=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 48
Abdullayev, Cəlal Abdullayev, Əhməd Piriyev, həkim Bəhram
İsmayılov, jurnalist Telman Nəzərli vb.
PONİÇALA (SOĞANLIQ) kəndi – Gürcüstan–Azərbaycan
magistral şosesi kənarında, paytaxtdan 2 km gündoğarda,
rayon mərkəzindən 22 km günbatarda. Toponim qədim Sak
türk boylarıyla ilgiləndirilir. Ponicala da Öncala mənasına gəlir.
Tbilisi şəhərilə bitişikdir. 1973-cü ilədək adı Soğanlıq olub.
Əzəl məxəzlərdə Qurqud, Qorqud, Qorqudoba şəklində, 18-ci
əsrdən sonrakı qaynaqlarda (o cümlədən 18-ci əsrin
"Şəhriyar" yazılı dastanında) Soğanlıq şəklində xatırlanır.
1795-ci ildə Ağa Məhəmməd Qacarın gürcülərlə döyüşü bu
ərazidə baş verdiyi səbəbindən Soğanlıq döyüşü adlanır.
Ərazisi: 120 hektardan artıq. Əhalisi: 1728-ci ildə 37 ailə;
1869-cu ildə 19 ailədə 120 nəfər; 1886-cı ildə 40 ailədə 269
nəfər; 1918’də 95 ailədə 570 nəfər; 1926’da 161 ailədə 738
nəfər; 1989’da 700 ailədə 4500 nəfər; 2002’də 5698 nəfər.
Dünyəvi məktəb 1920-ci ildə yaradılıb. İndi orta məktəb
(2006’da 379 şagird, 29 müəllim) var. Məşhurları: Qori
seminaryası məzunu Abbas İsayev, məşhur ustad aşıq Sadıq
Sultanov, ağsaqqallar Hacı Qurban, Məşədi Allahverdi,
Gülməmməd Kərəmoğlu, Nuru kişi, İsa kişi, din xadimləri
Seyid Miri, Məşədi Qulam, elmlər akademiyasının müxbir
üzvləri İsa Kərimov, Zemfira Verdiyeva, elmlər doktorları
Kamil Qəhrəmanov, Vüqar Əliyev, Vaqif Məmmədov, veteran
müəllimlər Şamil Qəhrəmanov, Rzaqulu Axundov, Əmir
Abdinov, Qurbanəli Qurbanov, Rüstəm İsayev, İbayət
Məmmədov, Akif Nuruyev, Nəriman Qurbanov, Nurəhməd
İsayev, ictimaiyətçilər Hacıbağır Allahverdiyev, Hacıvəli İsa-
yev, Xələddin Paşayev, el şairi Dəryeynur vb. Kənd haqqında
Vüqar Əliyevin və Nurəhməd İsayevin kitablari yayınlanmışdır.
SƏRTCALA-MUĞANLI kəndi – Yor yaylasında, Samqor
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 49
düzündə, Yor (Qavrı-Qabırrı) (Qabırrı hidronimi Qabar/Qabır
türk tayfasını da xatırladır) çayının sağ sahilində, Alvan
dağının ətəyində, rayon mərkəzindən 47 km quzeydə, Tbilisi–
Kaxet şosse yolunun 45 kilometrliyində, dəniz səviyəsindən
740 m yüksəkdə. Sərtcala Tiflisin günbatarındakı Avçala
(Ovcala), gündoğarındakı Ortacala toponimləriylə zəncirvari
həlqə təşkil edir. Muğanlı adı da başqa bu tipli kəndlər kimi,
Muğ/Muğan tayfası ilə əlaqədardır. Ərazisi: 200 hektardan
artıq. Əhalisi: 1886-cı ildə 99 ailədə 637 nəfər; 1918’də 190
ailədə 1038 nəfər; 2002’də 3558 nəfər (1695 kişi, 1863
qadın), 2006'da 3800 nəfər. Məktəb 1913-cü ildən
fəaliyətdədir, 2006’da Muğanlı orta məktəbində 445 şagird,
36 müəllim olub. Məşhurları: aşıq Arif, el ağsaqqalları Mutu
Abbasoğlu, Rza Orucəlioğlu, Novruz Alıoğlu, Qasım Abbasov,
alimlər Tahir Qasımov, Kazım Allahyarov, Şəfiqə Həmidova,
İntizar Şabanov, Xudaverdi Qasımov, veteran müəllimlər
Rəşid Novruzov, Bəşir Allahyarov, Xəmməd Məmmədov,
Yəhya Qacirov, Firidun Abbasoğlu, Şamil Əlləzov, yazıçı Eyvaz
Əlləzoğlu, ictimaiyətçi Mahal Abbasov vb. Dilqəm
Tanrıqulunun "Qırx qapıdan biri bağlı" kitabında kəndə aid
etnoqrafik oçerklər var.
