=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 39
ŞAHMARLI kəndi – Maşaver vadisində, rayon mərkə-
zindən 8 km qərbdə, dəniz səviyəsindən 1380 m yüksəklikdə.
Toponim qədim şumerlərə bağlana bilər. Əhalisi: 1926’da 40
ailədə 248 nəfər; 2002’də 341 nəfər, 2006'da qeydiyatda 111
ailədə 569 nəfər. İlk məktəb 1929-cu ildə yaradılıb, ibtidai
məktəb fəaliyətdədir. Məşhurları: hərbi tibb polkovniki Musa
Musayev, general-mayor Cavanşir Məmmədov vb.
ŞİNDİLƏR kəndi – Lükün-Şindi dağının ətəyində, rayon
mərkəzindən 6 km şimal-qərbdə, dəniz səviyəsindən 1250 m
yüksəklikdə. Bu kənd adına 1536-cı ilin sənədlərində
(Barataşvililərin–Baratlıların bölgü kitabında) rast gəlirik.
1701-ci il siyahıyaalmasına görə, əhalisi 34 nəfər göstərilib.
19-cu əsrin tarixi qaynaqlarında kəndin adına Şindilər-
Kəpənəkçi biçimində də rast gəlinir. Yaxında ortayüzillərə aid
edilən salonşəkilli kilsənin qalıqları var. Əhalisi: 1870’də 19
ailədə 128 nəfər; 1926’da 70 ailədə 462 nəfər; 2002’də 467
nəfər (228 kişi, 239 qadın), 2006'da 246 ailədə 464 nəfər.
Məktəb 1928-ci ildəndir, ibtidai məktəb (18 şagird) var.
Məşhurları: profesör Fəxrəddin Həmidov, hüquq-mühafizəçisi
Vəkil Bayramov vb.
TĞİSPİRİ (Meşəağzı) kəndi – Hamamlı çayının sağ
sahilində, rayon mərkəzindən 14 km cənub-qərbdə, dəniz
səviyəsindən 1320 m yüksəklikdə. Toponim gürcücə meşəağzı
deməkdir. 1959-cu il 9 noyabr tarixə qədərki əzəl adı və el
arasındakı adı Boğazkəsəndir. Əhalisi: 1926’da 13 ailədə 22
nəfər; 2002’də 53 nəfər, 2006'da 20 ailədə 60 nəfər.
VAKE kəndi – Oruzman vadisində, dəniz səviyəsindən
1250 m yüksəkdə. Adı Qarakilsə olub. Əhalisi: 2002’də 317
nəfər, 2006'da 101 ailədə 342 nəfər.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 40
YAQUBLU kəndi – Başkeçid yaylasında, rayon
mərkəzindən 3 km qərbdə, dəniz səviyəsindən 1360 m
yüksəklikdə. Əhalisi: 1870’də 20 ailədə 134 nəfər; 1926’da 59
ailədə 377 nəfər; 2002’də 498 nəfər, 2006'da 199 ailədə 544
nəfər. Məktəb 1921-ci ildə yaradılıb, orta məktəb (128 şagird)
var. Məşhurları: əməkdar müəllim Sadıq Süleymanov, maarif-
çilər Ənvər Süleymanov, Mahmud Abdullayev, alim Cəmilə
Abdullayeva, hüquq-mühafizə işçisi Adil Hümbətov vb.
YIRĞANÇAY kəndi
–
Loru
yaylasında,
dəniz
səviyəsindən
1660 m yüksəklikdə,
rayon mərkəzindən 75
km
cənub-qərbdə.
Əhalisi: 1870-cı ildə 80
ailədə
536
nəfər;
1918’də
972
nəfər;
1926’da 174 ailədə 1078 nəfər; 2002’də 600 ailədə 2678
nəfər, 2006'da 602 ailədə 2591 nəfər. Dünyəvi məktəbin tarixi
1923-cü ildən götürülür, hazırda orta məktəb (358 şagird)
fəaliyətdədir. Məşhurları: din xadimi Məhəmməd Osmanoğlu,
el ağsaqqalları Nazar, Veyis, Məhəmməd Yadigaroğlu, Törə
Məmməd, Yunus bəy Çırpanoğlu, Sarı Həmid, el şairləri
Misginoğlu Allahverdi, Qartomar, Dəvəçioğlu Şahbəddin,
Yolçu Novruz, Vəzir Əliyev, Aslan Çırpanlı, İrşad Ömərov,
Ələddin Rüstəmov, əməkdar müəllim İdris Çırpanlı, veteran
müəllim Cəlal Yadigarov, həkim Bilal Yadigarov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 41
QARDABANİ RAYONUNDA – Ölkənin gündoğar qismin-
dədir. 1930-cu ilədək Tiflis qəza-
sına daxil olub, 1938-ci ildən Qa-
rayazı rayonu adlanıb, 1947-ci il
18 mart tarixdən Qardabani rayo-
nu adlanır. Hüdudları: cənubda
Azərbaycan, şərqdə Saqareco ra-
yonu, qərbdə Tetricğaro və Mar-
neuli rayonları, şimalda Msxeta
rayonu. Rayonun ərazisindən Kür
çayı axır, Candar və Kunisi
(Gümüş) gölləri var. Kocor və
Kiketi iqlim kurortları fəaliyət-
dədir. Tbilisi–Bakı dəmiryolu, Rus-
tavi–Böyükkəsik avtomobil yolu,
Bakı–Tbilisi–Ceyhan neft kəməri,
Bakı–Tbilisi–Ərzurum qaz kəməri
keçir.
Sənayesində
aparıcı
energetikadır, burada istilik-elektrik stansiyası var. Ərazisi:
1304 kv. km. Əhalisi: 1989-cu ildə 109.300 nəfər, 2002’də
114.348 nəfər (hər kv. km.-ə 87,7 nəfər; ölkə əhalisinin
2,6%-i). Rayon mərkəzi: Qardabani şəhəri. 1 şəhər, 2
qəsəbə, 18 kənd məclisi, 47 kənd var. Soydaşlarımızın sayı:
1979-cu ildə 39956 nəfər (39,7%), 1989-cu ildə 48781 nəfər
(42,5%), 2002’də 49993 nəfər (43,7%). İndi rayonda kənd
əhalisinin (98203 nəfər) 54,2 faizi gürcülər, 43,6 faizi
azərbaycanlılar (42817 nəfər), qalanı ermənilər, ruslar, ose-
tinlər, aysorlardır. 14 kəndin elliklə əhalisi soydaşlarımızdır.
Rayon qəzeti gürcü və Azərbaycan dillərində çap olunur.
Qardabani bölgəsinin tarixi-etnoqrafik ənənələri Vahid Ömər-
linin iki cildlik "Qarayazı" kitabında əksini tapıb. Azərbay-
canlılar rayonun Kosalı, Nazarlı, Soğanlıq-Ponicala, Sərtcala-