=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 30
1180 m yüksəklikdə. Baxçalar yer adı 1701-ci ilin sənədində
xatırlanır. Əhalisi: 1721-ci ildə 25 ailə; 1870’də 4 ailədə 27
nəfər; 1926’da 15 ailədə 104 nəfər; 2002’də 149 nəfər (69
kişi, 80 qadın), 2006'da 35 ailədə 146 nəfər. İlk məktəb
1926’da yaradılıb. İbtidai məktəb (10 şagird) fəaliyətdədir.
BƏZƏKLİ kəndi – Qarasu çayının sol sahilində, rayon
mərkəzindən 8 km cənub-qərbdə, dəniz səviyəsindən 1280 m
yüksəklikdə. Bozox–bozoğluları türk tayfasının adının təhrifi
olduğu düşünülür. Əhalisi: 1870’də 19 ailədə 159 nəfər;
1918’də 22 nəfər; 1926’da Yuxarı Bəzəklidə 18 ailədə 80
nəfər, Aşağı Bəzəklidə 52 ailədə 325 nəfər; 2002’də 763
nəfər, 2006'da 252 ailədə 778 nəfər. Baza (doqquzillik)
məktəbi (113 şagird) fəaliyətdədir. Məşhurları: yüksək
vəzifələr tutmuş Hacımurad Xəlilov, alim Əli Nəsibov vb.
ÇOPURALLAR kəndi – Rayon mərkəzindən 25 km
qərbdədir. Yaxınlıqda son tunc və erkən dəmir dövrlərinə aid
arxeoloji materiallar, o cümlədən sak tipli döyüş baltaları,
tunc bıçaq ucları tapılıb. Əhalisi: 2002’də 108 nəfər, 2006'da
50 ailədə 115 nəfər.
DAĞ ARIXLI kəndi – Lükün-Şindi dağının qərb
ətəklərində, rayon mərkəzindən 12 km şimal-qərbdə, dəniz
səviyəsindən 1460 m yüksəklikdə. Bu toponim də, aran
Arıxlısı kimi, qıpçaqların Arıq tayfasının, Orta Asiyada qıpçaq
qaraqalpaqlarda indi də mövcud olan Arıq qövmünün adını
əks etdirə bilər. Tarixi qaynaqlarda kəndin adına Məryəmli
şəklində də rast gəlinir. Əhalisi: 1886-cı ildə 18 ailədə 137
nəfər; 1926’da 41 ailədə 290 nəfər; 2002’də 711 nəfər (354
kişi, 357 qadın), 2006'da 146 ailədə 766 nəfər. Məktəb
1926’da açılıb, indi təməl məktəb (97 şagird) var.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 31
DAĞ QIZILHACILI kəndi – Qomaret yaylasında, rayon
mərkəzindən 20 km şimal-qərbdə, dəniz səviyəsindən 1240 m
yüksəklikdə. Aran-Qızılhacılısı kimi, Dağ Qızılhacılısının da qıp-
caq-qarapapaqlara bağlı tayfanın adındandır. Kəndin adına
19-cu əsrin tarixi qaynaqlarında Təhməzqulu-Qızılhacılı
şəklində rast gəlinir. Əhalisi: 1870’də 25 ailədə 168 nəfər;
1926’da 67 ailədə 423 nəfər; 2002’də 341 nəfər (156 kişi, 185
qadın), 2006'da 88 ailədə 336 nəfər. İlk məktəb 1930-cu ildə
yaradılıb, indi təməl məktəb (53 şagird) var.
DƏLLƏR kəndi – Başkeçid yaylasında, Maşaver çayının
sağ sahilində, rayon mərkəzindən 4 km cənub-qərbdə, dəniz
səviyəsindən 1160 m yüksəklikdə. Bolnis-Dəllər kəndi kimi, bu
Dəllər də türkmənşəli tayfalardan olub, qazaxlarda, başqırd-
larda, noqaylarda, qaraqalpaqlarda Tele/Tələ tayfasının adını
əks etdirir. Əhalisi: 1926’da 31 ailədə 253 nəfər; 2002’də 313
nəfər (162 kişi, 151 qadın). Dünyəvi məktəb 1923-cü ildə
təşkil edilib, ibtidai məktəb (15 şagird) fəaliyətdədir.
