ŞURƏDDİN MƏMMƏDLİ
filologiya elmləri doktoru, professör,
Gürcüstan Milli Akademiyasının həqiqi üzvü
GÜRCÜSTAN
AZƏRBAYCANLILARI
Gürcüstan'da Azər Türkləri məskunlaşan
İNZİBATİ-ƏRAZİ VAHİDLƏRİ
STATİSTİK-ENSİKLOPEDİK
BİLGİLƏR
--------------------------------
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 2
--------------------------------
Məmmədli Ş. B. Gürcüstan Azərbaycanlıları
Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri.
Statistik-ensiklopedik bilgilər.
Topluda Gürcüstanda azərbaycanlıların tarixi-coğrafi durumuna
nəzər salınır, çağdaş dövrə aid statistik-ensiklopedik içərikli bilgilər
inzibati-ərazi məntəqələri (əsasən kəndlər) müstəvisində diqqətə
çatdırılır.
--------------------------------
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 3
TBİLİSİ ŞƏHƏRİNDƏ. – Gürcüstanın paytaxt şəhəri.
Ərazisi: 121 kv. km. Əhalisi:
1989’da
1.095.500
nəfər,
2002’də 1.081.679 nəfər. 1936-
cı ilə qədər Tiflis adlanıb. Or-
tacala, Şeytanbazar, Tatar Mey-
danı, Xarpux, Bəzəkli hamam,
Cümə Məscidi, Təklə karvansa-
rası, Müsəlman məzarlığı, Koroğlu qayası, Saburtala,
Cırtdahan, Çaylaq, Narınqala (onun İsfahan, Təbriz bürcləri),
Gəncəqapısı, Basqallar, Şıxlı, Şahtaxtı, Seyidlər, Müctəhid,
Avcala, Nəftuluq toponimləri babalarımızın ruhunu yaşadır.
Burada 730-cu ildə məscid tikildiyi barədə bilgi var. Bir məscid
XV əsrdə Ağqoyunlu sərkərdəsi Xəlil bəy Bəktaşi tərəfindən
(Bəktaşiyə məscidi), digər məscid 1522-ci ildə Şah İsmayıl
tərəfindən (Əliyə məscidi), daha bir məscid 18-ci əsrin 20-ci
illərində osmanlılar tərəfindən inşa edilmişdi. Şah Abbas
məscidi 1949-cu ildə uçurulub. Tiflis Cümə məscidi
müsəlmanların xidmətindədir. Tiflisi dahi Nizami «Cənnət
bəzəkli gözəl torpaq», Vaqif «dünya yerinin cənnəti» vəsf
edib, Abdulla Şaiq doğma şəhəri «əlvan qanadlarını geniş
açmış tovuz quşuna» bənzədib. A. Bakıxanov, M. F. Axund-
zadə, M. Ş. Vazeh, M. C. Məmmədquluzadə, Ö.F. Nemanzadə,
H. Cavid, xanəndələr Allahverdi, Sadıq, Səttar, Bülbülcan və
başqaları burada yaşayıb-yaradıblar. Tiflisdə Azərbaycan teatrı
fəaliyət göstərib, ‘Ziya’, ‘Kəşkül’, ‘Şərqi-Rus’, ‘Molla Nəsrəd-
din’, ‘Yeni fikir’, ‘Sovet Gürcüstanı’... qəzetlərimiz, dərgilərimiz
yayınlanıb, türk pedaqoji texnikumu olub. Dövlət xadimi
diplomat Əlimərdan bəy Topçubaşov, ictimai xadim Nəriman
Nərimanov, general Axund Yusif Talıbzadə, sevimli ədib
Abdulla Şaiq, xalq artistləri Mustafa Mərdanov, Əli Qurbanov,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 4
Möhsün Sənani, İbrahim İsfahanlı, mayestro Niyazi, Rəşid
Behbudov, akademiklər İsmayıl Hüseynov, Ələkbər Quliyev,
Məqsud Əliyev, akademiyanın müxbir üzvü İsa Kərimov, əmək
qəhrəmanı məşhur neftçi Akif Cəfərov, profesorlar Teymuraz
Cəfərli, Zemfira Verdiyeva, Dilarə Əliyeva, Elçin Məmmədov,
ictimai xadim Həsən Həsənov, jurnalist-yazar, Tiflisin Türk
kökənli toponimlərinin araşdırıcısı Mirzə Məmmədoğlu və
başqaları Tiflis doğumludurlar. Nəbatat bağındakı xiyabanda
M. F. Axundzadənin, M. Ş. Vazehin qəbrüstü abidələri, F.
Xoyskinin, H.Ağayevin büstləri, xalq artisti İ. İsfahanlının evi
qənşərində barelyefi qoyulub. Bakı küçəsi, M. Ş. Vazeh, M. F.
Axundov, İ. İsfahanlı küçələri var. Cümə Məscidi, Azərbaycan
Mədəniyət Mərkəzi, Azərbaycan Dram Teatrı, ‘Gürcüstan’
qəzeti, İlya Çavçavadze Dövlət Universitəsində Azərbaycan
şöbəsi, M. F. Axundzadənin, N. Nərimanovun, M. C. Məm-
mədquluzadənin ev-muzeyləri, 73 sayılı Azərbaycan məktəbi
və 64 sayılı məktəbin Azərbaycan bölməsi var. Burada dün-
yəvi məktəbimizin tarixi 1847–1849-cu illərdəndir. Tiflisdə
azərbaycanlıların sayı 1835-ci ildə 723 nəfər, 1876’da 2310
nəfər, 1897’də 5557 nəfər, 1902’də 6635 nəfər, 1922’də 3255
nəfər, 1939’da 5874 nəfər (1,1%), 1959’da 9560 (1,4%),
1979’da 12852 (1,2%), 1989’da 17968 (1,5%), 2002’də
33751 (1,3%) göstərilir.
RUSTAVİ ŞƏHƏRİNDƏ. – Kvemo (aşağı) Kartli diyarının
inzibati mərkəzi, respublika tabeliyində şəhər. Ərazisi: 60,6
kv.km. Əhalisi: 1989’da 183.200 nəfər, 2002’də 116.384 nə-
fər, 2008’də 135.000 nəfər. Kür çayının hər iki sahilində,
Yağlıca dağlarının quzey yamaclarında, Tbilisidən 11 kilometr
cənub-şərqdə, Tbilisi–Bakı dəmiryolunun, Tbilisi–Sınıqkörpü
avtomobil yolunun kənarında. Əzəli tarixi məxəzlərdə şəhərin