TƏHLƏ kəndi – Kür çayının sol sahilində, rayon
mərkəzindən 17 km günbatar səmtdə, Tbilisidən 13 km
gündoğarda, Tbilisi–Bakı dəmiryolunun kənarında, Qaçiani
stansiyasından 3 km aralıda, dəniz səviyəsindən 355 m
yüksəklikdə. Toponim məşhur Təklə tayfasının adını əks
etdirir. Qədim türkmənşəli Tele/Tələ tayfasının adını da
xatırlamaq olar. İki eldir: Ağtəhlə və Qaratəhlə. Ağtəhlənin
əhalisi: 1869-cu ildə 106 ailədə 1064 nəfər; 1878-ci ildə 1024
nəfər; 1886-cı ildə 122 ailədə 1091 nəfər; 1926’da 329 ailədə
1792 nəfər; 2002’də 4229 nəfər. Qaratəhlənin əhalisi: 1869-
cu ildə 29 ailədə 333 nəfər; 1886-cı ildə 67 ailədə 655 nəfər;
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 50
1926’da 45 ailədə 842 nəfər; 2002’də siyahıyaalma nəticəsinə
görə 2936 nəfər (1446 kişi, 1490 qadın), 2006'da Ağtəhlədə
5240, Qaratəhlədə 3200 nəfər. Dünyəvi məktəb 1919-cu ildə
yaradılıb, hazırda Ağtəhlədə orta məktəb (2006’da 191 şagird,
18 müəllim), Qaratəhlədə orta məktəb (2006’da 191 şagird,
13 müəllim) fəaliyətdədir. Məşhurları: şair Aşır (Aşır Seyid
Əhmədoğlu), şair Məmməd Xəlil, Qori seminariyası məzunu
Allahverdi Kəlbiyev, ağsaqqallar Allahverdi Qarabağlı, Yetim
İsmayıl, Həsənəli Kərbəlayı Əlioğlu, Müseyib Qasımoğlu (Pe-
terburq universitəsi məzunu), Piri Rüstəmoğlu, Güləhməd
Hüseynoğlu, məşhur şair Təhlə Novruz, veteran müəllimlər
Mürsəl Əfəndiyev, Güləhməd Musayev, Hüseyn Gözəlov, İs-
mayıl Əkbərov (əməkdar müəllim), Qəhrəman Əliyev,
Güləhməd Həsənov, Rövşən Hüseynov, Səməd Musayev,
Sədaqət Əliyeva, Aydın Məmmədov, profesorlar Ziyəddin Sa-
dıqov, Seyidəhməd Əhmədov, Vəli Musayev, Ələddin Mah-
mudov, Hidayət Hüseynov, Xanlar Məmmədov, Nizami
Qarabağlı, əməkdar müəllim Rövşən Hüseynov, hüquq-
mühafizə işçiləri Qəmbər Bayramov, polis polkovniki Asim Hə-
sənov,
hüquqşünas-polkovnik
Nurəddin
Orucov,
icti-
maiyətçilər Güləhməd Qəribov, Xanəhməd Qəribov, Hacı
Məmmədov, İsmayıl Bayramov, Ələddin Mirzəyev, Mirzə Mir-
zəyev, Savalan Mirzəyev, Gürcüstan azərbaycanlılarının tarixi
etnoqrafiyasının tədqiqçisi Əsəd Əliyev, rəssam Teymur
Kəlbiyev, şair Allahverdi Təhləli vb.
TƏZƏKƏND kəndi – Qarayazı düzündə, Tbilisi –
Qardabani şose yolunun kənarında, rayon mərkəzindən 6 km
günbatarda, dəniz səviyəsindən 320 m yüksəkdə. 1919-cu il-
də Ağtəhləlilərdən bina olub. Əvvəl adı İrvahamabad olub.
Əhalisi: 1926’da 95 ailədə 388 nəfər; 2002’də 344 ailədə
1856 nəfər (880 kişi, 976 qadın), 2006'da 390 ailədə 1800
nəfər. Təməl məktəb (2006’da 106 şagird, 15 müəllim) fəali-
Dostları ilə paylaş: |