=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 27
ŞAHBUZLU kəndi – Talaver çayının sahilində, rayon
mərkəzindən 20 km gündoğarda. Əhalisi: 1870'də 10 ailədə
67 nəfər; 1926'da 46 ailədə 236 nəfər; 2002'də 25 ailədə 120
nəfər. Məktəbin tarixi 1924-cü ildəndir, indi ibtidai məktəb
fəaliyətdədir. Məşhurlarından: veteran müəllim Bayram
Rəsulzadə vb.
TAMARİS QƏSƏBƏSİ. – Rayon mərkəzindən 19 km
gündoğarda,
Kolagir
kəndinin
ərazisindədir.
Gürcülər,
azərbaycanlılar yaşayırlar. Azərbaycanlı əhalisi: 2002'də 130
nəfər, 2006'da 22 ailədə 138 nəfər.
TANZİYA kəndi – Gədi çayı sahilində, rayon mərkəzindən
20 km günbatarda. Məşhur gürcü yazıçısı Sulxan-Saba
Orbelianinin (1658–1725) vətəni. Vaxtilə azərbaycanlılar da
yaşayıblar (1870-ci ildə 8 ailədə 54 nəfər) və kəndin adına
Tağılı deyilib. İndi bütünlüklə gürcülər məskundurlar.
ZOLGÖYƏC kəndi – Gədi çayının sol sahilində, rayon
mərkəzindən 13 km günbatarda, dəniz səviyəsindən 720 m
yüksəklikdə. Əhalisi: 1870'də 21 ailədə 141 nəfər; 1918'də
505 nəfər; 1926'da 91 ailədə 474 nəfər; 2002'də 556 ailədə
2183 nəfər (1118 kişi, 1065 qadın), 2006'da 403 ailədə 2012
nəfər. Məktəb 1923-cü ildə yaradılıb, indi orta məktəb
(2005'də 18 sinifdə 259 şagird) var. Məşhurları: el igidi
Məmməd Göyüşov, qırıcı təyarəçi Eyvaz Sarıyev, ağsaqqallar
Qədir Əmiroğlu, İsmayıl Qədiroğlu, veteran müəllimlər Əlyəsə
Alşanov, Ziyəddin Həsənov, İsaxan Əlləzov, din xadimi Hacı
Rizvan, ictimaiyətçilər İlyas Topuoğlu, Vəli Məmmədov, Vəkil
Məmmədov, İmaməli Məmmədov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 28
DMANİSİ RAYONUNDA – Ölkənin güney-gündoğarında,
paytaxtdan 102 km cənub-qərbdə.
1917-ci ilədək Tiflis quberniyasının
Borçalı qəzasina, 1917-1930-cu
illərdə Tiflis qəzasına, 1930-1933-
cü illərdə Zalqa rayonuna aid olub,
sonra
ayrıca
rayon
statusu
qazanıb. Cavaxet dağ silsiləsinin
doğu hissəsindədir. Ərazisi: 1198,8
kv. km., bunun 800 kv. km.-i kənd
təsərrüfatına
yararlıdır.
Təməl
iqtisadi sahəsi kənd təsərrüfatı,
əsasən
də
kartofçuluq
və
heyvandarlıqdır. Əhalisi: 1989-cu
ildə 33.700 nəfər, 2002’də 28.034
nəfər (hər kv. km.-ə 23,4 nəfər;
ölkə əhalisinin 0,6%-i). Ümumi
ərazisi 120000 hektardır, bunun 62000 hektarı otaracaq,
27000 hektarı meşə zolağı, 15000 hektarı əkin sahəsi, 13000
hektarı biçənəkdir. Əvvəllər Başkeçid adlanıb. Bu da yəqin
əsas, baş keçid anlamlarına uyğundur. 1917-ci ilədək Borçalı
məzrəsinə (qəzasına), 1929-cu ilədək Lüksemburq rayonuna
daxil olub, 1929-cu ildən Başkeçid rayonu kimi inzibati vahidə
çevrilmişdi. 1947-ci il 18 mart tarixindən Dmanisi rayonu
adlanır. Hüdudları: şərqdə Bolnisi, şimalda Zalqa rayonları,
cənubda Ermənistan, qərbdə Axalkalak rayonu. Ərazisində
Maşaver, Qarabulaq çayları axır. Ərazisində qədim arxeoloji
məskən və milyon yarım yaşı olan insan çənəsi aşkarlanıb.
Həmin
arxeoloji
məskəndə
şəhəryanı
müsəlman
qəbiristanlığından ərəb əlifbasıyla yazılı 1204-cü ilə aid
epitafya abidəsi, 1340-cı ilə aid olan, üstündəki yazıyla onun
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 29
Kərəm xana məxsusluğu ifadələnən daşdanyonma at heykəlc-
iyi üzə çıxarılıb. Rayon mərkəzi: Dmanisi şəhəri. Rayon qəzeti
(əvvəllər "Trialeti", hazırda "Dmanisi") gürcü və Azərbaycan
dillərində çap olunur. Əhalisi: 2002’də 28034 nəfər. Rayonun
kəndlərində soydaşlarımız yığcamlıq təşkil edirlər: 1979’da
32164 nəfər (72,2%), 1989’da 33107 nəfər (63,9%), 2002’də
18716 nəfər (66,8%), 2006’da qeydiyat jurnalı üzrə 5966
ailədə 20.032 nəfər. 1 şəhər, 15 kənd məclisi, 59 kənd var,
37 kənddə tam azərbaycanlılar məskundurlar. Rayon kənd
əhalisinin 74,4 faizi azərbaycanlılar, 24,2 faizi gürcülər, qalanı
yunanlar, ermənilər, ruslardır. Soydaşlarımız Yırğançay,
Hamamlı, Qarabulaq, Qəmərli, Oruzman, Qızılkilsə, Lök-
Candar, Bəzəkli, Pantian (Armudlu), Baxçalar, Dağ Arıxlı, Ki-
rovis, Qamışlı, Dağ Qızılhacılı, Gəyliyən, Ormeşən, Səfərli,
Yaqublu, Şahmarlı, Gödəkdağ, Məmişlər, Məmişli, Dəllər,
Dunus, Hüseynkənd, Şindilər, Saca, Salamməlik, Suqala,
Əngirəvan, Soğutlu kəndlərində elliklə yaşayırlar. Rayondakı
30 azərbaycandilli məktəbdə 2284 şagird, 273 müəllim var.
DMANİSİ
(Başkeçid)
ŞƏHƏRİNDƏ.
–
Dəniz
səviyəsindən 1250 m yüksəklikdə. Tuman/Tumanis/Tu-
manin/Dumanis formalarında adı erkən orta əsrlərdən
mənbələrdə çəkilir. Tuman tərəflərdən gəlmiş duman türk
tayfasının, hunların ilk xaqanı Duman xanın adını əks etdirdiyi
vəya türk dilində ərazi vahidi mənasındakı tümən sözü ilə
əlaqəli olduğu, "Dədə Qorqud"dakı Tumanin qalasının həmin
Dmanis olduğu düşünülür. Xeyli əvvəl Başkeçid adlanıb. 1947-
ci il 18 mart tarixdən Dmanisi adıyla əvəzlənib. Azər-
baycanlılar: 2002’də 40 ailədə 150 nəfər, 2006’da 207 ailədə
1000 nəfər.
BAĞÇALAR kəndi – Gədi çayının mənsəbində, rayon
mərkəzindən 17 km günbatar səmtdə, dəniz səviyəsindən