=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 36
zindən 22 km qərbdə, dəniz səviyəsindən 1560 m yüksək-
likdə. Məmiş nəslinin adındandır. Əhalisi: 1926’da 113 nəfər;
2002’də 102 nəfər, 2006'da 20 ailədə 77 nəfər. İbtidai
məktəb (10 şagird) var.
MƏMİŞLİ kəndi – Rayon mərkəzindən 10 km güneydə,
dəniz səviyəsindən 1110 m yüksəklikdə. Bu toponim də
Məmiş nəsil adından ola bilər. Əhalisi: 1870’də 20 ailədə 224
nəfər; 1918’də 336 nəfər; 1926’da 64 ailədə 362 nəfər;
2002’də 908 nəfər (472 kişi, 436 qadın), 2006'da 230 ailədə
917 nəfər. Məktəb 1923-cü ildə yaradılıb, ibtidai məktəb (33
şagird) var.
ORMEŞƏN kəndi – Lükün-Şindi dağının quzey yama-
cında, rayon mərkəzindən 22 km şimal-qərbdə, dəniz sə-
viyəsindən 1320 m yüksəklikdə. Türk dillərində irem (kollu
çaybasar sahə, çaylaq) və şen (kənd) sözlərindəndir. Əhalisi:
1870’də 14 ailədə 92 nəfər; 1918’də 37 nəfər; 1926’da 67
ailədə 487 nəfər; 2002’də 206 nəfər (92 kişi, 114 qadın),
2006'da 38 ailədə 164 nəfər. Kəndin adına 18-ci əsrə aid
sənədlərdə rast gəlirik. Məktəbin tarixi 1929-cu ildən başlanır
və indi ibtidai məktəb (10 şagird) fəaliyətdədir. Məşhurları:
veteran muəllim Şaban Qaralov, ictimaiyətçi Bəkir Qaralov,
ədliyə generalı Zakir Qaralov, Azərbaycan Milli Məclisinin üzvü
olmuş profesör Zahid Qaralov, profesör Eldar Nəbiyev, dip-
lomat Hamlet Qaralov, əməkdar müəllim İsmayıl İsmayılov,
ictimaiyətçilər Akif Qaralov vb.
ORUZMAN kəndi – Maşaver çayının sağ sahilində, rayon
mərkəzindən 4 km güneydə, dəniz səviyəsindən 1220 m
yüksəklikdə. Toponim Oğuzoğlu Uruzu xatırladır. 1536-cı ilin
sənədlərində
(Baratlıların
bölgü
kitabında)
Ormozan
toponiminə rast gəlirik. 1701-ci ildə 37 nəfər əhali siyahıya
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 37
alınmışdı. Yaxınlıqda 12–13-cü yüzillərə aid kilsənin uçuqları
və məzarlıq aşkarlanıb. Kənd iki qismdən ibarətdir: Yuxarı
Oruzman və Aşağı Oruzman. Əhalisi: 1870’də Yuxarı
Oruzmanda 40 ailədə 300 nəfər, Aşağı Oruzmanda 15 ailədə
100 nəfər; 1918’də Yuxarı Oruzmanda 485 nəfər, Aşağı
Oruzmanda 247 nəfər; 1926’da Yuxarı Oruzmanda 82 ailədə
490 nəfər, Aşağı Oruzmanda 45 ailədə 273 nəfər; 2002’də
Yuxarı Oruzmanda 901 nəfər, Aşağı Oruzmanda 660 nəfər.
Yuxarı Oruzmanda məktəb 1922-ci ildən, Aşağı Oruzmanda
1928-ci ildən var; hazırda Yuxarı Oruzmanda orta məktəb
(161 şagird) və Aşağı Oruzmanda təməl məktəb (99 şagird)
fəaliyətdədirlər. Məşhurları: el şairi Namaz Hümmətoğlu,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlim
Musayev, alim Sirac Məmmədov, veteran müəllimlər Cəlal
Musayev, İslam Məmmədov, Mikayıl Mikayılov, ictimaiyətçi
Oruc Məmmədov, xeyriyyəçi Abdulla Yusifov vb.
