=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 45
BOTANİKA kəndi – Qarayazı düzündə, şose kənarında,
rayon mərkəzindən 3 km günbatarda. 1956'da Sibirdən sür-
gündən qayıdan almanlar təşkil ediblər. Ərazisində Nəbatat
(Botanika) bağı olub, ona görə Botanika kəndi adlanıb. Azər-
baycanlılar yaşayırlar. Əhalisi: 2006'da 239 ailədə 1200 nəfər.
CANDAR kəndi – Candar gölünün (Ağgölün) günbatar sa-
hilində, rayon mərkəzindən 12 km gündoğarda, Gürcüstanın
Azərbaycanla sərhəd zolağı yaxınlığında, dəniz səviyəsindən
320 m yüksəklikdə. Candar türk tayfasıyla ilgili ola bilər. Tarixi
qaynaqlarda kəndin adına Gölkənd şəklində də rast gəlinir.
Ərazisi: 2000 ha əkin sahəsi. Əhalisi: 1870’də 46 ailədə 265
nəfər; 1886-cı ildə 37 ailədə 253 nəfər; 1918’də 76 ailədə 425
nəfər; 1926’da 167 ailədə 661 nəfər; 1989-cu ildə 3115 nəfər;
2002’də 3118 nəfər. Məktəbin tarixi 1922-ci ildən götürülür,
indi orta məktəb (2006’da 240 şagird, 22 müəllim)
fəaliyətdədir. Məşhurları: ağsaqqallar Seyid Abbas, Seyid
Yəhya, Xoca kişi, Hacı Əhməd, Şəmil Xəlilov, Mirzə
Məmmədov, Gürcüstan Parlamentinin üzvü olmuş Məmməd
Məmmədov, veteran müəllimlər Tamam Paşayeva, Hüseyn
Çopurov, Qulu Həsənov, Həmid Quluyev, Abdulla Daş-
dəmirov, Yasin Məmmədov, Vəli Əhmədov, Hacı Əhmədov,
Aydın Musaoğlu, ictimaiyətçilər Telman Şəmiloğlu, Rüfət
Cəlaloğlu, Camal Bəkiroğlu, Vidadi Hacıoğlu, Nəriman Xoca-
oğlu, polkovnik Yasin Orucov vb.
KALİNİN kəndi – Qarayazı düzündə, şose yolu kənarında,
rayon mərkəzindən 5 km günbatarda, dəniz səviyəsindən 310
m yüksəkdə. 1956-ci ilədək adı Tatyanovka (Qafqaz canişini
Voronsovun qızı Tatyananın şərəfinə) olub. Əhalisi: 2002’də
1156 nəfər, 2006'da 312 ailədə 1200 nəfər. Orta məktəb var.
Məşhurları: ağsaqqallar Əjdər Qaracayev, Qasım Əliyev,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 46
veteran müəllim Rəşid Məmmədov, Yunis Osmanov, Tanrıqulu
Məmmədov, rəssam Hümbətəli Qaraca vb.
KOSALI kəndi – Qarayazı düzündə, avtomobil yolu
kənarında, rayon mərkəzindən 5 km gündoğarda, dəniz
səviyəsindən 290 m yüksəklikdə. Qaynaqlarda adına Qacalar-
Kosalı şəklində rast gəlinir. Ərazisi: 153,3 kv.km., əkin sahəsi
2257 ha. Əhalisi: 1886-cı ildə 161 ailədə 887 nəfər; 1926’da
425 ailədə 2004 nəfər; 1995’da 1095 ailədə 5836 nəfər;
2002’də 5612 nəfər, 2006'da 6000 nəfər. 19-cu əsrdən
məscid fəaliyətdədir. Dünyəvi məktəb 1918’dəndir, Məmməd
Xiyalov adına orta məktəb (2006’da 1028 şagird, 73 müəllim)
var. Məşhurları: şair Zabit, şair, Qori seminariyasının müəllimi
Mirzə Mehdi Vəlizadə, ağsaqqallar Nəbi əfəndi, Hacı Əmir,
Hacı Vəli, Mustafa, Yunus Mehralıoğlu, Qurban ağa (Xozeyin),
Savrı İsayev, Məmməd Xiyalov, Bədirxan İsmayılov, İsgəndər
Orucoğlu, Qoca Xiyallı, Hacı Haley, el şairi Mayıl Usuboğlu, el
qəhrəmanı İsaxan, ustad aşıqlar Əlixan Qarayazılı, Aslan
Kosalı, profesorlar Camal Mustafayev, Hamlet İsaxanlı,
Elmxan Mahmudov, Rzaxan Mahmudov, İsaxan İsayev, Rza
Məmmədəlizadə, Əli Müftizadə, Rüfət Eminov, Vəli Ləzgiyev,
Məcid Musayev, Vahid Şirinov, Fərhad Acalov, veteran müəl-
limlər Əsgər Məmmədəlizadə, Vəli Ləzgiyev, Məhəd Abbasov,
Fərrux Kərimov, Süleyman Abdullayev, şairlər Vəli Qədirli,
Zahid Ələmpaşalı, Afiq Muxtaroğlu, həkimlər Xiyal Xiyalov,
Nizami Bağırov, Xəlid Kamilov, Tapdıq Bağırov, jurnalistlər
Müzəyət Yusifli, Şahismayıl Şəmmədoğlu, Paşa Kəsəmənli,
Nadir Almazoğlu, ictimaiyətçilər Arif İsayev, Məhəmməd Ba-
ğırov, Sirəc Aslanoğlu, Qaraxan Xiyalov, Şahvələd Xiyalov,
Suddarxan İsayev, Müşfiq İsayev, Mərdan Dilənçiyev vb.
