=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 54
MARNEULİ ŞƏHƏRİNDƏ. –
Alget çayının sahilində, dəniz
səviyəsindən 470 m yüksəklikdə,
Tbilisi
şəhərindən
39
km
güneydə. Marneuli toponimi bəzi
əzəl məxəzlərdə Künjürüt kimi də
verilir. Adı 1932-ci ilədək Sarvan
kəndi,
1932–1947-ci
illərdə
Borçalı qəsəbəsi olub. 1964-cü
ildən
şəhərdir.
Marneuli
rayonunun
mərkəzidir.
Lomtaqora, Sarvan və Candar
kəndlərini içinə alır. Şəhərin ərazisindən Alget çayı axır,
Tbilisi–İrəvan, Tbilisi–Qazret dəmiryolları, Tbilisi–Sadaxlı,
Tbilisi–Bolnisi avtomobil yolları keçir. İsti kontinental iqlimə
malikdir. Orta illik temperatur 12°C.-dir. Şəhərdə Nizami
Gəncəvinin, Şota Rustavelinin, Nəriman Nərimanovun, Mixeil
Cavaxişvilinin barelyefləri, abidələri ucalır. Nizami, Nəsimi,
Füzuli, Xudu Borçalı, M.F.Axundov, Nəriman Nərimanov, Ab-
dulla Şaiq, Sabir, Məmmədəmin Rəsulzadə, Kərim Şərifov,
Səməd Vurğun, Əmrah Aslanov, Şıxəli Qurbanov, Ayvaz
Həsənov, Hacımurad Xəlilov küçələri də var. Abdulla Şaiqin
dədə-baba ocağında onun ev muzeyi açılıb. Məscid, kilsə,
mədəniyət evi, dəmiryol stansiyası, bir neçə sənaye
müəssisəsi, xəstəxana-poliklinika kompleksi var. Şəhərdə
hazırda 17875 azərbaycanlı yaşayır. 3 orta məktəbdə
(2005’də müvafiq olaraq 229, 528, 87 şagird), baza
(doqquzillik) məktəbində (210 şagird) və internat-məktəbdə
(605 şagird, 50 müəllim) tədris Azərbaycan dilində aparılır,
həmçinin Gürcüstan Dövlət İdarəetmə İnstitutu, Tbilisi Dövlət
Texniki Universitəsinin fakültəsi, İvane Cavaxişvili Dövlət
Universitəsinin, İlya Çavçavadze Dövlət Universitəsinin filialları
fəaliyətdədirlər.
Sarvan məscidi
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 55
AĞƏMMƏDLİ kəndi – Rayon mərkəzindən 17 km güney-
də, dəniz səviyəsindən 360 m yüksəklikdə, Dəvədöy çayının
sağ sahilində, Babakər dağının ətəyində, Ermənistanla sər-
həddə. Əhalisi: 1870’də 53 ailədə 155 nəfər; 1926’da 105
ailədə 575 nəfər; 2002’də 2867 nəfər (1420 kişi, 1447 qadın).
Nəsilərindən: Tükəni, Nazarlı, Kərbəlaöyü, Ayvazlı, Qraçlı, Qa-
zaxlı... İlk məktəb 1934-də yaradılıb, orta məktəb (2005’də
504 şagird, 60 müəllim) var. Məşhurları: ictimaiyyətçilər Mux-
tar Bədəlov, Paşa Bağırov, Rəhmənsə İbrahimova, Məhərrəm
Bağırov, Mustafa Məhərrəmov, Nizami Miriyev, veteran müəl-
limlər İbad Əliyev, Kərəm Tükənov, Çoban Musayev, Əlixan
Məmmədov, Cavanşir Mehdioğlu, Əşrəf Tükənov, Bayram
Allahyarov, profesörlar Şəmistan Bağırov, Mahal Tükənov,
şair-publisistlər Eyvaz Borçalı, Kamran Mehdi, hüquq-mühafi-
zə işçisi Mehrab Tükənov, polkovnik Malik Musayev, sazbənd
Dünyamalı, sazbənd Elbəyi, şair Kamran Mehdi vb.
