BTNM marşru-

tu Avropa  ölkələrindən  olan  yükgöndərənlər 

üçün  də  cəlbedici  və  sərfəli  olmaq  imkanına 

malikdir. 

Dəmir yolunun 

Səngəçal istehsalat 

bazası yenidən qurulur

Azərbaycan  Dəmir  Yollarının  əsaslı  tə-

mir prosesində istifadə olunan 25 metrlik çər-

çivələr  əsasən  “Azərbaycan  Dəmir  Yolları” 

QSC-nin 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu 

Məhdud  Məsuliyyətli  Cəmiyyətinin  Səngəçal 

istehsalat bazasında hazırlanır. 

Dünyanın  indiki  iqtisadi  mənzərəsin-

də  kustar  texnologiyalarla  yeni  tələbatları 

ödəmək artıq yetərli deyil və bu məqsədlə də 

Səngəçal istehsalat bazası yenidən qurulur. Bu 

ilin yanvar ayında start götürən yenidənqurma 

işləri başa çatandan sonra burda bir deyil, iki 

baza  fəaliyyət  göstərəcək.  Mart  ayının  ikinci 




55

 

ADY - 



yarısında  köhnə  bazanın  yenidən  qurulması 

tamamlanmış və ikinci bazanın tikintisinə baş-

lanmışdır.

5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Məh-

dud Məsuliyyətli Cəmiyyətinin Baş direktoru  

Rizvan Rzayev bildirmişdir ki, birinci bazada 

hər biri 400 metr olan üç yol qəlibi tamamilə 

sökülmüş və əvəzində yenilərinin tikilməsi hə-

yata keçirilmişdir. Həmçinin bu yol qəlibləri-

nin hər biri 225 metr uzadılmış və iş əmsalının 

artırılmasına şərait yaradılmışdır. Yeni tikilən 

ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət 

olunan  iş  prosesi  də  sonda  ikisi  625  metr  və 

biri 705 metr olmaqla, üç yol qəlibinin tikintisi 

ilə başa çatmışdır. Bütövlükdə, baza daxilində 

7 km-dən artıq yol yenilənmişdir. Bu isə onu 

göstərir ki, Səngəçal istehsalat bazalarında bir 

ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırla-

maq mümkün olacaq. 

Bundan  başqa  ərazidə  yüzlərlə  ağac  və 

bəzək  kolları  əkilmiş,  yaşıllıqlar  salınmışdır. 

Bazadakı  yenidənqurma  işlərində  kollektivin 

200-dən artıq üzvü iştirak etmişdir.

Hazırda  bazada  müxtəlif  fasilələrlə  4 

ədəd çatılı kran fəaliyyət göstərir. “Azərbaycan 

Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbano-

vun dəstəyi sayəsində daha 2 ədəd yeni çatılı 

kran alınmışdır.

Ən  əsas  yeniliklərdən  biri  də  budur  ki, 

Səngəçal istehsalat bazasının ərazisində yoldə-

yişən qurğuların yığılması (montajı) üçün yeni 

meydança tikilib. Bu, Azərbaycan Dəmir Yolu-

nun tarixində bir ilkdir. 

Bazada  əmək  şəraitini  yaxşılaşdırmaq 

üçün  sanitar  qurğuları,  soyunub-geyinmə 

otaqları, duşxanalar və gözətçi məntəqəsi tiki-

lib istifadəyə verilmiş, ərazi müasir səviyyədə 

təmir edilmişdir. Eyni zamanda, sexlərin fəa-

liyyət imkanlarını artırmaq üçün yeni otaqlar 

da inşa olunmuşdur. 

Qeyd  edək  ki,  bu  bazanın  əsası  1936-cı 

ildə  qoyulub.  Sovet  sənayeləşməsinin  ilkin 

dövrlərinə  təsadüf  edən  Yol-Maşın  Stansiya-

larının  formalaşması  əsasən  dəmir  yollarının 

əsaslı təmirinə hesablanmış və bu günə qədər 

həmin məqsədə xidmət göstərmişdir. 



 

Aparılan  irihəcmli  yenidənqurma  işləri-



nin önəmli tərkib hissələrindən biri də  “Azər-

baycan Dəmir Yolları” QSC-nin inzibati bina-

sında əsaslı təmir işlərinin geniş vüsət alması-

dır. Təmir işləri müasir standartlar səviyyəsin-

də, mərhələlərlə həyata keçirilir. 



56

 



57

 

ADY - 




58

 

ADY - 



İQTİSADİ 

ƏMƏKDAŞLIĞIN 

YENİ ÜFÜQLƏRİ

Bakıda  Heydər  Əliyev  Mərkəzində  Azərbaycan  Respublikasının  Prezidenti  Zati-aliləri 

İlham  Əliyev,  İran  İslam  Respublikasının  Prezidenti  Həsən  Ruhani  və  Rusiya  Federasiyasının 

Prezidenti Vladimir Putin arasında üçtərəfli zirvə toplantısı keçirilib.

Zirvə toplantısından əvvəl prezidentlər birgə fotoşəkil çəkdirdikdən sonra görüşdə çıxış 

ediblər.


Azərbaycan Respublikasının 

Prezidenti Zati-aliləri İlham 

Əliyevin çıxışı:

“  -  Hörmətli  Prezidentlər!  Hörmətli  qonaq-

lar! Hörmətli zirvə toplantısının iştirakçıları!

İlk  növbədə,  mən  bütün  qonaqları  səmimi 

qəlbdən  salamlayıram.  Azərbaycana  xoş  gəlmişsi-

niz! 

Tarixdə ilk dəfə olaraq, bu gün Bakıda İran, 

Rusiya  və  Azərbaycan  prezidentləri  arasında  üç-

tərəfli görüş keçirilir. Bu, tarixi hadisədir, belə ki, 

bu  gün  üç  ölkə  arasında  yeni  əməkdaşlıq  formatı 

yaranır.  Mənim  dəvətimi  qəbul  edərək  zirvə  top-

lantısının işində iştirak etdiklərinə görə Rusiya Fe-

derasiyasının  Prezidenti  Vladimir  Putinə  və  İran 

İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə 

minnətdarlığımı bildirirəm.

Qeyd etməliyəm ki, bu ilin aprel ayında Azər-

baycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici iş-

lər nazirləri görüşmüşlər. Mən əminəm ki, bugün-

kü zirvə toplantısı regional əməkdaşlığa yeni təkan 

verəcək.

Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı or-

taq tariximiz və coğrafi qonşuluğumuz birləşdirir. 

Azərbaycanı həm İran, həm də Rusiya ilə sıx dost-

luq əlaqələri bağlayır və son bir neçə il ərzində bu 

əlaqələr  daha  da  inkişaf  edərək  strateji  tərəfdaşlıq 

səviyyəsinə yüksəlmişdir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə