=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 33
Rafiq İsmayılov, güləş üzrə dünya və Avropa çempionu
Kamandar Məcidov, ictimaiyətçilər Paşa Aslanov, Niyaz
Məcidov, şair-alim-jurnalist Knyaz Aslan vb.
HÜSEYNKƏND (Söyünçay) kəndi – Qomaret (Güməret)
yaylasında, rayon mərkəzindən 25 km günbatar səmtdə,
dəniz səviyəsindən 1380 m yüksəkdə. 1701-ci il sənədlərində
bu kəndin adı var. Əhalisi: 1926’da 17 ailədə 70 nəfər;
2002’də 135 nəfər. İbtidai məktəb var. Məşhurları: hüquqçu
Məmməd Məmmədov vb.
KİROVİS kəndi – Qomaret yaylasında, rayon mər-
kəzindən 14 km şimal-qərbdə, dəniz səviyəsindən 1260 m
yüksəkdə. 1940-cı illərədək almanlar yaşayıblar və Valdheym
adlanıb. Həmin vaxtlardan azərbaycanlılar yaşayırlar. 1943-cü
il 5 avqust tarixdən Kirovis adlanır. Əhalisi: 2002’də 481 nəfər
(225 kişi, 256 qadın), 2006'da 111 ailədə 515 nəfər. Təməl
məktəb var. Məşhurları: ağsaqqal Qurban Qocayev, veteran
müəllimlər Şamxəlil Məmmədov, Hüseyn Əliyev, Səyad
Muradov vb.
QAMIŞLI
kəndi
– Başkeçid yaylasında, rayon
mərkəzindən 40 km cənub-şərqdə, dəniz səviyəsindən 1460
m yüksəklikdə. 1536-cı ilin sənədlərində Qamışkənd adı qeyd
olunub. Toponim qızılbaşların Komuşlu tirəsi ilə ilgili ola bilər.
Əhalisi: 1870’də 30 ailədə 508 nəfər; 1918’də 403 nəfər;
1926’da 72 ailədə 509 nəfər; 2002’də 355 nəfər (177 kişi, 178
qadın), 2006'da 106 ailədə 412 nəfər. Məktəb 1921-ci ildən
fəaliyətdədir və indi təməl məktəb var.
QARABULAQ kəndi – Qarabulaq (Zurdakərd) çayının
sahilində, rayon mərkəzindən 22 km günbatarda, dəniz
səviyəsindən 1340 m yüksəklikdə. Toponim Qəryə-Bulaq, yəni
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 34
Bulaq kəndi anlamında ola bilər. Yaxınlıqda gec paleolitə aid
arxeoloji
düşərgə,
bu
düşərgədə
kiçik
üçbucaqlar,
dördbucaqlar, daş kürəciklər tapılıb. Qarabulaq və Ağbulaq
çayları arasında 11-ci əsrə aid kiçik kilsə saxlanır. Kənd Yuxarı
Qarabulaq və Aşağı Qarabulaq ellərinə bölünür. Qarabulağın
adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8
nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib. Əhalisi:
1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-
Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45
nəfər; 1926’da 110 ailədə 765 nəfər; 2002’də Yuxarı Qara-
bulaqda 1114 nəfər, Aşağı Qarabulaqda 333 nəfər, 2006'da
Yuxarı’da 311 ailədə 1234 nəfər, Aşağı’da 121 ailədə 386
nəfər. Məktəb 1921-ci ildən var; Yuxarı Qarabulaqda təməl
məktəb (150 şagird), Aşağı Qarabulaqda ibtidai məktəb (16
şagird) fəaliyətdədirlər. Məşhurları: şair Məhəmməd Şindili,
profesorlar Fariz Mikayılov, Əzizxan Tanrıverdiyev, ictimaiyətçi
Cahangir Orucov, maarifçilər Əlibala Abdullayev, Cabbar
İsmayılov, Səlim Mikayılov vb.
QƏMƏRLİ kəndi – Başkeçid yaylasında, rayon mərkəzin-
dən 7 km günbatar səmtdə, dəniz səviyəsindən 1390 m yük-
səklikdə. Quzeydən Cənubi Qafqaza gəlmiş qədim Qəmər /
Qamər türk tayfasının adından ola bilər. Əhalisi: 1886-cı ildə
50 ailədə 304 nəfər; 1926’da 67 ailədə 406 nəfər; 2002’də
713 nəfər (341 kişi, 372 qadın), 2006'da qeydiyatda 295
ailədə 852 nəfər. Dünyəvi məktəbin tarixi 1922-ci ildən götü-
rülür, hazırda təməl məktəb (109 şagird) fəaliyətdədir. Məş-
hurları: Qori seminariyası məzunu Qulam Vahabov, şair Şamı
Balacaoğlu, ictimaiyətçilər Polad Ovçuyev, Həmid Abdullayev,
veteran müəllim Bəkir Hacıyev, polkovnik Əlləz Ovçuyev vb.
QIZILKİLSƏ kəndi – Lükün-Şindi dağının gündoğarında,
rayon mərkəzindən 8 km şimal-şərqdə, dəniz səviyəsindən
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 35
1220 m yüksəklikdə. Kəndin digər adı Dəmirçi-Hasanlı’dır.
Yaxında orta əsrlərə aid memarlıq abidəsi aşkarlanıb. Əhalisi:
1870’də 23 ailədə 151 nəfər; 1926’da 88 ailədə 588 nəfər;
2002’də 774 nəfər, 2006'da qeydiyatda 270 ailədə 775 nəfər.
Məktəbin tarixi 1920-ci ildən başlanır, orta məktəb var. Məş-
hurları: profesör Əlişir Musayev, əməkdar müəllim Aslan Man-
sırov, Ömər Orucov, Şamı Musayev, şairə Səadət Buta, hü-
quq-mühafizə işçisi Mehman Səlimov, ictimaiyətçi Vidadi Sə-
limov, həkim Namaz Musayev, Hüseynəli İsmayılov, alimlər
Gürcüstanda azərbaycanlıların məskənləri və yaşayış binaları
mövzusunun araşdırıcısı Adilxan Nəbiyev, gürcü dilinin tədrisi
metodikasının mütəxəssisi Alı Musayev, Borçalıda etnik pro-
seslər və ədəbi mühitin tədqiqçisi jurnalist Şahbaz Şamıoğlu,
"Borçalı aşıq məktəbi" monoqrafyasının müəllifi Tinatin Məm-
mədova, biznesmen İsmayıl İsmayılov, Şahsuvar Musayev vb.
QORA kəndi – Kiçik kənddir, əhalisi azərbaycanlılardan və
yunanlardan ibarətdir.
LÖKCANDAR kəndi – Lök dağlarının quzey ətəyində,
dəniz səviyəsindən 1450 m yüksəklikdə, rayon mərkəzindən
32 km cənub-şərqdə. Toponim qədim Leq və Candar Türk
tayfalarının adlarını yada salır. Cənub-şərq səmtdə qədim
tarixi abidələr, kəhrizlər, üzərində səkkizləpirli gül təsvirli
günbəzlər, məzarlıq var. Bu tərəflərdə Candar kənd adına
1536-cı ilin sənədlərində təsadüf olunur. Əhalisi: 1870’də 20
ailədə 380 nəfər; 1918’də 300 nəfər; 1926’da 49 ailədə 325
nəfər; 2002’də 258 nəfər, 2006'da 82 ailədə 282 nəfər.
Məktəbin tarixi 1917-ci ildən başlanır, indi təməl məktəb var.
Məşhurları: el ağsaqqalı Kərbəlayı Musa, polis polkovniki
Rəşid Musayev, şair Əlixan Düşgün vb.
MƏMİŞLƏR kəndi – Qomaret yaylasında, rayon mərkə-
Dostları ilə paylaş: |