=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 42
Muğanlı, Ağtəhlə, Qaratəhlə, Qaracalar, Birlik, Botanika, Kali-
nin, Təzəkənd, Candar, Vaxtangis, Aşağı Kəpənəkçi, Ambar-
təpə kəndlərində tamamilə, Qardabani şəhərində qarışıq şə-
kildə yaşayırlar. 2006’da rayonda 14 Azərbaycan məktəbi,
bunun 11-i orta, 3-ü baza (doqquzillik) məktəbi, 5283 nəfər
azərbaycanlı şagird, 436 nəfər azərbaycanlı müəllim olub.
QARDABANİ ŞƏHƏRİNDƏ. – Qarayazı düzündə,
Qarayazı meşəsinin, Kür çayının sol sahilində, Tbilisidən 42
km gündoğarda, Tbilisi–Bakı dəmir-
yolunun,
Rustavi–Böyükkəsik
avtomobil yolunun kənarında, dəniz
səviyəsindən 310 m yüksəklikdə.
Qardaban
toponimi
Girdman
hakimliyinin və eyniadlı tayfanın
adıyla əlaqələndirilir. Əvvəlki adı
Qarayazı olub. Əzəlki Qaratəpə
kəndinin ərazisindədir, 1932-ci il 22
dekabr tarixdə Qaratəpə kəndi
Qarayazı qəsəbəsinə birləşdirilmişdi.
1947-ci il 18 mart tarixdən Qarayazı
adı Qardabani adıyla əvəzlənmişdi. 1969-cu ildən şəhərdir.
İndi soydaşlarımız yaşayan Qaratəpə, Aşağı Kəpənəkçi
kəndlərini, Vağzal (Tbiliscğaro) qəsəbəsini də içinə alır. Azər-
baycanlı əhalisi: 2002’də 7176 nəfər. İki məscid olub: 19-cu
əsrə aid Xoylu və Marağa məscidləri; sonra Xoylu məscidi
bərpa edilərək, Qarayazı Cümə məscidi adlandırılıb. Bakı,
Nizami, Vaqif, Axundov, Səməd Vurğun, Əzizbəyov, Abdulla
Mustafayev küçələri də var. Qaratəpə məktəbi 1919-cu ildə
açılıb; Müqəddəs Nemətov adına 3 saylı Azərbaycan orta
məktəbi (2006’da 659 şagird, 61 müəllim) və İsa İsmayılzadə
adına 6 saylı Azərbaycan təməl məktəb (2006’da 114 şagird,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 43
16 müəllim) fəaliyətdədirlər. Məktəbin keçdiyi yol barədə "Elin
sönməz ziyası" adlı kitab (Bakı, 2001) buraxılıb. Məşhurları:
ağsaqqallar Abdulla Mustafayev, Əli Şıxıyev, Hacı Daşdəmirov,
Abdulla Daşdəmirov, əmək qəhrəmanı Gülsənəm Əliyeva,
şairlər İsa İsmayılzadə, Vəli Tomayev, Arif Mustafazadə,
Gürcüstan Parlamentinin deputatı olmuş alim Müqəddəs Ne-
mətov, veteran müəllimlər Rüstəm Məmmədov, Cəlil
Məmmədov, Zülfü Tomayev, Tanrıverdi Sadıqov, Məhəmməd
Nemətov, Həmid Musayev, Zabit Hüseynov, "Şərəf" ordenlilər
Rza İsgəndərov, Hidayət Yusifov, Kazım Bədəlov, Firdovsi
İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Şahvələd Xəlilov, alimlər Kamil Şərifov, Cabbar Məm-
mədov, Sabir Daşdəmirov, Qorxmaz Baxışov, Sabir Əliyev,
Ziyəddin Sadıxov, Ələddin Mahmudov, Əlixan Musayev,
Ələddin Bədəlov, Ələddin Hüseynov, Xəmməd Gözəlov,
Əhməd Musayev, Yaqut Nemətov, ictimaiyətçilər Gürcüstan
Parlamentinin üzvü olmuş Ramin Bayramov, Telman Həsənov,
İlyas Məmmədov, Akif İsmayılov, rəssam Tarıyel Əliyev,
heykəltəraş Fərhad Heydərli, polkovnik Hamlet Daşdəmirov,
din xadimi Ramin İgidov vb.