AĞQULA kəndi – Rayon mərkəzindən 26 km güneydə,
dəniz
səviyəsindən
630
m
yüksəklikdə,
Gürcstanla
Ermənistanın sınırında. Toponim Bulqarların qıpçaq tirəsi Kol,
Qafqaz Albanyasındakı Kel, Qıpçaq-qarapapaqların Kul
tayfalarını xatırladır. El arasında Ağqüllə də deyilir. Əhalisi:
1926’da 25 ailədə 109 nəfər; 2002’də 150 nəfər. Məşhurları:
ictimaiyyətçi Aydın Məmmədv, professorlar Nurəddin Baba-
yev, Asəf Süleymanov, alimlər Vidadi Mustafayev, Mehralı
Məmmədov, Seyran Babayev, yazıçı, alim Arif Əmrahoğlu,
veteran müəllim Lətif Mustafayev vb.
AXLILƏLƏ kəndi – Borçalı çökəyində, Dəvədöy çayının
sol sahilində, rayon mərkəzindən 26 km güneydə, Marneuli–
Sadaxlı avtomobil yolunun, Tbilisi–Sadaxlı dəmiryolunun
kənarında, dəniz səviyəsindən 410 m yüksəkdə. Əhalisi:
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 56
1870’də 14 ailədə 94 nəfər; 1926’da 42 ailədə 182 nəfər;
2002’də təxminən 330 ailədə 805 nəfər (415 kişi, 390 qadın).
Təməl məktəb (2005’də 172 şagird, 19 müəllim) fəaliyətdədir.
Məşhurları: ağsaqqallar Pənah Poladov, Dursun kişi, şair
Qulamhüseyn Borçalı, ictimaiyətçi Vaqif Rzayev vb.
AXLIMAHMUDLU kəndi – Borçalı çökəyində, Dəvədöy
çayının sol sahilində, rayon mərkəzindən 12 km güneydə,
dəniz səviyəsindən 340 m yüksəklikdə. Əhalisi: 1870’də 26
ailədə 174 nəfər; 1926’da 44 ailədə 194 nəfər; 2002’də 758
nəfər (375 kişi, 383 qadın). İlk məktəb 1936-cı ildə yaradılıb,
indi təməl məktəb (2005’də 147 şagird, 20 müəllim)
fəaliyətdədir. Məşhurları: Seyid Rza, Seyid Mirzağa, Seyid
Hüseyn, Seyid Məhəmməd, Seyid Miri, Seyid İsmayıl,
Kərbalayı Əsəd, ustad aşıq Dədə Əmrah vb.
ALGET (Meçidli Görarxı) kəndi – Alget çayının sol
sahilində, rayon mərkəzindən 7 km
cənub-şərqdə, dəniz səviyəsindən
360 m yüksəklikdə. Görarxı elatının
ən böyük eli, mərkəzi. Görarxının
əzəl adları Əmirxaslı, Əmirli olub.
Gürcüstan Dövlət Arxivində 19-cu
əsrə aid Borçalının Əmirxaslı kən-
dində köçürülmüş 16-cı əsr müəllifi
Məhyəddin Məhəmməd Bərdəlinin
«Hədaiq» əsəri saxlanır. İndi də
burada iri məhəllələrin birinə Əmirli,
digərinə Kolayır məhəllələri deyilir. İri
arx (kanal) çəkiləndən sonra Görarxı adlanmışdı. 1959-cu il 3
avqust tarixli fərmanla Alget adlanıb. İndi ayrı-ayrı kəndlərə
(Alget, Əzizkənd, Hacıisəkənd, Sabirkənd, Təzəkənd) bölünsə
də, el arasında yenə Görarxı kimi tanınır. Buradakı məscid
Görarxı məscidi
Dostları ilə paylaş: |