PANTİANİ (ARMUDLU) kəndi – Başkeçid yaylasında,
rayon mərkəzindən 7 km cənub-qərbdə, Armudlu (Sülühlü)
gölü kənarında, dəniz səviyəsindən 1410 m yüksəklikdə. Əzəl
adı Armudludur, 1949-cu il 12 iyul tarixdən Pantiani adlanır.
Əhalisi: 1926’da 23 ailədə 112 nəfər; 2002’də 410 nəfər (190
kişi, 220 qadın), 2006'da 143 ailədə 542 nəfər. Məktəb
1926’da yaradılıb, təməl məktəb (73 şagird) fəaliyətdədir.
Məşhurları: şair Əlixan Binnətoğlu, Şahvələd Armudlu vb.
SACA kəndi – Qomaret yaylasında, rayon mərkəzindən 21
km günbatarda, dəniz səviyəsindən 1230 m yüksəklikdə.
Yaxında 11-ci əsrə aid yonulmuş daşdan memarlıq abidəsi
aşkarlanıb. Əhalisi: 1870’də 20 ailədə 134 nəfər; 1926’da 87
ailədə 476 nəfər; 2002’də 106 nəfər (49 kişi, 57 qadın),
2006'da 20 ailədə 96 nəfər. İbtidai məktəb fəaliyətdədir. Məş-
hurları: el şairi Balakişi Alıoğlu vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 38
SAKİRE kəndi – Kiçik kənddir, əhalisi yunanlardan, azər-
baycanlılardan ibarətdir. 2002’də 49 nəfər əhali qeydə alınıb.
SALAMMƏLİK kəndi – Qaşqatala de deyilir. Cavaxet dağ
silsiləsinin gündoğarında, rayon mərkəzindən 28 km günba-
tarda. 12–13-cü əsrlərə aid karvansara uçuqları aşkarlanıb.
Əhalisi: 1870’də 8 ailədə 54 nəfər; 1926’da 29 ailədə 158
nəfər; 2002’də 98 nəfər, 2006'da 100 nəfər.
SƏFƏRLİ kəndi – Lök dağ silsiləsinin quzey yamacında,
Ermənistana gedən avtomobil yolunun kənarında, rayon
mərkəzindən 6 km cənub-şərqdə, dəniz səviyəsindən 1070 m
yüksəklikdə. Tarixi məxəzlərdəki Leyləyeşən bu kəndlə ident-
ləşdirilir. Əhalisi: 1870’də 17 ailədə 97 nəfər; 1918’də 405
nəfər; 1926’da 76 ailədə 463 nəfər; 2002’də 738 nəfər (337
kişi, 401 qadın), 2006'da 261 ailədə 780 nəfər. İlk məktəb
1927-ci ildə yaradılıb, indi təməl məktəb (119 şagird) fəaliyət-
dədir. Məşhurları: profesör İsa Ömərov, hüquq-mühafizə
işçiləri Elman Hüseynov, Fərman Qurbanov, yazıçı Seyfəddin
Əliyev vb.
SOĞUTLU kəndi – Cavaxet dağ silsiləsinin gündoğar
yamacında, rayon mərkəzindən 18 km günbatar səmtdə,
dəniz səviyəsindən 1590 m yüksəklikdə. Əhalisi: 1926’da 8
ailədə 30 nəfər; 2002’də 27 nəfər (13 kişi, 14 qadın), 2006'da
12 ailədə 28 nəfər.
SUQALA kəndi – Başkeçid yaylasında, Maşaver vadisində,
rayon mərkəzindən 4 km qərbdədir. Tarixi sənədlərdə
Dağətəyi (Mtisdziri) vəya Mahmudlu kimi də qeyd olunub.
Əhalisi: 1870’də 25 ailədə 168 nəfər; 2002’də 243 nəfər,
2006'da 84 ailədə 293 nəfər.
Dostları ilə paylaş: |