QARACALAR kəndi – Kür çayının sol sahilində, rayon
mərkəzindən 19 km şimal-qərbdə, Tbilisidən 10 km
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 47
gündoğarda, Tbilisi–Bakı dəmiryolunun kənarında, dəniz
səviyəsindən 355 m yüksəklikdə. Oğuz mənşəli Qaraca,
Qaracör tayfalarıyla, qıpçaqlardakı qaraçay tayfasıyla, qılıclı
tayfasının Qaraca qoluyla ilgili ola bilər. Əhalisi: 1869-cu ildə
69 ailədə 498 nəfər; 1886-cı ildə 86 ailədə 563 nəfər; 1926’da
171 ailədə 711 nəfər; 2002’də 4141 nəfər (2052 kişi, 2089
qadın), 2006'da 5121 nəfər. 1870’dən məscid fəaliyətdədir.
Dünyəvi məktəbin tarixi 1920-ci ildəndir, hazırda Səyad
Xəlilov adına orta məktəb (2006’da 502 şagird, 37 müəllim)
var. Məşhurları: veteran müəllimlər Osman Qərənizadə, Mə-
həmməd Qərənizadə, Bayram Əliyev, Məhəmməd Sadıqov,
Kərəm Səfərov, Arif Bəhməlov, Səyad Nuruyev, Alı Sofuyev,
ağsaqqallar Mirzə Əli ağa, Molla Qurban, Hacı Abdulla, çar
polkovniki Sofu Əlləzoğlu, Azərbaycan Elmlər Akademiyası
müxbir üzvü Ramiz Məmmədov, profesorlar Məhəd Sofuyev,
Sabir Əliyev, Əkbər Əliyev, Namiq Mehdiyev vb.
NAZARLI kəndi – Qarayazı düzündə, Qardabani–
Böyükkəsik şose yolunun kənarında, rayon mərkəzindən 6 km
gündoğarda, dəniz səviyəsindən 280 m yüksəklikdə.
Məxəzlərdə Qacalar-Nazarlı şəklində də rast gəlinir. Ərazisi:
1100 ha əkin sahəsi. Əhalisi: 1886-cı ildə 102 ailədə 684
nəfər; 1926’da 374 ailədə 1621 nəfər; 1995’də 1350 ailədə
5350 nəfər; 2002’də 5808 nəfər, 2006'da 6000 nəfər. Orta
məktəb (2006’da 529 şagird, 44 müəllim) fəaliyətdədir.
Məşhurları: el qəhrəmanı qaçaq Cahangir, din xadimləri Molla
Xoca, Molla Ömər, Molla İbrahim, ağsaqqallar Vilayət Əliyev,
Məmli Qulamoğlu, Məmmədcəfər Piriyev, Əhməd Dursunoğlu,
Əhməd Feyzioğlu, İsa Qarallı, Hümbət kişi, veteran müəllimlər
Məhəmməd Osmanoğlu, Keçəloğlu Hümbət, İsa Bayramoğlu,
Almaz Vəliyev, Yusif Allahverdiyev, Yusif Ömərov, Allahverdi
İsmayıloğlu, Vəkil Musayev, Osman Osmanov, Göycə Aslanov,
Qəzənfər Qulamov, Xoca Məmmədov, profesorlar Adilxan
Dostları ilə paylaş: |