Məşhurları: polkovnik Vaqif Sadıxov vb.
DUNUS kəndi – Başkeçid yaylasında, Maşaver çayının sol
sahilində, rayon mərkəzindən 8 km şərqdədir. Bu toponimə
1536-cı ilin sənədlərində rastlaşırıq. Əhalisi: 1870’də 8 ailədə
54 nəfər; 1926’da 26 ailədə 195 nəfər; 2002’də 454 nəfər
(223 kişi, 231 qadın), 2006'da 135 ailədə 612 nəfər. Təməl
məktəb (84 şagird) var. Məşhurları: veteran müəllim
İmanqulu Nəsibov, hüquq-mühafizəçisi Səlimxan İsmayılov,
maarifçi Nizami Həsənov vb.
ƏNGİRƏVAN kəndi – Maşaver çayının sağ sahilində, ra-
yon mərkəzindən 13 km cənub-şərqdə, dəniz səviyəsindən
1160 m yüksəklikdə. 16-cı əsrin qaynaqlarında Əngirəvan–Sə-
məkürə yer adı xatırlanır. Əhalisi: 1870’də 7 ailədə 48 nəfər;
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 32
1918’də 103 nəfər; 1926’da 21 ailədə 133 nəfər; 2002’də 162
nəfər (86 kişi, 76 qadın), 2006'da 46 ailədə 167 nəfər.
GƏYLİYƏN kəndi – Başkeçid yaylasında, rayon mərkə-
zindən 14 km şərqdə, dəniz səviyəsindən 1340 m yüksəklikdə.
Əhalisi: 1870’də 23 ailədə 154 nəfər; 1926’da 42 ailədə 305
nəfər; 2002’də 640 nəfər (323 kişi, 317 qadın), 2006'da 175
ailədə 636 nəfər. Təməl məktəb (61 şagird) fəaliyətdədir.
Məşhurları:
profesorlar
Xaləddin
İbrahimli,
Kərəm
Məmmədov, veteran müəllim Hümbət Abdullayev, jurnalistlər
Mədəd Coşğun, Şamxəlil Məmmədov, Emin Mahmudov vb.
GÖDƏKDAĞ kəndi – Başkeçid yaylasında, rayon
mərkəzindən 9 km günbatar səmtdə, dəniz səviyəsindən 1450
m yüksəklikdə. Türkmənşəli Get tayfasının, oğuz soylu
Gödəkli tayfasının, Xəzərlərin Gödəklər qolunun, qədim Katak
tayfasının adıyla dağ sözünün birləşməsindən ibarət olduğu
hesab edilir. Əhalisi: 1886-cı ildə 16 ailədə 171 nəfər; 1926’da
26 ailədə 155 nəfər; 2002’də 362 nəfər, 2006'da 118 ailədə
419 nəfər. İbtidai məktəb var.
HAMAMLI kəndi – Qarabulaq çayının sol sahilində, rayon
mərkəzindən 9 km güneydə, dəniz səviyəsindən 1160 m
yüksəklikdə. Kəndin güneyində 1 km aralıda 12-ci yüzildən
qalma, girişi güneydən olan kilsə və kiçik məzarlıq
aşkarlanmışdır. Əhalisi: 1728-ci ildə 16 ailə; 1870’də 47 ailədə
409 nəfər; 1918’də 797 nəfər; 1926’da 127 ailədə 858 nəfər;
2002’də 1596 nəfər (769 kişi, 827 qadın), 2006'da 474 ailədə
1579 nəfər. Dünyəvi məktəb 1922-ci ildən var; hazırda orta
məktəb (249 şagird) fəaliyətdədir. Məşhurları: aşıq Sona, saz
ustası Məhəmməd Hamamlı, din xadimləri Hacı Musa,
Məhəmməd Musa oğlu, Hacı Salman Musayev, aşıq Vəkil
Hamamlı, hüquq-mühafizə işçiləri polkovnik Şahbaz Aslanov,
Dostları ilə paylaş: |