AXALŞEN kəndi – Qarayazı düzündə, şose yolu
kənarında, rayon mərkəzindən 3 km günbatardadır. Alman
koloniyası olub. İlk adları Telman, Qofrunstal olub. Almanlar
sürgün olunandan sonra buraya Təhlə, Kosalı, Candar
camaatlarından azərbaycanlılar gəlib yerləşiblər. Əhalisi:
2002’də 1184 nəfər (87% – 1030 nəfər azərbaycanlı).
AMBARTƏPƏ kəndi – Qarayazı düzündə, Tbilisi–
Qardabani şosesinin kənarında, rayon mərkəzindən 4 km
günbatarda, dəniz səviyəsindən 305 m yüksəkdə. Tarixi
məxəzlərdə adı Ambartəpə (Ambartayfa) şəklində 19-cu əsrdə
də çəkilir. Alman koloniyası olub, Traunbenstal adlanıb, Roza
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 44
da deyilib, 1943-cü ildən sonra Təhlə camaatının bir qismi
buraya köçüb, adı Ambartəpə olub. Əhalisi: 2002’də 131
nəfər (81% – 106 azərbaycanlı, 13% – 75 gürcü).
AŞAĞI KƏPƏNƏKÇİ kəndi – Qarayazı düzündə,
Qarayazı meşəsinin, Kür çayının sol sahilində, rayon
mərkəzindən 3 km qərbdə, dəniz səviyəsindən 300 m
yüksəklikdə. Başqa Kəpənəkçi elləri kimi, bu kəndin adı da
qədim türk mənşəli Pəçənek tayfasının Kapan/Kəpən qolu ilə
bağlı ola bilər. Kəndə Cəfərli, Ulukişili, Zərgər də deyilib. İndi
Qardabani şəhərinin idarəsi nəzdindədir. Sahəsi: 42 ha əkin
yeri. Əhalisi: 1918’də 87 ailədə 65 nəfər; 1926’da Yuxarı
Kəpənəkçidə 338 nəfər, Aşağı Kəpənəkçidə 86 nəfər; 2002’də
təxminən 125 ailədə 1020 nəfər. İlk məktəb 1938-ci ildə
yaradılıb, təməl məktəb (2006’da 79 şagird, 12 müəllim)
fəaliyətdədir. Məşhurları: Qori seminariyasının müdavimi Paşa
Məhəmmədəlioğlu, el şairi Məhəmməd Qasımoğlu, ağsaqqal
Bayram kişi, veteran müəllimlər İsmayıl Xudayev, Əbdüləziz
Məhəmmədoğlu, Elşad Həsənov, təsərrüfatçı Xəlil Nəbiyev vb.
BİRLİK kəndi – Qarayazı düzündə, Tbilisi–Qardabani
şosesinin kənarında, rayon mərkəzindən 3 km günbatarda,
dəniz
səviyəsindən
310
m
yüksəklikdə.
1928'də
Ağtəhləlilərdən ibarət «Birlik» kənd təsərrüfatı arteli
yaradılmaqla salınıb. Əhalisi: 1926’da 158 nəfər; 2002’də
87% azərbaycanlı olmaqla 298 ailədə 1184 nəfər, 2006'da
396 ailədə 2100 nəfər. Məşhurları: ağsaqqallar Bəki Söyün
oğlu, Əjdər İbrahimov, Bayram Gözəlov, veteran müəllimlər
Yunus Osmanov, Pirməmməd İbrahimov, Məhəd Vəliyev,
Hacalı
Mustafayev,
Səfər
Sadıqov,
Musa
Əhmədov,
təsərrüfatçı "Şərəf" ordenli Məhərrəm Həsənov, profesör
Xəmməd Gözəlov, din xadimi Məşədi Namiq, şair-jurnalist
Əbdüləli İbrahimsoy, aşıq Ağacan vb.
Dostları ilə paylaş: |